KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ABŞ dövlət katibi Reks Tillerson Bakıya nə zaman zəng edəcək?

ABŞ dövlət katibi Reks Tillerson Bakıya nə zaman zəng edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
370 0

O, Bakıdan əvvəl İrəvana zəng edərək erməni həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsiylə bağlı fikir mübadiləsi aparıb. Erməni saytlarının yazdığı məlumata görə, söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib.

Birincisi, Reks Tillersonun iddia etdiyi kimi tərəflər Vyanada və Sank-Peterburqda hər hansı razılığa gəlməyiblər. Məgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır ki, İrəvanla Bakı arasında razılaşma olsun? Razılıq varsa, atəşkəs niyə daima pozulur? İkincisi də Sankt-Peterbuqdakı görüş Rusiyanın maraqlarına cavab verirdi. Rusiyanın maraqlarının qorunmasının Vaşinqtona nə dəxli var, yoxsa Tramp Qarabağ məsələsində də Putinlə yaxınlaşmaq istəyir? Görək indi Tillerson azərbaycanlı həmkarı Elmar Məmmədyarovla nə zaman danışacaq? Yaxın müddətdə belə bir zəng olmasa Vaşinqtonun münaqişənin həllinə baxışında tərəfsizliyinə kölgə düşəcək. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir