Vizyon

Vekâlet Savaşlarından Vekâlet Devlet’e: Kürdistan

Barzani’nin referandumu Irak Türkmenlerinin geleceğini nasıl etkiler?

tarihe abdulhamitçi ve kemalist hamasetten uzak bir dokunuş

TEZKEREYE DAİR

Beynəlxalq aləm iki separatçı bölgənin “müstəqilliyinə” hazırlaşır(mı?)

Gündem 11 Eylül 2017
29

İraq kürdləri sentyabrın 25-də, İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər. Əlbəttə, referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək. Buna baxmayaraq, bu iki fərqli bölgədə yaşayan insanların əksəriyyəti böyük ehtimalla müstəqilliyə səs verəcəklər. İraqdakı kürdlərin müstəqlliyi onları mərkəz Bağdad və qonşularla üz-üzə qoyacaq, katalonlar isə mərkəz Madridlə məhkəmə çəkişməsinə hazırlaşmalı olacaqlar, katalonların müstəqilliyi onların avtomatik olaraq Avropa İttifaqının tərkibinə daxil olacağına da zəmanət vermir. İspaniyanın icazəsi olmadan Brüssel Kataloniyanın “müstəqilliyini” tanımayacaq.

Keçək əsas məsələyə. Yəqin xatırlayırsınız, Kosovo müstəqlliyini qazandıqda və bir çox dövlət Kosovonu müstəqil dövlət olaraq tanıdıqda Ermənistan hakimiyyəti xeyli canlanmış, eyni hüqunun Dağlıq Qarabağa da tanınması vacibliyini gündəliyə gətirməyə çalışmışdı. Ancaq ermənilər Kosovo nümunəsinə çox müraciət edə bilmədilər, çünki ağaları olan Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir və Kosovonu separatçı bölgə adlandırırdı. Bunun nəticəsidir ki, Kosovo nümunəsinə müraciət edən İrəvan Kremlin qorxusundan özü belə Kosovonun müstəqilliyini tanımadı. Şübhə etmirəm ki, İrəvan 1 həftədən sonra kürdlərin və katalonların nümunəsinə müraciət edəcək. Şərtlər imkan versə Ermənistan böyük məmnuniyyətlə həm Kataloniyanın, həm də kürddlərin müstəqilliyini tanıyacaq ki, Dağlıq Qarabağ üçün presedent imkanlarını genişləndirsin. Katalonlarla kürdlərin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınmaması əksinə Azərbaycanın işinə yarayacaq. Necə ki, böyük dövlətlər katalonlarla kürdlərin müstəqlliklərinin yersiz olduğunu vurğulayırlar, onlara eyni sözləri Azərbaycanda yaşayan ermənilər üçün də dedirtmək lazım gələcək.
Elhan Şahinoğlu

Yorumlar