KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cəbhə bölgəsindəki gərginliyi rəsmən Azərbaycana yükləyirlər

Cəbhə bölgəsindəki gərginliyi rəsmən Azərbaycana yükləyirlər

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
435 0

Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı yaydıqları ortaq bəyanatı oxudum. Gəldiyim nəticə: Cəbhə bölgəsindəki gərginliyi rəsmən Azərbaycana yükləyirlər. “Həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar”. Yəni belə anlaşıla bilər ki, həmsədrlər guya hər tərəfi məsuliyyətili olmağa çağırırlar. Ancaq vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adlını çəkiblər. Bunun nə demək olduğunu anlamaq çətin deyil.

Daha sonra bəyanatda belə bir cümlə var: “Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar”. Bunlar həmsədrdilər, yoxsa mərhum Tereza ananın təmsilçilərdirlər ki, vicdandan danışırlar? Xocalı soyqırımı baş verəndə harda idi vicdanınız? Erməni hərbi birləşmələri Azərbaycan ərazisindən (Ağdam və Füzulidəki postlardan) Azərbaycanı ərazisini atəşə tutur, bunu kimin “vicdanına” yazaq?

İt hürər, karvan keçər. “Yorucu müharibəyə” davam!

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir