KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ankara üçün İncirlikdən imtina risqlidir

Ankara üçün İncirlikdən imtina risqlidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
373 0

Türkiyə nazirləri ard-arda ABŞ-ın Adana yaxınlğında istifadə etdiyi İncirlik hərbi bazasının fəaliyyətini tənqid etmələrində haqlıdırlar. Deməli, ABŞ və digər Qərb ölkələri həmin bazadan Suriyadakı müxtəlif məntəqələri bombalamaqla silahlı kürdələrə dəstək verdikləri hada Türkiyə ordusunun Əl Bab şəhəri ətrafında DAİŞ-ə qarşı savaşında türk silahlı qüvvələrinə havadan dəstək vermirlər. Türkiyənin Avropa məsələləri üzrə naziri Qərbin başqa bir ikiüzlüyü haqqında da fikir bildirib. Onun sözlərinə görə, DAİŞ-in Türkiyədə törətdiyi hər qətliamdan sonra Avropa paytaxtlarının simvol yerlərində (Parisdə Eyfük qülləsi, Berlində Brandenburq qapıları və s.) Türkiyənin bayraqları əks olunur, ancaq elə ki, söhbət PKK hücumlarından və qətllərindən getdikdə Qərbdə Türkiyə bayrağı dalğalanmır və “biz itkilərdən təəssüf edirik” kimi açıqlamalar da səslənmir. Səbəbi aydındır. Qərb DAİŞ-i terrorçu təşkilat sayarkən, PKK-nı və onun törəmə təşkilatları terrorçu saymır, əksinə gizli dəstəyini sürdürür. Bunun nəticəsində də Ankara “İncirlik bizə lazım deyil” müzakirələrini ortaya atır.

Ancaq Ankara üçün İncirlikdən imtina risqlidir. Bu baza “soyuq müharibə” dövründə istifadəyə verilib və Amerikanın xidmətində olub. O illərdə bu baza SSRİ-dən qorunmaq üçün Türkiyənin özünə də lazım idi. Ancaq indi nə “soyuq müharibə” var, nə də SSRİ, tam əksinə Ankara Moskva ilə dostluğunu gücləndirməyə çalışır. İncirlik hərbi bazası ətrafında Türkiyədə genişlənən polemikadan Kreml sevinməyə bilməz. Ankara bu “bazadan imtina edə bilərəm” deməklə əslində Amerikanın iki həftə sonra hakimiyyət başına gələcək Donald Trampa mesaj göndərir ki, “Obamanın səhvini təkrarlamayın, silahlı kürdlərlə yox bizimmlə əməkdaşlığa üstünlük verin və Pensilvaniyada yaşayan Fətullah Güləni təhvil verin”. Görək Trampın Türkiyə siyasəti necə olacaq? Ancaq o da aydındır ki, Tramp Türkiyəyə münasibətdə Obamanın yolunu getsə İncirlik hərbi bazasının qapadılması mövzusu genişlənəcək. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir