KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dünya investorlarının Azərbaycan və Ermənistana hansı etimad göstərdikləri bəlli oldu

Dünya investorlarının Azərbaycan və Ermənistana hansı etimad göstərdikləri bəlli oldu

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
368 0

Cümşüd Nuriyev: “Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin nəticəsidir” Məhəmməd Əsədullazadə: “Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistanın iqtisadi imkanları ildən-ilə zəifləməkdədir”
2016-cı ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan xarici incestisiyaların həcmi Ermənistandakı analoji göstəricidən 59 dəfə çox olub. Bu barədə Ermənistanda dərc olunan “Aravot” nəşri yazıb.

Mənbəyə görə, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Davosdakı Ümumdünya İqtisadi Forumunda Ermənistan hökumətini heç kim təmsil etməyib. Erməni nəşri sual verir: “Nəyə görə hökumətin hər iclasında investisiyalardan danışan Karen Karapetyan Davosdakı forumda iştirak etməyib və hətta ora heç kimi göndərməyib?”.
Şərhçilərin sözlərinə görə, bu fərq dünya tərəfindən hər iki ölkəyə olan etibarın göstəricisidir. Hansı ki, bu etibarlıq sonda siyasi müstəvidə, konkret olaraq Qarabağ münaqişəsinin həllində də özünü göstərəcək.
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, hansısa ölkəyə investisiya yatırılırsa, bu, həmin ölkədə hökm sürən sabitlik göstəricisidir: “Baxmayaraq ki, torpağı işğal olunub, müharibə şəraitindədir, Azərbaycana iqtisadi cəhətdən Ermənistandan çox etibar olunur. İkincisi, nəzərə alaq ki, Azərbaycan 15-20 ildir formalaşmağa başlayıb. Lakin bütün dünyanı bürüyən erməni lobbisi Ermənistana investisiya cəlb etdirə bilmir. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin nəticəsidir. Üçüncüsü, hansısa ölkəyə investisiya yatırılırsa, bu, yeni iş yerləri deməkdir. Bu da əhalinin sosial vəziyyətinin yaxın müddətdə yaxşılaşmasına xidmət edəcək.
Eyni zamanda, investisiya yatırılan ölkədə yeni innovasiyalar gündəmə gəlir, ölkə daxilində struktur dəyişikliyi baş verir. Ölkəyə gəlmiş yeni texnoligiya özünün müsbət təsirlərini göstərir. Vaxtı ilə Türkiyə bu yolu keçib. Türkiyədə uzun müddət texnologiya olmayıb. Amma bu gün dünya tekstil sənayesinin 6%-i Türkiyəyə məxsusdur. Bu da çox böyük rəqəmdir. Düzdür, dünyada gedən proseslərlə bağlı Azərbaycanda müəyyən iqtisadi çətinliklər var. Amma bütün hallarda xarici investisiyalar kənardan bura yeni ideyalogiyalar gətirir. Xarici investosrlar yatırdıqları pulların idarəçiliyində də maraqlı olurlar. Yəni, həmin pulu qazanmaqdan ötrü yeni texnologiya, yeni idarəetmə formaları gətirəcəklər. Bütün yanaşmalar dəyişəcək. Bunların fonunda istehsal artacaq və təklif çoxalacaq. O zaman rəqabət mühiti yaxşılaşır və qiymətlər tənzimlənir. Yəni, bu, təmiz bazar modelinə keçid üçün şərat yaradır”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistanın iqtisadi imkanları ildən-ilə zəifləməkdədir: “Bunun əsas səbəblərindən biri iqtisadi blokadada olmasıdır. Çünki Azərbaycana qarşı işğalçılıq siyasəti bu ölkənin Türkiyə və Azərbaycanla sərhədlərinin qapadılmasına və regional lahiyələrdən kənar qalmasına səbəb olub.
Aprel savaşından sonra Ermənistanda hökumət dəyişiklikləri də iqtisadi inkişaf üçün nəzərdə tutulmuşdu. Ölkəyə təyin edilən yeni baş nazir Karen Karapetyanın iqtisadi proqnozları da özünü doğrultmadı. Çünki ölkənin real imkanları deyilən və irəli sürülən planlarla uyğun gəlmir. Ermənistan perspektivsiz və investisiya mühitinin olmadığı bir ölkədir. Oraya xarici sərmayə axını özünü doğrultmayıb. Ölkə Rusiyanın əyalətindən də acınacaqlı bir vəziyyətdədir. Hakimiyyətin millitarist siyasəti bu böhranı daha da dərinləşdirir. Təbii ki, belə bir ölkınin Dünya İqtisadi Forumunda iştirakı məqsədəuyğun sayılmayıb. Hansı iqtisadi göstəricilərinə görə Davosda bu ölkə iştirak edəcəkdir?!”.
Politoloq əlavə etdi ki, Ermənistan iqtisadiyyatına tam sahiblik hüququ Rusiyanın ixtiyarındadır: “Bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olması da ümidləri doğrultmadı. Ölkənin iqtisadi mənzərəsi acınacaqlı və yardımlara bağlıdır. Azərbaycan ərazilərini işğalda saxlamaqla iqtisadi imkanlarını tükətməkdədir. Real müharibə isə bu ölkənin çöküşünə səbəb olacaq. Ermənistan Qarabağ danışıqlardan yayınmaqla müharibə vəziyyətini sürətləndirir. İstənilən an müharibənin başlanması, Ermənistan əhalisinin köç etməsinə səbəb olacaq. Yəni, Azərbaycanın Ermənistana tətbiq etdiyi iqtisadi blokada səmərəli və effektliyi ilə özünü göstərir. Ancaq Ermənistanın hazırkı vəziyyəti Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynaya bilər. Çünki müharibə başlayarsa, Ermənistanın iqtisadi gücü uzunmüddətli müharibə aparmağa imkan verməyəcək. Demoqrafik və iqtisadi problemlər dərinləşəcək. Bu da Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnəcək”.
Mübariz BAYRAMOV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir