İran-Türkiye: Mayınlı arazide ‘el-ele’!

Türkiye Kendini Çukura İtmek İsteyenlere Fırsat Vermemeli!

Atatürkçülər devleti korudu

Rusya’yı çıkmaza sokan Putin’ce refleksler

Putin Hillariyə niyə nifrət edir?

Gündem, Rusya 28 Temmuz 2016
244

2011-ci ilin qisası və Obamaya edilən narazılıq: – Putin Hillariyə niyə nifrət edir?

Bu ilin noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyası Donald Trampı, Demokratlar Partiyası isə Hillari Klintonu namizəd olaraq irəli sürüb. ABŞ-dakı seçkilər Rusiyanın münasibəti fonunda da diqqət çəkir. Belə ki, ABŞ-la kəskin münasibətlər dövrünü yaşayan Kreml seçkidə Donald Trampın seçilməsinin tərəfdarıdır. Moskvada Klintonu heç cür qəbul etmirlər.

Admiral.Az xəbər verir ki, ABŞ-ın “Polico” nəşri “Putin Hillariyə niyə nifrət edir?” başlığı ilə yayımladığı məqalədə bunu araşdırıb.

2011-ci il, dekabr: Moskvada prezident Vladimir Putinə qarşı aksiyalar keçirilir. Etirazçılar parlament seçkilərinin saxtalaşdırıldığını iddia edirlər. Kreml bu aksiyaların xaricdən idarə olunduğunu düşünür. Amma kim?

“Polico” nəşri yazır ki, Kreml bu məsələdə həmin vaxt Dövlət katibi olan Hilari Klitonu günahlandırırdı: “Klinton Rusiyadakı seçkiləri sərt şəkildə tənqid etdi. Bu tənqiddən sonra Putin hesab etməyə başladı ki, etirazları da məhz bu xanım alovlandırıb. Düşünmək olar ki, Putin qarşıdakı beş ildə Klintondan qisas almağın yollarını axtarıb. Hazırda kibertəhlükəsizlik sahəsindəki bəzi ekspertlər Klintonun partiya daxilində imicinə zərbə vuran elektron poçt məktublarının ortaya çıxmasında Rusiyanın rolunun ola biləcəyini ehtimal edirlər”.

Nəşr qeyd edir ki, Vladimir Putinin Donald Trampla dostluğu hər kəsə məlumdur:

“Hər iki şəxs bir-birini ünvanına təriflər də səsləndirir və iki ölkə arasında münasibətlərin yaxşılaşmasına çağırışlar edirlər. Klintonun keçmiş əməkdaşları deyirlər ki, 2011-ci ilin dekabrında Rusiyada parlament seçkilərinə onun sərt münasibəti Putinin ciddi narazılığına səbəb olmuş, hətta o, bununla bağlı narazılığını birbaşa Barak Obamaya çatdırmışdı. Həm də Putin və onu məsləhətçiləri əla anlayır ki, Klinton Rusiya ilə münasibətlərin istiləşməməsi siyasətini izləyəcək”.

2009-2011-ci illərdə prezident Obamanın yanında Milli Təhlükəsizlik Şurasında Rusiya bölməsinin direktoru olmuş, 2014-cü ilə qədər ABŞ-ın Moskvada səfiri olaraq çalışmış Maykl Makfol deyir ki, Klintonun mövqeyi o vaxt Putini çox məyus etmişdi və o, hələ də incikliyini saxlayır.

Hərbi ekspertlər isə o haqda qızğın mübahisə edirlər ki, Putin Amerikada seçkiqabağı kampaniyaya qarışa bilər.

“Güman edirəm ki, xanım Klintonun Moskva ilə uyğunluq təşkil etmədiyinə dair Putinin aşkar və etibarlı sübutları var”, – deyə hazırda “Karnegi” Fondunda işləyən, ABŞ kəşfiyyatının Rusiya və Avrasiya üzrə keçmiş əməkdaşı bildirir.

“Polico” nəşri həmçinin, qeyd edir ki, Klinton da Putinə olan nifrətini heç vaxt gizlətməyib.

Gülnar Babazadə

Yorumlar