Vizyon

İran siyasətinin ən güclü şəxslərindən biri önə çıxır

Bugün 16 Ağustos 2017

İran Devrim Muhafızlarının Tümgeneralı, Türkiye’de ne aramaktadır?

BEKLETİLEN AFRİN OPERASYONU

Bu il Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi olacaq

Azerbaycan 9 Ocak 2017
187

Azərbaycanın qəbul olunmuş xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında ölkənin Avroatlantika inteqrasiya başlıca pioritet elan edilib. Hazırda ölkəmiz balanslı siyasət aparmaqla, nə Avropa nə də Avrasiya ittifaqına inteqrasiyada maraqlı deyil. Dünyada və Yaxın regionda dərinləşən geosiyasi savaş, təhlükəsizlik və təhdid yerləşdiyimiz Cənubi Qafqaz regionuna təsirini göstərməkdədir. Regionun digər dövləti olan Gürcüstan strateji seçimini etməklə, xarici inteqrasiyasını Qərblə dərinləşdirməkdədir. Hətta Rusiyanın aqressiv və işğal siyasətinə baxmayaraq, avrointeqrasiya siyasətini uğurla davam etməkdədir. Regionda bir başa təhlükəsizliyi təhdid edən, Azərbaycana qarşı işğalçı siyasət aparan Ermənistan isə, Rusiya satalleti olmaqla, Avrasiya ittifaqına inteqrasiyası yolunu tutub. Avrasiya ittifaqına üz olmaqla Ermənistan öz işğalçı siyasəti, regionu dərinləşən böhrana sövq edir.

Artan təhlükəsizlik riskləri, təhdidlər, Ermənistanın işğal faktoru, Rusiyanın artan aqressiyası Azərbaycanın artıq, Avrointeqrasiya prosesini sürətləndirməsini, islahatlara başlamasını labüd edir. Hazırda Qərb, Azərbaycanın strateji seçim etməməsinə görə, Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlamaqdadır. Ölkəmiz Avrointeqrasiya prosesini gecikdirməsi, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın inhisarçılığı güclənməkdədir. Və, bu, status-kvonun qorunmasına, Rusiyanın nüfuz dairəsinin genişlənməsinə səbəb olur.

Ötən ilin Aprel ayında baş vermiş “dörd günlük” müharibə göstərdi ki, Yaxın Şərqdə geən geosiyasi proseslər Cənubi Qafqazda münaqişələrə təsir etməkdədir. Və, hər hansı yeni bir qığılcım münaqişənin alovlanması ilə regionun qaynar fazaya keçməsi ilə nəticələnə bilər.

2017- ci il region üçün dəyişiliklər, həmçinin Dağlıq Qarabağ münaqişəsində hər hansı formada yenidən dönüş nöqtəsi olacaq. Regionda və dünyada dəyişən hərbi-siyasi situasiya münaqişənin həllini tələb edir. Çünki, bu münaqişə dondurulduqca, problemlər dərinləşir.
Qeyd edim ki, bu il Azərbaycanın iştirakı ilə yeni siyasi ittifaqlar yaranacaq, bu münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyin gücləndirəcək. Ermınistanın arxalandığı Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə, Kazaxıstan və Belarusiyanın fikir ayrılıqları nəticəsində regional əhəmiyyətini azaldacaq və parçalanmasını sürətləndirə bilər. Bu təşkilatın aparıcı üzvü olan bu, iki ölkə Azərbaycanla siyasi-iqtisadi və hərbi əlaqələri möhkəmlətməkdə, əməkdaşlıqda maraqlıdır.
Muhammed Asadullazade

Yorumlar