KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İran prezidenti Həsən Ruhanidən səs yoxdur

İran prezidenti Həsən Ruhanidən səs yoxdur

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
431 0

İranın hakimiyyət nümayəndələri iranlılar üçün iki mühüm yerdə – Tehranda parlament binasında və Xomeyninin məqbərəsində iyunun 8-də baş verən terror hadisəsinin miqyasını azaltmağa çalışırlar. İranın ali dini lideri Əli Xamaneyi dünənki çıxışında hadisəni “əhəmiyyətsiz fişəng atəşinə” bənzədib. Təxminən oxşar dəyərləndirməni İran parlamentin sədri Əli Larincani dilə gətirib. Halbuki, terrorçular parlament binasında həmin Larincanin bir addımlığına qədər gəlib çatıblar. Hələ ki, İran prezidenti Həsən Ruhanidən səs yoxdur.
Mühafizəkarlar danışır, sözdə liberallar susur. Bu o deməkdir ki, İranda müfaziəkarların sözdə liberalları sıxışdırmaları üçün əllərinə yaxşı fürsət düşüb. Baxmayaraq ki, İranın dini lideri və parlamentin sədri baş verənlərin miqyasını (halbuki, İranda islam inqilabından bu yana paytaxtda bu miqyasda terror hadisəsi baş verməmişdi, uzun illər İranda terror halları Tehrandan uzaq məsafələrdə baş verirdi) azaltmağa çalışırlar, lazımi təhlükəsizlik tədbirlərinin görülməməsinə görə prezidenti və onun kabinetini günahkar çıxara bilərlər. Ancaq prezidentin də bu ittihamlara görə mühafizəkarlara qeyri rəsmi cavabı var: “Güc strukturlarına daha çox siz nəzarət edirsiniz, ona görə cavabdehi başqa yerdə axtarın”.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir