Vizyon

İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri

Türkiye uyumasın ABD Pasifik’i Çine Bıraktı!

Hasan Ruhani’nin kazanması ne anlama geliyor?

2019 yılında Türkiye seçmeni seçime gerek bile olmadan kendi devlet başkanını seçecek

Levon Ter-Petrosyanın da “Sülh Plaftorması” var

Ermenistan 19 Aralık 2016
127

Aprel savaşı cəmi 4 gün davam etdi, ancaq bu müddət də kifayət etdi ki, Ermənistan cəmiyyətində silkələnmə baş versin.

Birinci hadisə azərbaycanlı və erməni fəalların birgə təsis etdikləri “sülh platforması” oldu. Bu platforma çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirən ermənilərin sayı tədricən artır.

İkinci hadisə Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışıdır. Bu çıxış da sensasiya əhəmiyyətlidir.

Levon Ter-Petrosyanın ağır xəstə olduğu və aylardır müalicə aldığı haqqında xəbərlər dolaşırdı. Buna baxmayaraq, Levon Ter-Petrosyan qurultayda tərəfdarları qarşısında uzun nitq söylədi. Bu nitqdəki əsas tezislərin səbəbi də elə aprel savaşının nəticələriylə əlaqəlidir.

Levon Ter-Petrosyan Ermənistanın prezidenti olub və məhz onun ölkəsinə rəhbərlik etdiyi müddətdə Azərbaycan torpaqları işğal olunub, Xocalı soyqırımı baş verib. Levon Ter-Petrosyan bu cinayətləri birbaşa həyata keçirənləri, planlayanları Dağlıq Qarabağdan Ermənistanda yüksək vəzifələrə gətirib. Demək indiki vəziyyətə görə o da məsuliyyət daşıyır.

Buna baxmayaraq, Levon Ter-Petrosyan o illərdə “qələbə eyforiyası” içində olmaq əvəzinə Azərbaycan torpaqlarının işğalının və qonşusu ilə düşmənçilyin Ermənistana və Dağlıq Qarabağa yaxşı heç nə vəd etmədiyini ilk anlayanlardandır. Ancaq o bunu anladıqda artıq gec idi, baş separatçılar Robert Köçəryan və Serj Sərkisyan artıq Ermənistandakı bütün güc strukturlarına nəzarət edirdilər və onlar imkan vermədilər ki, Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirən “mərhələli həll” planına imza atsın. Onlar Levon Ter-Petrosyanı devirdilər və eks-prezidentin dövlət başçısı kürsüsündə son sözü bu oldu: “Vaxt gələcək mənim imzalamaq istyədiyim sənəddən də ağır şərtlərə qazılaşmaq məcburiyyətində qalacaqsınız”.

Levon Ter-Petrosyan 18 ildən sonra proqnozunun doğrulduğunu qurultaydakı bu cümləsi ilə təsdiq etdi: “Ötən 18 ildə vəziyyət daha da ağırlaşıb”. Levon Ter-Petrosyan haqlı çıxdı. Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər.

Levon Ter-Petrosyanın daha bir tənqid obyekti hakimiyyətin erməni lobbisinin dəstəyinə və ianələrinə bel bağlamasıdır. Eks-prezidentin “1990-cl il savaşlarında cəmi 12 diaspora nümayəndəsi iştirak etmişdi” fikri isə ifşaedici mahiyyət daşıyır. Erməni lobbisi indi də Ermənistana heç nə ilə kömək etmir. Çünki pullarını havaya sovurmaq istəmirlər. Levon Ter-Petrosyan və digər müxalifət təmsilçiləri Ermənistanın ən böyük bəlası kimi korrupsiyanı göstərirlər. Aydındır ki, daima bu cür xəbərləri oxuyan erməni lobbisinin təmsilçiləri Serj Sərkisyana pul verməyəcəklər.

Levon Ter-Petrosyanın hakimiyyətə qarşı işlətdiyi digər əsas arqument ölkə əhalisinin sürətlə azalmasıdır. Heç Levon Ter-Petrosyanın hakimiyyəti, həmçinin müharibənin illərlə davam etdiyi dövrdə Ermənistanda demoqrafik vəziyyət bu qədər ağır deyildi. İndi isə bu Ermənistan hakimiyyəti üçün həllolunmaz problemə çevrilib. Məhz bu arqumentdən çıxış edən Levon Ter-Petrosyan Azərbaycanla sülh əldə edilməyənə qədər Ermənistanı və Dağlıq Qarabağı ağır həyat gözlədiyini vurğulayıb.

Ümumiyyətlə Ermənistanın eks-prezidenti çıxışının müxtəlif hissələrində Azərbaycanla və Türkiyə ilə barışmağın vacibliyinin Ermənistan üçün həyati əhəmiyyətli olduğuna bir neçə dəfə işarə edib. Çünki Levon Ter-Petrosyan anlayır ki, Azərbaycanın və Türkiyənin Ermənistanı blokadada saxlamasının, bütün regional layihələrdən təcrid etməsinin, üstəgəl Azərbaycanın silahlanmasının ölkəsi üçün yaxşı sonu olmayacaq.

Maraqlıdır ki, Levon Ter-Petrosyan çıxışının bir neçə yerində həm Azərbaycan və dövlət başçısı İlham Əliyev haqqında müsbət epitetlər işlədib. Erməni xalqı kimi Azərbaycan xalqının da indiki vəziyyətdən əziyyət çəkdiyini deyən Levon Ter-Petrosyan İlham Əliyevi rasional düşünən lider adlandırıb. Başqa sözlə Ermənistanın keçmiş dövlət başçısı öz ölkəsinin deyil, müharibə vəziyyətində olduğu ölkənin liderinin daha məntiqli və məsələlərə rasional yanaşdığını düşünür. Bu isə dolayısı ilə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə də rasional yanaşan elə İlham Əliyevdir. Levon Ter-Petrosyanın İlham Əliyev haqqında dediklərindən məhz bu qənaətə gəlmək olar. Hər ikisi Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verir.

Levon Ter-Petrosyanın çıxışında İlham Əliyevin adını çəkmədən Azərbaycan prezidentinin bir neçə fikrini təsdiq edən məqam da az deyil. Məsələn İlham Əliyev rayonlardan birinə səfər zamanı demişdi ki, Ermənistanı taqətdən salmaq üçün Azərbaycan silahlanacaq və düşmənə müxtəlif istiqamətlərdə təzyiqini artıracaq. Levon Ter-Petrosyan da çıxışında deyib ki, müharibənin özü yox, hətta bu barədə söhbətlər belə Ermənistan əhalisinin azalmasına və gənclərin ölkəni sürətlə tərk etməsinə yol açıb və bu proses getdikcə artır. Levon Ter-Petrosyanın daha bir fikri bundan ibarətdir ki, demoqrafik vəziyyət elə bir acınacaqlı hal ala bilər ki, Ermənistan və Qarabağdan heç nə qalmayacaq və problem özü-özünə həll olunacaq. Bu da faktiki İlham Əliyevin “münaqişənin həlliylə bağlı zaman Azərbaycanın xeyrinə işləyir” yanaşmasının təsdiqidir.

Levon Ter-Petrosyanın çıxışında ziddiyət də özünü biruzə verir. Məsələn bir tərəfdən onun çıxışı aprel savaşının Ermənistan cəmiyyətini daha çox deqradasiya uğraması kimi anlaşılırsa, digər tərəfdən eks-prezident deyir ki, Azərbaycan müharubəyə başlasa erməni cəmiyyəti yenidən birləşəcək və Azərbaycanı daha böyük itkilərə məruz qoyacaq.

Görünür, bu sözlər erməni auditoriyasını sakitlələşdirmək üçün deyilib. Levon Ter-Petrosyan öz çıxışı ilə erməni cəmiyyətində o qənaətin yaranmasını istəmir ki, o nəyi naminə olursa-olsun barışın tərəfdarıdır. Əslində isə Levon Ter-Petrosyanın çıxışının əksər hissəsinin leytmotivi bundan ibarətdir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə barışmasa, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı özünün də vaxtilə razılaşdığı “mərhələli həll” planını qəbul etməsə Ermənistanı və Dağlıq Qarabağı faciəvi sonu gözləyir. Azərbaycan da təzyiq yolu ilə Ermənistan hakimiyyətinə məhz bunu anlatmağa çalışır. Levon Ter-Petrosyanın çıxışının sonu da bu şüar üzərində köklənib: “Sülh, Barışıq, Mehriban qonşuluq”. Biz də bunu istəyirik.

Ermənistanda aprel ayında parlament seçkisi keçiriləcək. Ermənistan müxalifəti fəallığını artırmağa çalışır. Bu sırada Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi də seçkiyə hazırlığa start verib. Mümkündür ki, əsas müxalifət partiyaların bloku formalaşsın. Çünki, müxalifət parlament seçkisində uğur qazanmasa Serj Sərkisyan baş nazir kreslosuna əyləşəcək və hələ bir müddət də ölkəsini geri sürükləməkdə davam edəcək. Levon Ter-Petrosyanın son çıxışı həm də o deməkdir ki, Serj Sərkisyan növbəti ağır durumda eks-prezidentı bel bağlamaya bilər. Çünki, aprel savaşının nəticələrindən əndişələnən Serj Sərkisyan həmin günlərdə Levon Ter-Petrosyanın evinə getmiş onun geniş fikir mübadiləsi aparmışdı. Həmin günlərdə Levon Ter-Petrosyan Sərkisyana mənəvi dəstək verdi, ancaq bu çıxış həmin dəstəyin bir daha təkrarlanmayacağına işarədir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar