KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
374 0

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı
elhan
təşəbbüskar və fəal olanlar dəstəklənməlidir
Bakıda iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı oldu. Qurultay işinə iki gün davam etdi. Qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılmışdı.
Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci ildə keçmiş prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bundan bir il sonra isə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə təsis olunana qədər azərbaycanlıların dünyada 200-ə yaxın diaspor təşkilatı var idisi, hazırda onların sayı 462-dir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışında əsas tezislər bunlar idi:
Birincisi, azərbaycanlıların dünyadakı təşkilatları arasında koordinasiya işi aparılmalıdır, birlik və həmrəylik olmalıdır. Çünki bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparırlar və bu ümumi işə zərər vurur.
İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri diasporla ciddi təmasda olmalıdırlar. Prezidentin səfirlərə verdiyi göstərişə əsasən diplomatlar diaspor təşkilatları ilə daim əlaqədə olmalıdırlar.
Üçüncüsü, xaricdəki dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Prezident hesab edir ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik xaricdəki azərbaycanlıların sayına uyğun deyil.
Beşincisi, azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Prezident həmin azərbaycanlıların Azərbaycana investisiya qoymalarını istəyir. Prezidentin daha bir xahişi dünyada yaşayan hər bir azərbaycanlının ən azı ildə bir dəfə vətəninə gəlməsidir. Bütün bunlar Azərbaycan iqtisadiyyatına və turizmə təkan verə bilər.
Alrtıncısı, dünyada yaşayan azərbaycanlıların xarici media qurumları ilə işi yaxşı qurulmayıb. Prezidentin sözlərinə görə, Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz, bu məsələdə xaricdə yaşayan azərbaycanlılar fəal olmalıdırlar. İlham Əliyev xarici ölkələrdə azərbaycanlı jurnalistlər təbəqəsinin yetişməsində və onların müxtəlif media orqanlarında təmsil olunmasında maraqlıdır. Prezident sosial şəbəklərdə də azərbaycanlıların fəal olmalarını, yaşadıqları ölkələrdə internet saytlarının yaradılmasını vacib sayır. Bununla həmin ölkələrdə ictimai rəyə təsir etmək olar.
Təəssüf ki, prezidentin çıxışındakı tezislər ətrafında qurultayda geniş fikir mübadiləsi aparılmadı. Halbuki, prezidentin tezisləri əsasən təndiqi məqamlar üzərində qurulmuşdu və qurultay iştirakçılarının təkliflərinə, çıxış yollarının göstərilməsinə ehtiyac duyulduğu bildirilmişdi. Məsələn, bir qrup qurultay iştirakçısı panellərdə Xarici İşlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri əməkdaşlarının azlığından və ya yoxluğundan şikayətlənirdilər. Halbuki, bu nazirliklərin də xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə dəstək üçün görə biləcəkləri işləri var.
Əlbəttə, Azərbaycanın lobbi fəaliyyətində uğurlar var. Misal üçün Xocalı soyqırımını 10 dövlət və ABŞ-ın xeyli ştatı tanıyıb. Xarici ölkələrdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin və musqisinin tanıdılması fəaliyyətin genişlənib, konfrans və smeniarların sayı artıb. Ancaq bütün bu fəaliyyətlər daha çox Bakıdan idarə olunur və fraqmental xarakter daşıyır. Halbuki, xarici ölkələrdəki siyasi və iqtisadi vəziyyəti həmin ölkələrdə yaşayan azərbaycanlılar daha yaxşı bilirlər və onların yaşadıqları ölkələrdəki proseslərə nüfuz etmək imkanları geniş olmalıdır.
Bu mənada xaricdə yaşayan azərbaycanlıların təşəbbüslərinin və ideyaların Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində dəyərləndirilməsinə və bütün təkliflərin bir növü “ideya bankında” toplanmasına və araşdırılmasına ehtiyac var. Digər tərəfdən Dövlət Komitəsinin xarici ölkələrdəki diaspora təşkilatlarının fəaliyyətlərini qiymətləndirmək üçün müstəqil ekspertlərin də daxil olduğu monitorinq qruplarının yaradılması vacibdir.
Monitorinq qrupları fəal və passiv diaspor təşkilatlarını müəyyənləşdirməli və bunun əsasında Dövlət Komitəsi maliyyələşdirməni həyata keçirməlidir. Yaşadığı ölkədə mətbuata, siyasətçilərə və partiyalara çıxışı olan azərbaycanlılara dəstəyin artırılması zəruridir. Avropada və ABŞ-da yaşayan azərbaycanlıları narahat edən digər məsələ onların Azərbaycana gəlişlərində viza problemi ilə üzləşmələridir. Xaricdə yaşayan azərbaycanlılar üçün viza prosedurun yumşaldılması zəruridir ki, onlar prezidentin də dediyi kimi vətənləri ilə daima əlaqədə ola bilsinlər.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi xaricdə təşəbbüskar, fəal və əlaqələri geniş olan azərbaycanlılara dəstəyini artırmasa prezidentin çıxışındakı vəzifələri yerinə yetirə bilməyəcək. Çünki məhz xaricdəki fəal və təşəbbüskar azərbaycanlılar vasitəsilə prezidentin vurğuladığı kimi həm qanunverici orqanlarda və media strukturlarında təmsil olunmaq, həm də diqqəti cəlb edən saytlar açmaq mümkündür.
Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir