KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan bir həftəyə Qarabağı nəzarətə götürə bilər

Azərbaycan bir həftəyə Qarabağı nəzarətə götürə bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
442 0

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra yenidən cəbhə bölgəsində atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulmaqdadır.Atəşkəsi daha iri çaplı silahlardan əsasən minatanlardan və qumbaraatanlardan istifadə etməklə erməni tərəfi,Azərbaycanı növbəti təxribatlara çəkir.Proseslər onu göstəri ki,hərbi paraddan və hakimiyyətdə müəyyən dəyişiliklər Ermənistanı güzəştsiz bir mövqeye gsövq edib. Ermənistan demək olarki,hazırda Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını dayandırıb.Və,cəbhə xəttində Apreldə Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan yüksəklikləri təxribat-diversiya həyata keçirməklə geri almaq istəyir.Talış kəndi istiqamətində ermənilərin,diversiya həmlələri buna hesablanıb.Müdafiə Naziri Zakir Həsənovun tez-tez cəbhə xəttində olması,yeni təlimlərdə iştirakı Azərbaycanın da müharibə hazırlıqlı səviyyədə olduğuna işarədir
Qeyd etmək lazımdır ki,Ermənistan prezidenti Serj Sarkisyan Apreldə itirilmiş mövqeləri geri alınmasını daima qeyd edir,müdafiə naziri Vigen Sarkisyanın Qarabağa göndərməsi,mövqeələri yoxlaması,müharibə ritorikalı bəyanatları,danışıqlara hazır olmadığını göstərir.
Dünən,Rusiya prezidentinin yaxın adamı Sergey Makrovda Ermənistanın danışıqları dayandırmasını qeyd etdi,həmçinin Makrovun bu açıqlaması,Rusiyanın hazırda danışıqlardan kənar olduğunu bildirmək istəyidir.Çünki,Ermınistanın iradəsi Rusiyadan aslıdır.Rusiyanın özünü kənar çəkməsi,Ermənistanın da danışıqlara qatılmamasına səbəb olub.Putin MDB məkanında mövqeyini gücləndirmək siyasətini aparır.Putin o,halda münaqişəni sülh yolu ilə həllinə razılaşacaq ki,Qarabağda Rusiyanın “Sülh məramlı” kontingenti yerləşsin.Rusiya “sülh məramlılılarının” Qarabağa gəlişi isə bu ərailəri bir rdəfəlik itirməyimizə səbəb ola bilər.Sabah,Rusiya ilə siyasi gərginlik yaşanarsa,Qarabağda “referrendum”keçirib,
ərazini Rusiya tərkibi elan edər.Buna görədə Rusiyanın “sülhməramlı”təşkilflərini qətiyyətlə qəbul etməməliyik.
Hazırda ATƏT-in şəxsi mandatına uyğun olaraq cəbhə xəttində keçirilən monitorinqlərdə atəşkəsi qorumağa xidmət edir . Ermənistan tərəfi Yrevandan sərt ritorika sərgiləyir,cəbhə bölgəsinə yaxın ərazilərdə Agdam və Agdərədə hərbi təlimləri keçirməklə,vəziyyəti gərinləşdirir.Ermənistan ön xəttdə yeni hərbi birliklər gətirərək,müdafiəni gücləndirməklə məşğuldur.Aprel savaşından sonra Rusiyadan Gürcüstan ərazisi vasitəsilə yeni hərbi texnikalar,artilleriya sistemləri və zirehli texnikalar gətirilib.Bu silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi mümkündür . Ermənistan tərəfinində hazırkı mövqeyi,qeyd edim ki,Rusiyaya arxayınlıqdan irəli gəlir.Ermənistanın cəbhə xəttində güclənməsi,təkcə müdafiə kimi başa düşməməliyik,çünki onun bu, hərbi-siyasi hərəkətliliyi hücum taktikası ilə müşayiət oluna bilər.İtirilmiş mövqeləri geri almaq və daxildə olan siyasi sabitsizliyi önləmək kimi bu,kimi təxrubatları mümkündür.
Minsk qrupunun apardığı müzakirələr səmərəsiz və danışıqlar artıq nəticəsidir.Yeni döyüş əməliyyatları baş verərsə,Azərbaycanın tam üstünlüyü ilə həyata keçəcək.Və bu,döyüş münaqişənin birdəfəlik həllinə yol açacaq.Yeni döyüş aviasiya və raket atışlarının iştirakı olacaqsa,Azərbaycanın Qarabağa nəzarəti bir həftə ərzində yekunlaşacaq . Azərbaycan güclü aviasiya və raket arsenalına malikdir Ermənistanın İsgəndər-M raketlərini işə salmağı isə mümkün deyil. Bu,Rusiyanın nəzaritindədir.Rusiya öz forpostuna belə silahları müstəqil idarə etmək səlahiyyəti verməyib.Ermənistan danışıqlara qatılmır,cəbhədə gərginliklər yaradır.Onda,Azərbaycan nəyi gözləməlidir?!Sülh danışıqlarına nəinki,heç nizamlanma prosesinə Ermənistan qatılmır.

Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir