KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycana qarşı təxribata yol verilib

Azərbaycana qarşı təxribata yol verilib

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
387 0

Rusiya Xarici İşlər Nazirliyinin mətbu orqanı olan, nazirliyin təsis etdiyi “MejdunarodnayRusiya Xarici İşlər Nazirliyinin mətbu orqanı olan, nazirliyin təsis etdiyi “Mejdunarodnaya jizn” jurnalının son buraxılışında Azərbaycana qarşı təxribata yol verilib. Təxribatçı məqalənin müəllifi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, erməni Robert Yengibaryandır. Jurnalın baş redaktoru da ermənidir. APA agentliyinin Moskvadakı əməkdaşı Fərid Əkbərovun jurnalın baş redaktoru olan Armen Ohanesyanla zəng edərək jurnalda niyə yalan faktlara əsaslanan yazının dərc olunduğunu soruşduqda ikinci bunları söyləyib: “Bu, müəllifin yazdıqlarının hamısının doğru olması demək deyil. Bu, elmi mübahisədir. Siz hesab edirsinizsə ki, Yengibaryanın yazdıqları düzgün deyil, o zaman bizim redaksiyaya yazın. Onun yazdıqlarını təkzib edə bilərsiniz. Biz sizin də mövqeyinizi çap etməyə hazırıq”.

Adam hardasa haqlıdır. Məqalə saxta faktlara əsaslansa da artıq yayınlanb və onu oxuyublar. Mənə o da maraqlıdır ki, az qala həyatın bütün sahələrinə nəzarət edən Rusiyanın dövlət institutlarından gözündən heç nə yayınmır. Demək, əgər rəsmi dərgidə Azərbaycan əleyhinə yazı yayınlanıbsa, demək buna yuxarılarda göz yumublar, bəlkə də xeyir-dua veriblər. İndi bizə düşən həmin erməni redaktorun söylədiyi kimi hadisələrin Azərbaycan versiyasını həmin dərgidə yayınlamaqdır. Yox əgər yayınlamasalar, işə Azərbaycan Xarici İşlər Nazirliyi qarışmalıdır. Mən tam əminəm ki, Azərbaycan XİN-nin hansısa dərgisində Rusiyanı tənqid edən kiçik yazının yayınlanmasına belə imkan verməzdilər. İctimai Televiziyanın bir verilişində “Rusiya Krımı işğal edib” ifadəmi efirdən çıxartdılarsa, başqa nədən danışmaq olar ki? Biz başımızı quma soxmaqla deyil, Rusiya bildiyini edir, Ermənistana peşkəş verilən “İsgəndər” raketləri, birgə qoşun birlikləri, indi də əleyhimizə yayınlanan “elmi məqalə”…Təxribatçı məqalənin müəllifi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, erməni Robert Yengibaryandır. Jurnalın baş redaktoru da ermənidir. APA agentliyinin Moskvadakı əməkdaşı Fərid Əkbərovun jurnalın baş redaktoru olan Armen Ohanesyanla zəng edərək jurnalda niyə yalan faktlara əsaslanan yazının dərc olunduğunu soruşduqda ikinci bunları söyləyib: “Bu, müəllifin yazdıqlarının hamısının doğru olması demək deyil. Bu, elmi mübahisədir. Siz hesab edirsinizsə ki, Yengibaryanın yazdıqları düzgün deyil, o zaman bizim redaksiyaya yazın. Onun yazdıqlarını təkzib edə bilərsiniz. Biz sizin də mövqeyinizi çap etməyə hazırıq”.

Adam hardasa haqlıdır. Məqalə saxta faktlara əsaslansa da artıq yayınlanb və onu oxuyublar. Mənə o da maraqlıdır ki, az qala həyatın bütün sahələrinə nəzarət edən Rusiyanın dövlət institutlarından gözündən heç nə yayınmır. Demək, əgər rəsmi dərgidə Azərbaycan əleyhinə yazı yayınlanıbsa, demək buna yuxarılarda göz yumublar, bəlkə də xeyir-dua veriblər. İndi bizə düşən həmin erməni redaktorun söylədiyi kimi hadisələrin Azərbaycan versiyasını həmin dərgidə yayınlamaqdır. Yox əgər yayınlamasalar, işə Azərbaycan Xarici İşlər Nazirliyi qarışmalıdır. Mən tam əminəm ki, Azərbaycan XİN-nin hansısa dərgisində Rusiyanı tənqid edən kiçik yazının yayınlanmasına belə imkan verməzdilər. İctimai Televiziyanın bir verilişində “Rusiya Krımı işğal edib” ifadəmi efirdən çıxartdılarsa, başqa nədən danışmaq olar ki? Biz başımızı quma soxmaqla deyil, Rusiya bildiyini edir, Ermənistana peşkəş verilən “İsgəndər” raketləri, birgə qoşun birlikləri, indi də əleyhimizə yayınlanan “elmi məqalə”… Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir