KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İslam Kərimov xarici siyasətdə ehtiyatlı

İslam Kərimov xarici siyasətdə ehtiyatlı

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
405 0

Ağır vəziyyətdə olduğu və ya artıq vəfat etdiyi iddia edilən Özbəkistan prezidenti İslam Kərimov xarici siyasətdə ehtiyatlı olduğu qədər ilkin illərdə manevrləri sevirdi, sanki nəbz yoxlaması həyata keçirirdi. Misal üçün bir ara Özbəkistan hətta GUAM-a da üzv olmuşdu. Ancaq az sonra Daşkənd xüsusi izah vermədən bu qurumu tərk etdi. Daşkənd gah Rusiya, gah da Amerika ilə yaxınlaşırdı. Hiss olunurdu ki, İslam Kərimov hansısa dövlətlə xüsusi münasibətlərin qurulmasına çalışmır. Yəqin bu yaxınlığın gələcəkdə Özbəkistan üçün təhlükəli ola biləcəyini zənn edirmiş.

Özbəkistan türkcə danışan yeganə dövlətdir ki, türkdilli dövlət başçılarının zirvə toplantısına qatılmır. Digər tərəfdən Gülən şəbəkəsinə bağlı məktəbların tamamını ölkəsində qapadan da ilk dəfə İslam Kərimov olmuşdu. Halbuki, onlara ən münasib şəraiti yaradan da Kərimov idi. Ankara bu qərara görə o zaman İslam Kərimova qəzəbli idi. Ancaq üstündən illər keçdikdən sonra Ankara Kərimovun gördüyü işi daha geniş miqyasda Türkiyənin özündə həyata keçirir. İslam Kərimovun varisinin ölkəsinin xarici siyasətində ciddi dəyişiklik etməyəcəyini və Kərimov qədər ehtiyatlı olacağını zənn edirəm, Daşkənd Rusiya və Qərblə yenə məsafə saxlayacaq, bəlkə türkdilli dövlətlərlə interqasiya məsələsində yenilik mümkündür. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir