KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. ““Gürcü Arzusu” bu seçki ilə öz nüfuzunu göstərmək niyyətindədir”

““Gürcü Arzusu” bu seçki ilə öz nüfuzunu göstərmək niyyətindədir”

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
423 0

Əli Babayev: “Sakaaşvili tərəfdarları və müəyyən qüvvələr istəmirlər ki, Gürcüstanda demokratik seçki keçirilsin”

“Soydaşlarımız seçkidə nə qədər aktiv olarlarsa, o qədər də layiqli namizəd seçə bilərik”

“Saakaşvilinin hakimiyyətə qayıtmasını o adamlar istəyir ki, onun iqtidarı dönəmində həmin insanlar öz soydaşlarımızın hüquqlarını tapdalayırdı, insanlara zülm edirdi”

Oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ötən illərdən fərqli olaraq, bu seçkidə soydaşlarımız arasında ciddi aktivlik hiss olunur. Təsadüfi deyil ki, hazırda 4 rayondan – Marneuli, Bolnisi, Dumanisi və Qardabani rayonundan ümumilikdə 30 nəfərə yaxın soydaşımız namizədliyini irəli sürüb.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevlə söhbətimizdə seçki ərəfəsində baş verən prosesləri təhlil etməyə çalışdıq.
(Əvvəli bu linkdə: http://hurriyyet.org/11753-gurcustanda-en-azi-8-9-nefer-azerbaycanli-deputat-sechmek-imkanimiz-var.html)

– Əli müəllim, Gürcüstanda ümumi seçki ab-havası necədir: Sizcə, hakimiyyət bu seçkidə öz gücünü qoruyub saxlaya biləcək, yoxsa…?

– Hazırda Gürcüstanda demokratik seçki prosesi gedir. Avropadan və digər ölkələrdən çoxsaylı müşahidəçi qrupları gəlib. İnanıram ki, 2012-ci ildən sonra Gürcüstanda demokratik seçki keçirmək standardartı yarandığından, seçki günü – oktyabrın 8-də hər bir vətəndaş Konstitusiya mövqeyindən çıxış edib, gedib öz səsini verəcək. Artıq, əvvəlki kimi insanlara polis, hökumət idarələri və ayrı-ayrı qruplar tərəfindən heç bir təzyiq yoxdur. Əlbəttə, Sakaaşvili tərəfdarları və müəyyən qüvvələr istəmirlər ki, Gürcüstanda demokratik seçki keçirilsin. Amma “Gürcü Arzusu” bu seçki ilə bütün dünyada öz nüfuzunu göstərmək niyyətindədir. İnanıram ki, bu səbəbdən də Gürcüstan tam demokratik seki keçiriləcək və hər bir namizəd layiq olduğu səsi qazanacaq.

– Deyirsiniz ki, Saakaşvili tərəfdarları Gürcüstanda demokratik seçki keçirilməsini istəmir. Bu fikrə gəlmək üçün hər hansı əsasınız var?

– Məndə informasiya var ki, Milli Hərakat Partiyası və ayrı-ayrı qüvvələr Gürcüstanda seçki vaxtı təxribata əl atmaq niyyətindədirlər. Hətta onlar çalışacaq ki, bu məsələdə daha çox azərbaycanlılardan istifadə etsin. Ona görə, mən sizin qəzetiniz vasitəsilə Gürcüstanda yaşayan hər bir azərbaycanlıya, hər bir seçiciyə müraciət edirəm ki, heç bir qanunsuz hərəkətə yol verməyin. Bircə nəfər bu qanunsuz prosesdə iştirak etsə, millətimizi sevməyən müəyyən qüvvələr bizi ittiham edəcəklər ki, azərbaycanlılar seçki prosesini pozmağa çalışır və s. Gürcüstanda yaşayan azərbaycanlılar həmişçə gürcü milləti ilə bərabər ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparıb və bundan sonra da aparacağına heç bir şübhə yoxdur. Biz Gürcüstanın tamhüquqlu vətəndaşlarıyıq və bu vətəndaşlıq borcumuzu da yerinə yetirməkdən qürur duyuruq. Bu baxımdan, seçkidə də öz borcumuzu layiqincə yerinə yetirməliyik. Siz bilirsiniz ki, bundan sonra da prezident seçkiləri gəlir. Mən istəyirəm ki, bizim azərbaycanlılar, xüsusən gənclər bütün seçki proseslərində aktivlik nümayiş etdirsin, müxtəlif vəzifələrdə təmsil olunsunlar və biz toplum olaraq gürcü cəmiyyətinə inteqrasiya edək.

-Əli müəllim, Gürcüstanda bəzi sosioloji sorğu mərkəzləri, sizin deyiminizlə desək, “Saakaşvilinin terror hakimiyyətinin” yenidən qayıtmaq şansının yüksək olduğunu qeyd edir. Sizcə, belə bir ehtimal varmı?

– Bilirsiniz ki, həmin sosioloji sorğu mərkəzləri 1500-2000 nəfər seçicinin fikrini öyrənib, bunun əsasında ortaq nəticəyə gəlirlər. Amma nəzər alın ki, Gürcüstanın 3 milyondan artıq seçicisi var. Və adətən bu sorğu mərkəzlərinin proqnozları özünü doğrultmur. Üstəlik, hazırkı mərhələdə hələ seçicilərin 30-35 faizi seçkidə kimə səs verəcəyini də müəyyən etməyib. Ona görə də, sorğu mərkəzlərinin bu açıqlamalarına o qədər də ciddi əhəmiyyət vermək lazım deyil. Gürcüstanda seçkinin əsas nəticəsi 8 oktyabrda bəlli olacaq. Bu zaman biləcəyik ki, neçə nəfər seçici iştirak edib, kimlərə, hansı partiyaya daha çox səs verilib.
Mən hesab edirəm ki, Saakaşvili hakimiyyətinin 9 il ərzində apardığı siyasəti Gürcüstan seçiciləri hazırda yaxşı analiz edir. Bilirsiniz ki, onun hakimiyyəti dövründə ən çox da azərbaycanlıların hüquqları tapdalanır, torpaqları əllərindən alınır, bizneslərinə mane olunur, günahsız insanlar türmələrə atılırdı və s. Bütün bunlar yaddan çıxmamalıdır. Ona görə, kimlərsə inanırsa ki, Saakaşvili və yaxud da onun komandası yenidən Gürcüstanda hakimiyyətə qayıdacaq, böyük səhv edirlər. İndi Saakaşvilinin hakimiyyətə qayıtmasını o adamlar istəyir ki, onun iqtidarı dönəmində həmin insanlar öz soydaşlarımızın hüquqlarını tapdalayırdı, insanlara zülm edirdi. Onlar çalışır ki, Saakaşvili geri qayıtsın, yenidən səlahiyyət əldə edib insanlara zülm versinlər. Mən hesab edirəm ki, əslində Saakaşvili rejiminin cinayətlərinə Haaqa məhkəməsində baxılmalıdır. Onun dövründə hakimiyyətdə təmsil olunan məmurların 90 faizi çoxsaylı cinayət əməllərinə yol verib, onların hamısı məsuliyyətə cəlb olunmalıdır.

– Gürcüstandakı parlament seçkiləri ilə bağlı Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına deyəcək hər hansı sö
zünüz varmı?
– Azərbaycanda həqiqətən də Gürcüstan əsilli çox layiqli ziyalılar, elm adamları, dəyərli insanlar var. Mən onlara müraciət edərdim ki, bir günlərini ayırıb Gürüstana gəlsinlər. Həm gəlib səs versinlər, həm də istər öz kəndlərində, rayonlarında, istər də müxtəlif şəhərlərdə seçki prosesi ilə tanış olsunlar. Mən istəyirəm ki, bizim soydaşlarımızın bircə səsi də itməsin. Bizim soydaşlarımız seçkidə nə qədər aktiv olarlarsa, o qədər də layiqli namizəd seçə bilərik.
Digər tərəfdən, mən Azərbaycanda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin rəhbərliyinə də müraciət edirəm, hansı ki, bu cəmiyyətin yaradılmasında, fəaliyyətində mənim də böyük rolum olub. Doğrudur, “Borçalı” Cəmiyyəti son illər Borçalıya zidd hərəkətləri ilə öz nüfuzunu itirmişdi. Sonradan 250 nəfərdən artıq ziyalı yığıncaq keçirib cəmiyyətin rəhbərliyini dəyişdi. Biz bunu alqışlayırıq. “Borçalı” Cəmiyyəti gərək Gürcüstanla Azərbaycan arasında körpü rolunu oynaya. Elə də, biz ümid edirk ki, “Borçalı” Cəmiyyətinin yeni İdarə Heyəti, onun sədri, bizim görkəmli tarixçimiz Kərəm Məmmədli bu məsələdə öz sözünü deyəcək. Pis olmazdı ki, bu seçki zamanı da cəmiyyətin nümayəndə heyəti gəlib seçkini müşahidə edəydi və siyasi proseslərə qarışmasa da, Gürcüstanın qanunları çərçivəsində öz fikrini ictimaiyyətə çatdıraydı.
Bilirsiniz ki, Azərbaycanda ziyalı və fəhlə olmalarından asılı olmayaraq, yarım milyondan çox Borçalı əsilli vətəndaşımız yaşayır. Azərbaycanda yaşayan bütün borçalılar da bu cəmiyyətin ətrafında birləşməlidir. Kimsə öz şəxsi mənafeyi naminə bu cəmiyyətdən istifadə etməməlidir. Mən inanıram ki, yeni rəhbərlik də məhz bu istiqaməti seçəcək və birləşdiricilik missiyasını öz üzərinə götürəcək. Mən də bütün azərbaycanlıları “Borçalı” Cəmiyyətinin ətrafında həmrəyliyə çağırıram.
Onu da deməyi özümə borc bilirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar birinci növbədə Azərbaycan prezidentinə, onun siyasətinə böyük ümid bəsləyirlər. Biz minnətdarıq ki, cənab İlham Əliyev heç vaxt bizi unutmur, bu yaxınlarda da soydaşlarımıza öz dəstək əlini uzatdı. Hər bir çətinlikdə Azərbaycan dövləti yanımızdadır.

Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir