Ваан Мартиросян: «Я буду всеми возможными средствами продолжать бороться с захватчиками моей родины Армении»

Kafkassam başkanı ırak basınına açıklama yaptı

Ermənistanın Naxçıvan təxribatının arxasında nə dayanır?

Sultanahmet sonrası Türk ordusunun Suriye seferi şart oldu!

İranla dost olaq, yoxsa düşmən?

Azerbaycan, İran 31 Aralık 2016
223

Azərbaycanı İranla İsrailin savaş meydanına çevrimək istəyən qüvvələr var

Səhər işə gedəndə tindəki dükanın qarşısında 50 yaşlarında həyəcanlı danışan bir adama istər-istəməz “qulaq müsafiri” oldum. Məhəllə “politoloqlarından” idi, adətən məhəllə arasında “taleyüklü” məsələsi müzakirə edir və qərar verirlər. “Bizim birinci düşmənimiz farslardır, əlimə versələr, hamısını güllələyərəm. 11 milyon fars var orda”. Yadımda qalan bunlar idi.

Aydındır, deməli, telekanallar yenə antiiran havasına köklənib. Obıvatelin birdən birə dünyada cəmi “11 milyon qalmış” farsları qətlə yetirmək fikrinə düşməsi ancaq kütləvi təbliğatın təsiri ilə mümkündür. Məsələ ondadır ki, son bir ayın gündəmi İran-Azərbaycan münasibətləri olub.

netanyahunun səfəri

Əvvəl İsrailin baş naziri Netanyahu Bakıya gəldi, sonra İranın prezidenti Ruhani İrəvana getdi.

Image result for Ruhani Sarkisyan

Bu get-gəlləri “tozu yatmamış” İranın müdafiə naziri Azərbaycanda hədə kimi qəbul olunan açıqlama verdi: “Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək. Lakin bu, onların qərarıdır, onların məqsədlərinə çatması və maraqlarının təmin olunması naminə qəbul olunub. Və biz buna qarşı çıxa bilmərik”.

Əslində generaldan çox diplomat kimi məşhur olan Dehqanın Rusiya kanalına müsahibəsində söylədiyi fikirlər az qala müharibə elanı kimi qəbul olundu. Əslində vəziyyət o qədər də dramatik deyildi, çünki generalın müsahibəsi yayılan günlərdə prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdi

Yəni ortada ciddi münaqişə vəziyyəti yoxdur, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə olunur, gələcək perspektivdən danışılırdı. Birgə hökumətlərarası komissiyanın toplantısı keçirilirdi. Yəni zahirən rəsmi səviyyədə belə bir soyuqluq, düşmənçilik atmosferi hiss olunmur. Amma bir tərəfdə hökumətlərarası komissiyanın iclası keçirilir, prezident iranlı naziri qəbul edir, amma digər tərəfdə İranın qatı düşməni İsrailin baş naziri Bakıya gəlir, İranın prezidenti Ermənistana səfər edir və İranlı general Bakının davranışılarına dözməyəcəyini deyir. Yəni belədə narahat olmalı məqamlar var, əgər antiiran ovqatı məhəllə səviyyəsinə enibsə, deməli, vəziyyət ciddidir.

Məsələ ondadır ki, İranla Azərbaycan münasibətlərinin bu qədər “ziqzaqlı” olmasının kifayət qədər təbii səbəbləri var. Xəzərin bölünməsində anlaşa bilmirik, İran azərbaycanlıları məsələsi və nəhayət, İranın Ermənistanla münasibətləri. 1992-ci ilin mayında Rəfsəncaninin Tehranda Yaqub Məmmədov və Terpetrosyanı dəvət edib təşkil etdiyi sülh danışıqları Dağlıq Qarabağ separatçılarının Şuşanı işğal etməsi nəticəsində pozuldu və İranın bu münaqişədə iştirakı arzularının üzərindən birdəfəlik xətt çəkdi. Cənubi Qafqaz Rusiya İmperiyasının torpaqları idi, İranın burda münaqişə həll eləməsinə Moskva heç zaman razı olmazdı, olmadı da. Bunu iranlılar gec anladılar.

AXC hakimiyyəti dönəmində Bütöv Azərbaycan fəaliyyətləri İranı narahat etsə də, Qarabağ savaşı zamanı Azərbaycana silah, humanitar yardım və hərbi təlimatçılar göndərdi. Ancaq “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın birmənalı şəkildə üzünü Qərbə çevriməsi İranda narazılıqla qarşılandı. 90-cı illərdə hökumətlər arasında münasibətlər Azərbaycanda İrana rəğbətlə baxan islamçıların həbsləri, iranlı din xadimlərinin deportasiyası, mədrəsələrin qapadılması ilə xatırlanır.

2000-ci illərin əvvəllərində bp-nin mübahisəli ərazilərdə neft kəşfiyyatı aparan gəmilərinin İran hərbi gəmilərinin təhdidinə məruz qalması ikinci möhkəm “silkələnmə” oldu. İranlılar gəminin hərbi kəşfiyyat məqsədi daşıdığını və içərisində xarici kəşfiyyatın nümayəndələrinin olduğunu iddia edirdilər. Bu hadisə Azərbaycanı Qərbə daha da yaxınlaşdırdı. Çünki İranın və o aralar münasibətlərin soyuduğu Rusiyanın ortasında qalan Azərbaycana etibarlı müttəfiq lazım idi. Bu isə Türkiyə və NATO idi. Çünki Azərbaycan artıq Qərbə neft satırdı. 2001-ci ildə Bakıya gələn “Türk şahinləri” ciddi psixoloji dəstək olmaqla yanaşı, öz ardınca Türkiyə hərbi təlimatçılarının Bakıya gəlməsi ilə nəticələndi. 2002-ci ildə isə Heydər Əliyev və Xatəminin Xəzər dənizinin adı ilə bağlı mübahisəsi diplomatik savaş idi.

11 sentyarbr və ardınca Əfqanıstan, daha sonra İraqın işğalı İranın fəaliyyətlərini Yaxın Şərqə yönətldi. Yalnız bir də 2000-ci illərin ortalarında mətbuata İran-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı siqnallar daxil olmağa başladı. 2008-ci ildə Bakıda İsrail səfirliyin partlatmaq istəyənlərin həbs olunması xəbəri Azərbaycanla İsrailin yaxınlaşması xəbərləri ilə yanaşı yayılırdı və Tehranda qəzəb doğururdu. İki il sonra yayılan “Wikileaks” yazışmalarında İran prezidenti və müdafiə nazirinin Bakıya İsraillə bağlı xəbərdarlıqları barədə gizli dosyaları yayımlayacaqdı. Ancaq o zaman artıq iki ölkə ümnasibətləri ciddi şəkildə zədələnmişdi. 2012-ci ildə Amerika mediası Azərbaycan hökumətinin hərbi aerodromlarını İsrail aviasiyasına açması barədə “kəşfiyyat mənbələrinə istinadən” xəbər yaymasından sonra münasibətlər daha da gərginləşdi. Bu gərgin vəziyyət 2013-cü ilə – “islahatçı”, “diplomatiyanın şeyxi” adlanan Həsən Ruhaninin prezident seçilməsinə qədər davam etdi.

Həsən Ruhani vəzifəyə gəldikdən sonra Azərbaycanla gərgin münasibətlər taktikasından imtina etdi.

ABŞ-la olduğu kimi Azərbaycanla da keçmiş inciklik unuduldu, get–gəllər, münasibətlərdə yumşalmalar müşahidə olunmağa başladı. İranlılar Bakı ilə umu-küsünü kənara qoyub daha yaxın olmağa və sanki bununla İsrailin mümkün təsirini azaltmağa çalışırdılar. Ancaq rəsmi olaraq dilə gətirilməsə də, İran mediasında İsrailin Azərbaycan ərazilərindən istifadə edərək İrana qarşı təxribatlar həyata keçirdiyi, nüvə alimlərinə sui-qəsd etdiyi, pilotsuz aparatlarla kəşfiyyat apardığı iddia olunur. Azərbaycan isə bunu təkzib edir. Əlbəttə, aydın məsələdi rki, Bakı heç zaman bu oyuna getmək istəməz, hər nə qədər İsrail vazkeçilməz olsa da. Məsələ ondadır ki, İsrail İranın uzun illər Livan üzərindən ona qarşı fəaliyyətlərinə cavab olaraq Azərbaycandan istifadə etmək istəyir.

İran Livan vasitəsilə İsrailə qarşı ciddi müqavimət təşkil edib, yəhudi dövlətinə ciddi zərbə vurub, hətta 2006-cı il müharibəsindəki uöursuzluğu ilə İsrail ordusunun məğlubedilməz imicini zədələyib. İranın Livan vasitəsilə İsrailə qarşı etdiyinə cavabı İsrail Azərbaycan üzərindən etmək istəyir. Azərbaycan əhalisi İranın 35 milyonluq türk əhalisi ilə qohumlu qəlaqəsinə malikdir, məzhəb, etnik birlik var, üstəlik azərbaycanlılar İsrailə digər müsəlman xalqlardan fərqli olaraq düşmən kimi yanaşmırlar.

Ancaq istənilən halda bu vəziyyət ən çox Azərbaycanın zərərinədir. İki böyük region ölkəsinin (İran və İsrail) savaşında Azərbaycanın meydana çevrilməsi ən uğursuz seçimdir. Bu səbəbdən də Bakının əvvəldən neytral, qarışmamaq siyasəti doğrudur, qonşuda olan böyük bir dövlətlə savaşmaqdansa, onun imkanlarından istifadə etmək, məsafəli davranmaq daha ağıllı hərəkətdir. Aydın məsələdi ki, İranda da Azərbaycanı sevməyənlər, hətta Azərbaycan adlı dövlətin varlığından narahat olan qüvvələr var. İranda erməni lobbisi də fəaliyyət göstərir. Amma bütün bunlar Azərbaycanın İrana təsir imkanlarından xeyli azdır. Bu mənada Azərbaycanın İranla düşmən deyil, əksinə, imkanlarından faydalanması, dostluq münasibətləri saxlaması və İranın 3-cü ölkə ilə savaşında tərəf və ya mübarizə meydanı olmaqdan qaçınmalıdır. Yeri gəlmişkən, İranda da bunu istəyən, Azərbaycanla münaisbətlərin gərginləşməsi, Azərbaycanın Qərblə və ya İsraillə savaş meydanına çevrilməsində maraqlı olan qüvvələr var.

Görünən odur ki, ara-sıra Qərb mediasına Azərbaycanın İsrailə aerodrom verməsi xəbərini ötürən və ya Azərbaycan ərazisindən İsrailə qarşı istifadə edilməsi xəbərlərini servis edənlər məhz İranla Azərbaycan arasında düşmənçilik olmasında maraqlı olan qüvvələrdir. Təbii ki, bu vəziyyətdən mənfəət əldə edənlər var. Amma bu zümrə xeyli azdır və Azərbaycan xalqını təmsil etrmir. Bizə isə onsuz da qaynayan, zorakılıq, terror və müharibələrin davam etdiyi Yaxın Şərqdə sabitlik lazımdır.

Kənan Rövşənoğlu
Musavat.com

Yorumlar

Henüz hiç yorum yapılmamış.