KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Lavrov Planı Azərbaycan qarşı təxribatdır

Lavrov Planı Azərbaycan qarşı təxribatdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
395 0

Ermənistanın “Aravot” qəzeti Sarkisyanın müharibə mesajının arxasında Moskvanın təzyiqinin dayandığını yazıb.Qəzetdə iddia olunur ki, Rusiya Sarkisyandan işğal olunmuş torpaqları geri qaytarmaağı tələb edir
Qəzet qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır”.
Ermənistan tərəfi Qarabağ probleminin həll olunmasına görə Rusiyanın onlara guya təzyiq etməsini və mövcud olmayan “Lavrov planını ” gündəmə gətirməklə əsl həqiqəti yayındırmağa çalışır.Ola bilsin ki, danışıqlar dövründə Lavrov Rusiya maraqları prizmasından münaqişənin həlli istiqamətində hər hansı bir təkliflə şıxış etmiş olsun.Lakin reallıq və fakt odur ki, indiyə qədər edilən bütün təkliflər “tərəflər razılığa gələ bilmədilər ” bəhanəsi ilə arxivə atılıb.Ermənistan prezidentinin Fransaya səfərinin pərdəarxası niyyətlərini gizlətmək məqsədi ilə bu şaiyə-təbliğat işə salınıb.Bu dəfə guya Rusiya təzyiqindən qurtulmaq üçün Sarkisyanın Fransaya sığınmaq məcburiyyətində olması təbliğatı aparılır.Bu açıq və şərəfsiz yalan Azərbaycanın başının altına yastıq qoymaq planının tərkib hissəsidir və Rusiyanın göstərişi ilə həyata keçirilir. Vasif Efendi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir