KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Irəvanda avtobusun partlaması və bunun nəticəsi

Irəvanda avtobusun partlaması və bunun nəticəsi

Hasan Oktay Hasan Oktay - - 1 dk okuma süresi
355 0

elhan
Irəvanda avtobusun partlaması və bunun nəticəsində 2 nəfərin ölümü və xeyli sərnişinin yaralanması Ermənistan hakimiyyətində, parlamentində və cəmiyyətində ciddi suallar yaradıb. Əsas sual budur ki, “cəbhə bölgəsində vəziyyətin gərginləşməsi fonunda İrəvanda terror aksiyasının arxasında kim dayanır?” İndi bu sual ətrafında başlarını sındırırlar, hələ ki, konkret ad çəkmirlər, ancaq yaxın günlərdə hansı ölkənin adını tələffüz edəcəkləri sirr deyil. Əslində bu terrordan yararlanmaq istəyənlərin məqsədi Ermənistanı “terror qurbanı” kimi göstərməkdir. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi və nəticədə öldürülən siyasi fiqurların əvəz edilməsi kim(lər)in planı idisə, dünənki partlayışın arxasında da eyni güclər dayanır. “İrəvanda avtobusun partladılması kim(lər)ə sərf edir” sualının cavabını da məhz bu istiqamətdə axtarmaq lazımdır, məşhur filmdə deyildiyi kimi, “yenə eyni dalğa və eyni koordinat”.
Elkhan Şahinoğlu atlassam başkanı bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir