KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Bastiliyanı necə “işğal etdi”?

Məhəmməd Bastiliyanı necə “işğal etdi”?

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
445 0

Məhəmməd Bastiliyanı necə “işğal etdi”? –asif
Dünən gecə Fransa yenə qana boyandı. Nitsa şəhərində Bastiliyanın alınması gününün (müstəqillik günü) ildönümü münasibətilə keçirilən bayram yürüşündə izdihamın üzərinə sürülən yük maşını 84 nəfərin ölümünə (bu say arta bilər), 100-dən çox insanın yaralanmasına səbəb oldu. Bu, 2015-ci il 13 noyabr tarixində 130-a qədər insanın ölümünə səbəb olan Paris terrorundan sonra ikinci böyük hücum idi.

Son iki ildə Fransa xalqı məşhur misalın əksinə olaraq “kef çəkə” bilmir. Buna səbəb terrordursa, onu təşkil edənlərin hədəflərin nə olduğu sual olaraq qalır, Nitsa hücumunda olduğu kimi.

1. Ötən ildən başlayaraq, Fransanın “Avropanın Əfqanıstanı”na çevrildiyini deyə bilərik. Hər-halda Şərqin bataqlığından uzaq olan fransalı üçün istənilən belə hadisə elə Əfqanıstan əzablarına bərabərdir.
Bu baxımdan, bu ölkədə yeni terror aktlarının törədiləcəyi ehtimalı gündəmdə idi. Lakin maraqlıdır ki, “Avro 2016” futbol çempionatı zamanı hücumların olacağı gözləntisi olsa da, həmin vaxt Fransada qalib komandaların azarkeşlərinin partlatdığı fişənglərdən başqa heç bir alov görünmədi.

Halbuki, terrorçular səslərini dünyaya eşitdirmək üçün bu çempionatdan vasitə kimi istifadə edə bilərdilər. Nə üçün “Avro 2016” yox, “Bastiliya”? Deməli, bu hücumları idarə edənlər mövcuddur və onlar üçün vasitə yox, hədəf önəmlidir.

2. Çempionatın başa çatmasından 5 gün sonra Nitsada Bastiliyanın azad olunmasının ildönümündə hücum gerçəkləşdi. Bu, Fransa hökuməti ilə yanaşı, xalqına da göndərilən “Bastiliya” mesajının daha dərin siyasi elementlərdən ibarət olduğu deməkdir.

3. Niyə tunisli? Terror aktlarının bu və ya digər formada müsəlmanlara bağlanması artıq norma halını alıb. Lakin budəfəki terrorçu Yaxın Şərqdən deyil, Tunisdən, Fransanın keçmiş müstəmləkəsi olan Şimali Afrikanın Avropa sərhədlərində yerləşən ölkəsindəndir.

4. Hücum zamanı terrorçu öldürüldü. Onun tunisli olduğu açıqlansa da, kimliyi gizli saxlanıldı. Halbuki, həmin şəxsin sənədlərinin üzərində olduğu haqda məlumatlar yayılmışdı. Yalnız yarım gün sonra hücumu həyata keçirənin kim olduğu haqda qeyri-rəsmi məlumat açıqlandı: Məhəmməd Buhlel (Avropada terror hücumları törədən şəxslərin əksəriyyətini adının İslam peyğəmbərinin adını daşıması da ən diqqətçəkən “təsadüflər” arasındadır).

Baş verən hadisəni, olay ilə bağlı açıqlamaları və ümumiyyətlə geosiyasi mənzərəni analiz edərkən, Nitsada “Bastiliya”ya hücum haqda ehtimallar sıralanır.

“İslam radikalizminin təzyiqi altındayıq”, – deyə Fransua Olland hücumdan bir neçə saat sonra bildirdi. Halbuki, terrorçunun şəxsiyyət vəsiqəsi tapılmış olsa da, onun kimliyi haqda məlumat verilməmişdi. Ollandın ictimaiyyətə adı bəlli olmayan şəxs barədə (hətta özü onun haqda məlumatlandırılsa da) müsəlman deyə bəhs etməsi diqqət çəkir. Həmçinin, terrorçunun tunisli olduğu hadisədən dərhal sonra açıqlanmışdı. Lakin bu şəxsin tunisli olması, onun müsəlman olması demək deyil, hətta Tunisin müsəlman ölkəsi olmasına baxmayaraq. Yəni tunisli demək daha çox coğrafi məxsusluğunu əks etdirməkdir. Bunun dini mənsubiyyət göstərici olması ikinci, bəlkə də beşinci planda yada düşür. Olland isə tunisli olan terrorçunun hücumundan “İslam radikalizmi” deyə bəhs edir. Məhz bu, terror hücumunun arxasında Yeliseyə qədər uzanan bağlar haqda ehtimalları gücləndirir. Hədəflər gözlə görünə biləcək qədər aydındır:

a) “Brexit”dən sonra faktiki olaraq, Fransanın yükü çoxaldı. Hansı ki, Böyük Britaniyanın Brüsselə arxa çevirməsinin səbəblərindən olan miqrant probleminə Fransa daha öncədən etiraz etmişdi. Böyük Britaniyanın gedişi ilə miqrant məsələsində Avropa ölkələrinə ayrılan kvotada Fransanın yükü ağırlaşdı. İndi bu terrordan sonra Fransanın miqrantları qəbul etməməsi üçün Brüssel qarşısında ciddi əsası olacaq.

b) Terrorun bir müsəlman tərəfindən törədilməsi metodu köhnə olduğu qədər də yaxşı tanışdır. Lakin Nitsa hadisəsində müsəlman faktoru qalsa da, coğrafi faktor yaxın Şərqdən Afrikaya keçdi. Müsəlmanlara terror damğasının vurulmasının səbəblərindən biri onların Avropaya çıxışının qarşısını alınması ilə bağlıdır. Lakin Avropada, elə dünyanın özündə də terrorçu deyərkən adətən coğrafi olaraq Yaxın Şərq yada düşür. Avropaya axışan miqrantlar isə təkcə Yaxın Şərqdən deyil, Afrika çöllərindən də gələnlərdir. Hesab etmək olar ki, Nitsada coğrafi faktorun Tunis, yəni Afrika ölkəsi seçilməsi təkcə Yaxın Şərqdən deyil, səhralardan gələnlərin də eyni dərəcədə təhlükəli olmasının əyani şəkildə sübut etmək hədəfinə hesablanıb.
Bir neçə ay öncə Ankaranın əldə etdiyi anlaşmadan sonra Brüssel olan miqrant axınında Türkiyə marşrutu bağlandı. Bundan sonra Yaxın Şərqdən gələnlər də Liviya üzərindən keçməklə Şimali Afrikadan Avropaya gedən marşrutu seçdilər. İndi bir tunislinin 84 insanı öldürməsi, arxasında yüzlərlə yaralı buraxmasından sonra Şimali Afrika ilə Avropanın sərhədlərində “beton sədrlərin” çəkilməsi heç də təəccüblü olmayacaq. Avropanın istər beton sədlər, istərsə əli silahlı keşikçilərlə sərhədləri bağlamağa ciddi əsası olacaq. Türkiyə marşrutundan sonra Şimali Afrika yolunun da bağlanması miqrantların axınının qarşısını ciddi şəkildə ala bilər. Nitsa terroru bu proseslərin fonunda diqqət çəkir.

c) Nitsa terrorunda ən əsas detallardan biri bu hücumun heç bir terror təşkilatın, xüsusilə İŞİD-in üzərində götürməməsidir. Adətən Avropada törədilən terror aktlarını ya İŞİD öz üzərinə götürür, ya da İŞİD-in adı mütəmadi olaraq hallandırılır. Lakin Nitsa hadisəsində medianın “İŞİD izləri” axtarmasına baxmayaraq, nə siyasətçilər, nə də rəsmilər bu haqda heç nə danışmır, susurlar. Görünür məqsəd terror hadisəsinin miqrantların ayağına yazılması və onların qovulmasına yaradılan əsasın gücləndirilməsidir. Yaxın günlərdə bu daha aydın görünəcək.

***

Nitsa terrorunun ikinci tərəfi də diqqətdən yayınmır: Niyə Fransa?

1. Hədəf Fransa iqtidarı ola bilər. Lakin Olland dünyanın ümumi siyasətinə qarşı çıxacaq siyasi gedişlər etmədiyi kimi, hücumdan sonra “İslam radikalizmindən” danışması da bu ehtimalı gündəlikdən çıxarır.

2. Zəif ehtimallardan biri də Fransanı Avropa Birliyindən çıxmağa məcbur etməkdir. “Brexit” Brüsselin zəiflətmək istəyən siyasi proseslərin izlənildiyini göstərir. Fransanın çıxışı isə deşilmiş gəminin tamamilə batmasını təmin edərdi. Və Brüsselə sadiq Yelisey klassik üsulla cəzalandırılır. Lakin ikinci və əks olan ehtimal – “bu terrordan sonra Fransanın miqrantları qəbul etməməsi üçün Brüssel qarşısında ciddi əsası olacaq” fikri bu ehtimalı da gündəmdən çıxarır. Yəni miqrant məsələsində Parislə Brüsselin mövqeləri çarpazlaşır və Fransanı “ana qucağından” ayırmaq üçün terror kimi dəhşətli üsula əl atmamaq da olardı.

3. Fransanın hədəf seçilməsində ən ciddi ehtimal iqtisadi faktordur. “Brexit”dən sonra Fransa Avropanın maliyyə mərkəzi olaraq, estafeti Britaniyadan almaq niyyətindədir. Londondakı beynəlxalq korporasiyalar da “brexit”dən sonra ingilis torpaqlarını tərk etməyə hazırlaşır. Fransa onlar üçün cəlbedici məkan ola bilər. Bu gözləntilər fonunda terror aktlarının olması bu şirkətlərin Fransaya gəlməsinin, beləliklə Parisin maliyyə mərkəzi olması avtomatik olaraq gündəlikdən çıxır. Bunu ən çox ABŞ-Britaniya cütlüyü istəmir. Çünki investisiya “terror yuvası”ndan həmişə uzaq gəzib. Bu, Avropa Birliyi daxilində ciddi nüfuz mübarizəsinin getdiyini deməsə əsas verir.

***

Nista terrorunun ümumi nəticəsini belə dəyərləndirmək olar; miqrantların Avropadan qovulması prosesi sürətləndirilir; bunun üçün müstəvi kimi Fransa seçilməklə bu ölkənin “brexit”dən sonra ən böyük iqtisadi paya sahib olmasının qarşısı alınır. Məhəmməd Buhlelin “sürəti” beləcə iki hədəfi gerçəkləşdirir.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir