KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Astanada sülh, Qarabağa gələcəkmi..

Astanada sülh, Qarabağa gələcəkmi..

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
390 0

Yanvarın 23-də Rusiya -Türkiyənin aktiv iştirakı ilə Astanada keçiriləcək Suriya üzrə sülh danışıqlarında müsbət irəliləyişlər əldə olunanarsa, Rusiya və Türkiyənin strateji tərəfdaşlığı daha da inkişaf edəcək. Bu iki ölkənin strateji yaxınlaşması, regionda həllini tapmamış münaqişlərin həllində birgə çalışmasına gətirəcək. İki ölkənin iştirakı ilə Suriya münaqişəsi üzrə əldə olunacaq mümkün razılaşma və sülh Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunu daha da artıracaq. Türkiyə Rusiyadan daima münaqişənin həllində müsbət irəlləyişin olmasını istəyir. Ankara və Moskva tarixdə olmayacaq qədər bu qədər yaxınlaşıblar. Beynəlxalq bir problem olan -Suriya münaqişəsini birgə əməkdaşlıqla həllini üzərlərinə götürüblər. Əgər Astanada danışıqlar prosesi müsbət həllə doğru irəlləyəcəksə, Türkiyə, Rusiya ilə Qarabağ münaqişəsinin nizamlanmasında birgə işləyə bilər. Suriya üzrə iki ölkənin ortaq mövqeyi və həllinə çalışması, Qarabağ münaqişəsi üçün present ola bilər. Çünki Ankara və Moskva beynəlxalq problemi həll edirsə, regional münaqişə və Rusiyanın iradəsinə tabe olan Qarabağ problemini ikili həll etməsi mümkün görünür. Əgər, Rusiya buna gedərsə, Türkiyə ilə birgə nizamlanmanı aparacaqsa, ABŞ və Avropanı prosesdən uzaqlaşdıra bilər. Həmçinin “Minsk qrupunun” fəaliyyətinə ehtiyac olmaz.
Türkiyənin Cənubi Qafqaz siyasəti geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Və, Ankara maraqlıdır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Artıq, Dağlıq Qarabağ münaqişəsi ciddiyyətini qoruyur. Rəsmi Kremldə bunun fərqindədir. Görünür Qarabağ üzrə Türkiyənin mövqeyi yenidən aktuallaşacaq, Rusiya ilə bu istiqamətdə fəal çalışacaq. Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir