KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Amerikadakı seçkilər regiona nə vəd edir?

Amerikadakı seçkilər regiona nə vəd edir?

Hasan Oktay Hasan Oktay - - 13 dk okuma süresi
408 0

Hasan Oktay: “”Azərbaycan Amerikada kimin prezident seçilməsindən asılı olmayaraq Türkiyə ilə birlikdə hərəkət edərək bu vəziyyətdən təsirsiz çıxacaq

Birləşmiş Ştatlarda seçki mübarizəsi davam edir. İlkin dəyərləndirmə ondan ibarətdir ki, seçkilərdə əsas mübarizə Donald Tramp və Hillari Klinton arasında gedəcək. Bəs görəsən hansı namizədin seçilməsi yerləşdiyimiz region, eləcə də Türkiyə və Azərbaycan üçün daha faydalıdır? Bu və digər suallara aydınlıq gətirmək üçün Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik.

-Hasan bəy, Birləşmiş Ştatlardakı seçki prosesini, namizədlər arasında gedən mübarizəni necə qiymətləndirirsiniz?

-Məlıum olduğu kimi Birləşmiş Ştatlarda prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Bütün dünyanın diqqətini öz üzərinə çəkən bu seçkilər Birləşmiş Ştatlarda sayca 58-ci dəfə keçiriləcək prezident seçkiləri olacaq. Amerikanın hazırkı prezidenti Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün Birləşmiş Ştatlardakı sistemə görə Obamanın üçüncü dəfə yenidən prezidentliyə namizəd olması mümkün deyil. Partiya daxilində baş tutan ilkin seçkilər əsasında Demokrat Partiyasının namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, Libeteryen Partiyasının namizədi Gary Johnson və Yaşıllar Partiyasının namizədi Jill Stein təyin olunub. Görünən odur ki, əsas seçki mübarizəsi Tramp və Hillari Klinton arasında keçəcək. Hər iki partiya də seçkiləri qazanmaq üçün böyük bir səy göstərir. Demokratlar iqtidarda olduqları üçün seçkilərdə qalib gələcəklərinə əminlik var. Respublikaçılar isə iki dövrdür iqtidarda ola bilməmənin acısını çıxarmaq üçün daha çox çalışaraq bu dəfə Respublikaçı namizədin seçkilərdə qələbə qazanması üçün əllərindən gələni əsirgəmirlər. Gərgin keçən seçki kampaniyaları seçki tarixi yaxınlaşdıqca daha da pik həddə çatacaq və namizədlər, onların mənsub olduğu partiyalar seçkilərdə qələbə qazanmaq üçün əllərindəki bütün imkanları səfərbər edəcəklər.

-Sizcə seçkilərdə Hillari Klinton, yoxsa Donald Tramp qələbə qazanacaq?

-Hazırda bütün dünya üçün bu sualın cavabı maraqlıdır. Amma proseslər Trampın seçkilərdə qələbə qazanma şansını artırır. Amerikada əsasən bir dövr demokratlar,

sonrakı dövr isə respublikaçılar iqtidarda olurdu. Hazırda növbə respublikaçılarındır deyənlərin sayı hər keçən gün artır. Barak Obama dövründə etibarı itən Amerikanın xarici siyasətini düzəltməyə çalışan Amerika sistemi yeni dövrdə fərqli bir siyasəti dövriyyəyə buraxacaq. Bunu da Amerika ancaq Tramp ilə edə bilər. Demokratlar, yəni Hillari Klinton iqtidara gəlirsə, respublikaçılar böyük bir zərbə alar və uzun müddət bu uğursuzluğu öz üzərilərindən ata bilməzlər. Onun üçün seçki yaxınlaşdıqca respublikaçılar hücum edəcək və Trampın prezident seçilmə şansını artıracaqlar. Suriya mövzusu isə ABŞ seçkilərinin ən əhəmiyyətli dönüş nöqtəsi olacaq. Trampın bu mövzuda müxtəlif iddiaları var və seçkilər yaxınlaşdıqca da bu iddialara yeniləri əlavə olunacaq. Tramp Yaxın Şərqdə gedən müharibənin ABŞ iqtisadiyyatına nə qədər zərər gətirdiyini söyləyərək xüsusilə İraqı nümunə göstərir. O, bildirir ki, Suriya da ABŞ üçün yeni böyük xərclər təşkil etməməlidir. Donald Tramp Amerika xalqının dolanışıq indeksinə olan həssaslığını bildiyindən xüsusilə iqtisadiyyata toxunur və Suriyanın, İraqın Amerika iqtisadiyyatına vurduğu zərbəni önə çıxararaq demokratların siyasətlərini tənqid edir. Tramp prezident olacağı təqdirdə terrorla mübarizədə bölgədə Rusiya ilə əməkdaşlığı inkişaf etdirəcəyini bildirir. Bundan başqa o, Barak Obamanın Suriyadakı dost güclər (OSO) deyə təqdim etdiyi qüvvələrin Birləşmiş Ştatlara heç də dost olmadığını deyir. Həmçinin Tramp, İŞİD terror təşkilatının da Obama ilə Hillari Klinton tərəfindən yaradıldığını iddia edir. Son zamanlarda Suriyada yaşananlar da ABŞ ictimaiyyətində Trampın haqlı olduğunu sübuta yetirir. Əvvəlcə ÖSO mənsubları ABŞ əsgərlərinin əməliyyatlara qatılmasına etiraz etdilər. Bu etirazlar Birləşmiş Ştatların dostu olduğu iddia edilən güclərin (ÖSO) əslində Amerikanın dost olmadığının bir göstəricisi idi. Ardınca Suriyanın əraziləri, obyektləri “səhvən” vuruldu və Suriya Rəhbərliyi Birləşmiş Ştatların İŞİD-i dəstəklədiyini açıqlayaraq bir növ Donald Trampın iddialarına dəstək vermiş oldu. Bir qədər sonra isə Rusiya BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı. Ona görə də ABŞ-ın Demokrat rəhbərliyinin və prezidentliyə namizədinin “Suriya əraziləri səhvən vuruldu” deməkdən başqa yolu yoxdur.

-Bəs həqiqətən səhv edilmiş ola bilərmi?

Təbii ki ola bilər. Nəticədə Birləşmiş Ştatlar, iddia edildiyi kimi hər şeyə qadir deyil. Ancaq “səhv” ehtimalı olduqca zəif bir yanaşmadır. Ümumiyyətlə, Birləşmiş Ştatların təhlükəsizlik məsələsində hər zaman Demokrat-Respublikaçı gərginliyi var və tərəflər yuxarıda ifadə etdiyim kimi xarici siyasət üzərindən də öz partiyalarını gücləndirməyə çalışırlar. Digər tərəfdən keçmişdə edilən “səhvən vurduq” hadisələrinə baxanda da bu qənaətim güclənir. Bütün halda Birləşmiş Ştatlarda seçkilər keçirilmədən deyiləcək hər söz və hər planın əksik olma ehtimalı var . Ona görə də əvvəlcə Amerika seçkilərinin nəticələrini görmək lazımdır. Onu da qeyd edim ki, belə bir situasiyda AKP hökuməti vəziyyətin fərqinə vardı. ABŞ seçkilərinin nəticəsi olacaq seçiləcək Amerika prezidentini özləri ilə işləməyə məcbur etmək üçün arxalarında bir xalq dəstəyi olduğunu göstərmək istəyirlər. Baş nazir Binali Yıldırımın “Təşəkkür mitinqi” də məhz bunun üçün ediləcək.

-Hansı namizədin prezident seçilməsi Türkiyə, eynilə də Azərbaycan üçün xeyirli ola bilir?

-Keçən il, noyabr ayının 24-də Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə böhranından sonra baş nazir Əhməd Davudoğlunun səssizcə vəzifəsindən kənarlaşdırılması və bunun ardınca məlum 15 iyul hərbi üsyanına cəhdi nəzərə alanda Hillari Klintonun prezident seçiləcəyi təqdirdə bu proseslərin davamının gələcəyi düşünülür və belə qənaətdə olanların sayı artır. Noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus təyyarəni vurması ilə Türkiyə-Rusiya savaşının olmasını planlaşdıranların amerikalılar olduğunu 15 iyul hadisələrindən sonra hökumətimizin ən səlahiyyətli şəxsləri belə söyləməyə başlayıb. Əhməd Davudoğlunun baş nazir vəzifəsindən uzaqlaşdırılması isə birbaşa Amerika seçkiləri ilə bağlı idi. AKP-yə yaxın qaynaqlar hesab edirdilər ki, Amerikada keçiriləcək prezident seçkilərində Hillari Klinton qələbə qazanarsa, o zaman Ərdoğana qarşı Klinton-Davudoğlu ittifaqı qurula bilər və Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri dövriyyəyə girər. Bu səbəbdən də Amerikada seçkilər keçirilmədən öncə Türkiyədə baş nazirə zərbə vurularaq hakimiyyətdən uzaqlaşdırıldı. Onu da qeyd etmək yerinə düşər ki, 15 iyulda Ərdoğana qarşı hərbi üsyanı reallaşdıran FETÖ-da bu ərəfədə Hillari Klintonun seçki kampaniyasını dəstəkləyir. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, Amerikada keçiriləcək prezident seçkilərində Donald Trampın seçilməsi həm bölgə baxımından, həm Türkiyə, həm də Azərbaycan üçün daha faydalı görünməkdədir. Hillari Klıntonun Türkiyədə əlaqədə olduğu adamlar var, amma Trampın belə bir hazır qrupu yoxdur. Bundan başqa Obamanın, yəni demokratların Azərbaycana qarşı mənfi bir münasibətdə olduqlarını da söyləmək mümkündür. Azərbaycan Amerikada kimin prezident seçilməsindən asılı olmayaraq Türkiyə ilə birlikdə hərəkət edərək bu vəziyyətdən təsirsiz çıxacaq.

-Bəs Trampın seçkilərdə qələbə qazanması Amerikadakı erməni lobbisi üçün nə dərəcədə sərfəli sayıla bilər və bu Türkiyəyə qarşı yeni hücumlar üçün fürsət ola bilərmi?

-Trampın seçilməsi ehtimalından hərəkət etsək erməni məsələsi bitmiş bir məsələdir. Bunun üzərindən nə Türkiyə, nə də Azərbaycana qarşı hər hansı bir

hücum edilməsi artıq müzakirə mövzusu deyil. ABŞ-dakı erməni lobbilərinin üzərində Amerika ilə yanaşı Rusyanın da təsiri böyükdür. Azərbaycan Rusiya, Türkiyə isə Amerika ilə etdiyi əməkdaşlıq çərçivəsində bu lobbilərin təsirini qıra bilər. Bundan başqa erməni lobbiləri illərdir ki, istifadə edilməkdədirlər və bundan artıq yorulublar və sığına biləcəkləri bir bir liman axtarışındadırlar. Amerikdaki lobbilərin daxili çəkişmələrini, ziddiyyətlərini KAFKASSAM olaraq yaxından təqib edirik. Türkiyə bu lobbilərlə birbaşa görüşərək onların normallaşmalarını təmin edə bilər. Bu müddətdə Azərbycanın da üzərinə düşən böyük bir vəzifə var. Belə ki, 25 illik Ermənistan və Qarabağ siyasətini yenidən nəzərdən keçirəcək. Hər kəsə məlumdur ki, ermənilər əksər hallarda çarəsizlikdən və qorxudan böyük dövlətlərə sığınaraq Azərbaycana qarşı təzyiq edir və ya hərəkat yaradırlar. Bunu yaxşı görmək lazımdır. Bəlkə də bu çox ayrı bir müzakirə mövzusudur. Azərbaycan və Türkiyə birlikdə həyata keçirəcəkləri yeni siyasətlə, diplomatiya və strategiyalarla ermeni məsələsi və Qarabağ problemində Ermənistan ciddi anlamda üstələyə bilərlər.

-Bəs seçkiler Amerikanın xarici siyasətinə necə təsir edəcək?

-Əgər Donald Tramp prezident seçilərsə Amerikanın xarici siyasətində şox böyük dəyişiklərin baş verəcəyi görünməkdədir. Barak Obamadan əvvəl İraqda böyük bir çətinlik yaşayan Amerika sonradan Obama ilə pozulan imicini düzəldə bildi. Ancaq Hillari Klintonun xarici siyasətdə həyata keçirəcəyi yeniliklər o qədər yoxdur. Çünki özü vaxtı ilə dövlət katibi olub və Suriyanın belə bir vəziyyətə düşməsinə birinci dərəcəli cavabdehdir. Trampın iddiasına görə, İŞLİD-i, ÖSO-yu yaratmaq fikri və təşəbbüsü Hillari Klintona məxsusdur. Hillari Llinton- Əhməd Davudoğlu ittifaqının Suriyanı bu hala gətirdiyi nəzərə alınsa, o zaman ABŞ-ın xarici siyasətində Klinton seçiləcəyi təqdirdə dəyişən bir şey olmaz. Amma Donald Tramp ilə Amerika yeni bir istiqamət müəyyənləşdirə bilər. Yaxud daha gərgin bir siyasətlə Amerika hər bir münaqişəli bölgəyə müdaxilə strategiyasını tətbiq edər. Amma bu da Amerikanı böyük bir çətinliyə salar. Hətta bu ölkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalar. Ola bilsin ki, Tramp prezident seçiləcəyi təqdirdə birinci müddətdə daxili siyasətdə müəyyən addımlar atar. İkinci dönəmdə isə yenidən dünyaya açılar. Hər halda qərar Amerika xalqının olacaq.

Süleyman İsmayılbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir