KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Amerikanın “parçala, hökm et” planı və Türkiyənin istəyi

Amerikanın “parçala, hökm et” planı və Türkiyənin istəyi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
408 0

2003-cü ilin mart ayında İraqın ABŞ tərəfindən işğal edilməsi təkcə Səddam Hüseyn rejiminin devrilməsi ilə yekunlaşmadı. Buna paralel olaraq, ölkədə ciddi siyasi və ictimai uçurumlar da baş verdi. ABŞ tərəfindən İraqda qurulan siyasi sistem daha çox etnik və məzhəbçiliyə söykənir. Buna görə də 2005-ci ildən bu günə qədər parlament və bələdiyyə seçkiləri keçirilsə də, Bağdadın etnik və məzhəbçi siyasəti davam edir.

Admiral.Az “Anadolu” agentliyinə istinadən İraqdakı vəziyyətin analizini təqdim edir.

İraqda indiyə qədər əhalinin siyahıya alınması normal şəkildə baş verməyib. Seçkilərdə də əsasən məzhəb və etnik amillər əsas götürülüb. Bu da İraqda şiə çoxluğunun mərkəzi hökumət qurmasına səbəb olub. Xüsusilə 2011-ci ildə ABŞ-ın öz əsgərlərini İraqdan çıxarması ilə ölkədə boşalan güc strukturlarını şiələr doldurdu. Beləliklə regional güc olan İran da burada təsirini gücləndirdi. Bu situasiya İraqdakı sünni ərəblərin və kürdlərin Bağdad hökuməti üzərində təsirini zəiflətdi. 2011-ci ildən bəri sünni ərəblər şiə ərəblər tərəfindən sıxışdırılır. Ölkədə baş verən siyasi, iqtisadi və təhlükəsizliklə bağlı problemlərin əsasında da məhz sünni-şiə gərginliyi dayanır.

Hakimiyyət bölgüsü

Bunun da əsas səbəbi ABŞ-ın qurduğu siyasi sistemdir. Bu sistemə görə, baş nazir postu şiələrə, prezident postu kürdlərə, parlament sədrliyi ilə sünni ərəblərə verilməli idi. Hətta seçkidə hansı cəbhənin üstünlük qazanmasından asılı olmayaraq, bölgü belə aparılmalı idi. Lakin sonradan bu belə olmadı. Şiələr Bağdad hökumətində kürdləri və süniləri üstələyir. Bağdad tamamilə şiələrin və İranın hegemonluğu altındadır. Şiələr parlamentdə 328 yerdən 183-nə sahibdirlər. Bu da daxili və xarici siyasətdə şiəliyin istəyinə uyğun hərəkət edilməsini təmin edir.

ABŞ-ın İraqı parçalamaq planı

İraqdakı etnik və məzhəb qarşıdurması əslində Vaşinqtonun ölkəni üç hissəyə bölmək planının bir hissəsidir. 2005-ci ildə referendumla qəbul olunan konstitusiyaya federalizm anlayışı salmaqla, ABŞ planın ilk mərhələsini həyata keçirdi.
Planın ikinci mərhələsi ərəb etnik qrupunu şiə-sünni məzhəbi ilə ayırmaq və İraqı digər ərəb ölkələrindən uzaqlaşdırmaqdır. Ərəblərin məzhəbə görə bölünməsi ssenarisi artıq uğurla alınıb.
Üçüncü mərhələdə isə ABŞ İraqın unitar quruluşunu dəstəkləyən sünni ərəblərə federalizm quruluşunu qəbul etdirmək istəyir.
Sünni ərəblər isə rəsmi Bağdadı muxtariyyət qurmaqda təhdid edir və yeganə çıxış yolunun bu olduğunu düşünürlər.

Şiə və sünnilərin mübarizəsi

İŞİD-in 2014-cü ildə Mosulu zəbt etməsindən sonra İraq daxilində vəziyyət dəyişdi. Həmin vaxt Ayətullah Sistanin səfərbərlik çağırışından sonra əli silah tutan şiələr Haşdi Şabi qrupuna qoşuldu. Bu qrup İraqın dəstəyi ilə qurulub. Onun məqsədi şiələri müqəddəs yerlərini İŞİD-dən qorumaqdır. Lakin onların İŞİD-dən təmizlənən sünni bölgələrinin demoqrafik vəziyyətini dəyişdirmək istədikləri də məlumdur.
İŞİD-in İraqa müdaxiləsi bu ölkədə etnik və məzhəb qarşıdurmasını daha da şiddətləndirdi. Belə ki, Haşdi Şabi şiələri qoruyur, kürdlərin peşmərgə qüvvələri isə İŞİD-dən təmizlənən əraziləri Şimali İraq Kürd Muxtariyyətinə birləşdirməyə çalışır. Sünni ərəblər isə Haşdi Aşari və Haşdi Vatani olaraq iki hərbi qrupda təmsil olunurlar. Bu daxili parçalanma İraqın terrorla mübarizədə məğlub olmasının əsas səbəbidir.

Türkiyənin istəyi

İran şiələrə dəstək verdiyi kimi, Türkiyə də sünnilərə və türkmənlərə dəstək verir. Başika hərbi bazasının qurulmasının əsas məqsədi də sünni ərəblərə və türkmənlərə hərbi təlimlərin keçilməsi idi. Hazırda Bağdad hökuməti Ankaradan Başika bazasının bağlanmasını tələb edir.
Türkiyə isə Mosula hazırlanan əməliyyata hazırlaşır. Doğrudur, ABŞ Türkiyənin Mosul əməliyyatında iştirak etməsini istəmir. Lakin Ankara həm sünni və türkmənlərin təhlükəsizliyi, həm də strateji maraqlara görə, bu əməliyyatda yer almaq niyyətindədir.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir