KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Putin 7 rayonun geri qaytarılmasını Ermənistandan tələb edir”

Putin 7 rayonun geri qaytarılmasını Ermənistandan tələb edir”

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
417 0

Qafar Çaxmaqlı: “Bir şərtlə ki, Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni qaçqınlarının geri dönməsindən sonra bir referendum keçirsin”

Son zamanlar Türkiyə və Rusiya arasındakı danışıqlarda Qarabağ məsələsinin prioritet olmasına dair yanaşmalar üstünlük təşkil etməyə başlayıb. Hesab olunur ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Türkiyə səfəri, bu səfərdən dərhal sonra onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Bakı, onun ardınca isə baş nazir Binəli Yıldırımın 3 günlük Moskva səfərlərində Qarabağ məsələsi də əsas müzakirə mövzularından biri olub.

Rusiyanın “Rosbalt” nəşrinin analitiki İrina Corbenadzenin “Qarabağı Hələbə dəyişdiririk?” başlıqlı məqaləsində də bir sıra ümidverici fikirlərə yer verilib ki, artıq bununla bağlı “Yeni Müsavat” oxucuları məlumatlandırıb. Politoloq Engin Özer “Türkiyə Əsədin Hələbə nəzarət eləməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həllinə yardımçı olacaq”-deyib. Rusiyadakı Müasir Türkiyəni Öyrənmə Mərkəzinin rəhbəri Yuri Mavaşevin də bununla bağlı fikirləri var. “Əgər Moskva və Ankaranın Qarabağ və Hələbə ”əl qatması” haqda informasiya doğrudursa, o zaman bu sövdələşməni böyük işarəli saymaq olar”-məqalədə deyilir.

Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin və Türkiyənin Ərciyəz Universiteti Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istər Moskvada, istərsə Ankara və Bakıda Rusiya ilə açıq və gizli danışıqlarda Qarabağ məsələsi gündəmə gətirilir: “Hətta Türkiyənin xarici işlər naziri Çavuşoğlu bir neçə dəfə bəyanat vermişdi ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən heç olmasa birindən çıxsa və onu bir jest olaraq Azərbaycana təhvil versə, Türkiyə Ermənistanla sərhədlərin açılmasına baxa bilər. Bu, Türkiyənin Ermənistana böyük güzəşti ola bilər. Amma Ermənistan bu fikrə heç bir reaksiya verməyib. Rusiyada da bəzən 3, bəzən isə 5 rayonun təhvil verilməsindən bəhs ediblər. Bunlar hamısı nəbzi yoxlamaqdan başqa bir şey deyil. Prinsipial heç bir razılaşmalar olmayıb”.

Q.Çaxmaqlı qeyd etdi ki, Rusiyadakı politoloqlar son zamanlar Bakı-Moskva-Ankara siyasi “trafik”ində nələr danışıldığını bilə bilməzlər, bunu yalnız təxmin edə bilərlər: “Qarabağı Hələbə dəyişmək kimi bir anlaşmanın olmasına mən inanmazdım. Hələbin məsələsi artıq həll edilib. Məncə, Qarabağ danışıqlarının Hələblə heç bir əlaqəsi yoxdur. Qarabağ məsələsinin həlli üçün təkliflər ayrı bir paketdədir. Belə görünür ki, Rusiya da onu Minsk Qrupu çərçivəsində davam etdirəcək. Rusiya bu məsələdə əsas ”açarı” əlində saxlasa da, digər həmsədr dövlətlər onu tamamən Rusiyanın ixtiyarına verməzlər. Bununla belə, Moskvanın Qarabağ nizamlanması ilə bağlı son zamanlar artan təşəbbüsünün Ankara tərəfindən dəstəklənməsini deyən Yuri Mavaşev haqsız deyil. Hamı bilir ki, Ermənistan bu əraziləri işğal edib. Ermənistan özü bunun adını “azad edilmiş ərazilər ” qoysa da, qəbul edir ki, bu ərazilər Azərbaycana aiddir. Üstəlik, İrəvan da istəyir ki, Dağlıq Qarabağın “müstəqilliyi”nin təmin olunması durumunda bu əraziləri geri qaytarsın.

Problem də elə bundadır. Mən ona da inanmıram ki, sabah Rusiya “bu ərazilərdən çəkil” əmrini versə, Ermənistan heç bir şey demədən buradan çıxıb gedəcək. Bəli, prezident Putin Dağlıq Qarabağın çevrəsindəki 7 rayonun qaytarılmsını Ermənistandan tələb edir. Bir şərtlə ki, Dağlıq Qarabağda azərbaycanlı və erməni qaçqınların geri dönməsindən sonra bir referendum keçirilsin”.

Ekspertə görə, paket həll variantında bunlar yer alır, Azərbaycan isə buna dirəniş göstərir: “Dövlət başçısı İlham Əliyev belə bir bəyanat vermişdi ki, həmsədrlər Azərbaycana problemin həlli ilə əlaqədar paket həllini qəbul etdirməyə çalışır və Azərbaycanı buna məcbur etmək istəyirlər. Bu variantı qəbul etmək Dağlıq Qarabağı itirmək demək olduğundan, danışıqlar faktiki olaraq dalana dirənib. Belə asanca Hələbin yerinə Qarabağdan vaz keçmək məntiqli deyil”.

Q.Çaxmaqlıya görə, “Rosbalt”dakı məqalə bir nəfərin orijinal görünmək fəaliyyətindən başqa bir şey deyil: “Onların iddia etdikləri kimi, məsələnin Azərbaycanın xeyrinə həll olunması kimi bir məsələ ortada yoxdur, ola da bilməz. Rusiya bu yaxınlarda Ermənistanla hava qüvvələrini birləşdirmə kimi bir addım atdı və bu o deməkdir ki, Azərbaycan öz ərazisində aprel döyüşlərinə bənzər bir addım atmasın. Minsk Qrupunun fəaliyyətinə hər zaman etiraz edən Türkiyə buna ciddi etiraz etmədi. Halbuki bu addım onun da dövlət təhlükəsizliyinə bir təhdid idi. Türkiyə-Rusiya danışıqlarında, məncə, əsasən iqtisadi ”krizis”dən çıxmaq üçün tədbirlər ən aktual danışıqlar predmetidir. Rusiya mətbuatında belə yazıların yazılması isə məqsədli şəkildə edilir, diqqəti əsas məsələdən yayındırmaq məqsədi güdür”.
http://musavat.com/news/siyaset/putin-7-rayonun-geri-qaytarilmasini-ermenistandan-teleb-edir_399110.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir