Vizyon

ŞİA’nın ve Vehhabiliğin kalesini Sekülerizm yıkacak!

Kürdistan Devlet Tasavvuru Ve Barzani’nin Tutarsızlığı

İsrail’in yeni Afrika açılımı ne anlama geliyor?

Erdoğan Türkiye’nin devlet olarak kalmasını istiyorsa, o zaman Gülencileri temizlemeli

Obamanın prezidentlik dövrü və özündən sonra dünyaya qoyduğu – MİRAS

Gündem 10 Ocak 2017
236

Yanvarın 20-də səlahiyyətlərini Donald Trampa təhvil verəcək Barak Obamanın özündən sonra qoyduğu miras acınacaqlıdır.

Enter.News xəbər verir ki, Corc Buşdan sonra prezident postuna keçən Obama ABŞ xalqına İraq və Əfqanıstandakı müharibəni bitirəcəyi sözünü versə də, apardığı siyasətlə hər kəsi məyus etdi.

Türkiyənin “Yeni Şəfəq” qəzeti Obamanın prezidentliyi dövründə etdiklərini araşdırıb.

8 illik prezidentliyi dövründə Obama Yaxın Şərqi ağuşuna alan xaosa seyirçi qaldı. Halbuki, ABŞ ordusunu müharibələrə daxil etməyəcəyinə sözü verdiyi üçün, hər kəs Obamanın Corc Buşdan qalan problemləri həll edəcəyinə ümid edirdi. Lakin Obama 8 il boyunca uğursuz siyasət apardı.

İŞİD terroruna qarşı beynəlxalq koalisiya qurdu. Lakin İŞİD-ə qarşı digər terror təşkilatı olan PKK/PYD-ni dəstəklədi. Hətta bu terror təşkilatlarına silah yardımları da etdi.

ABŞ ordusunu müharibəyə daxil etməyəcəyinə söz verdiyi üçün terrorla mübarizədə havadan hücumlara üstünlük verdi. Lakin bu mübarizə strategiyası uğursuzluğa düçar oldu.

news-detail

2016-cı ildə Obama administrasiyası terrorla mübarizə çərçivəsində Suriyaya 12 min 192 dəfə havadan zərbə endirdi. Bu hücumların əksəriyyəti isə PKK/PYD terror təşkilatlarının irəliləməsini təmin etdi. Azad Suriya Ordusuna isə heç bir dəstək vermədi. Müxaliflərin irəliləməsinin qarşısını almaq üçün Əl Bab əməliyyatı başlayan kimi İŞİD-ə havadan endirilən zərbələri dayandırdı.

Obamanın əmri ilə İraqa 12 min 95 dəfə hava zərbəsi endirildi. Ötən il bu zərbələrin nəticəsində bir çox mülki şəxs həyatını itirdi. 2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Hillari Klintonun xal qazanması və prezident postunu “Mosulu İŞİD-dən xilas edən lider” olaraq təhvil vermək üçün Mosul əməliyyatını sürətləndirdi. Lakin nəticədə heç nəyə nail ola bilmədi. Məlumatlara görə, Mosul əməliyyatı iki il davam edə bilər.

Obama prezident seçiləndən sonra “Əl-Qaidə”yə qarşı hava hücumlarını da sürətləndirdi. 2016-cı ildə Əfqanıstana 337 hava zərbəsi endirildi. Bu hücumlarda yüzlərlə mülki şəxs öldürüldü. Obama 2011-ci ildən sonra daxili müharibənin getdiyi Liviyaya 496, Yəmən, Simali və Pakistana isə ümumilikdə 51 hava zərbəsi endirdi.

Obama özündən sonra dünyaya müharibə və xaousu miras olaraq qoyub gedir.

Gülnar Babazadə

Yorumlar