Vizyon

Mesut Barzani’nin engellediği hain plan nedir?

Kökteş Sözler İzinden Totemik Türk Dilinin Kökenleri: “Ata” Sözcüğü Örneği

Экспорт природного газа из Казахстана в Китай

Barzani Kaybetti Mi?

ABŞ-ın Qara dənizdə Rusiyanın aressiyasına qarşı..

Rusya 31 Mart 2017
429

Rusiyanın Krımı anneksiyasından və Ukraynanın şərqində yeni münaqişə ocaqları yaratdığına görə ABŞ və Rusiya arasında soyuq müharibəyə səbəb olmaqdadır. ABŞ Şərqi Avropada müttəfiqlərini Rusiyanın artan aressiyasından müdafiə etmək üçün şimalda Baltik cənubda Qara dənizdə öz hərbi imkanlarını genişləndirməkdədir. Krımda Rusiyanın güclü hərbi dəniz donanması var, mümkündür ki, Rusiya Qara dəniz hövzəsində öz hegemonluğunu bərpa etsin buradan Rumıniya və Bolqarıstana siyasi-hərbi təzyiqlər etsin. Şərqi Avropa ölkələrinin kollektiv müdafiəsi üçün həmçinin Qara dənizdə NATO-nun mövqeyini inkişaf etdirilməsi istiqamətində hərbi təlimlərlərin keçirilməsi labüddür. Rusiya Baltik dənizdə ötən il NATO və ABŞ donanmasına qarşı ciddi təxribatlara yol verib. Məhz bunun əvəzini çıxmaq üçün Qara dənizdə Rusiyaya qarşı cavab verilir. Rusiyanın Qaradənizdə donanmasını inkişaf etdirməsi, NATO -nun genişlənmə və regional siyasətinə ciddi təhdid oluşdurur. Qeyd etmək lszımdır ki, Rusiya Qara dənizdə Türkiyənin çox ciddi rəqibidir. Və, çalışır ki, Türkiyəni burada sıxışdırsın və dənizi hərbiləşdirsin. Rusiyanın aqressiyasının qarşısın almaq, müttəfiqlərini müdafiə etmək üçün ABŞ-a məxsus “Carter Hall” desant gəmisi Qara dəniz akvatoriyasına daxil olub.
ABŞ-ın 6-cı donanmasının gəmilər, ABŞ-Rumıniya ikitərəfli “Spring Storm 17” hərbi təlimlərdə iştirak edəcək.
ⅦCarter Hall”ın iştirakı ilə təlimlərin əsas mərhələsi Rumıniyanın Konstantsa şəhəri yaxınlığında keçiriləcək.
Bu hərbi təlimlər Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiya buna cavab tədbirləri görəcəyi istisna deyil. Amma, ABŞ-ın bu siyasəti, Qara dəniz akvatoriyasında Rusiyanın hərbi iştirakını zəiflədəcək. Artıq, Şərqi Avropada nüfuz uğrunda ciddi qsrşıdurma yaşanır. Bu proseslər, Ukraynanın şərqində yenidən qarşldurma ilə nəticələnəcək.Muhammed Asadullazade

Yorumlar