Vizyon

Mesut Barzani’nin engellediği hain plan nedir?

Kökteş Sözler İzinden Totemik Türk Dilinin Kökenleri: “Ata” Sözcüğü Örneği

Экспорт природного газа из Казахстана в Китай

Barzani Kaybetti Mi?

Qərbin reaksiyası heç nəyi dəyişməyəcək”

Gündem 7 Kasım 2016
440

Orxan Qafarlı: “Böyük ehtimalla, HDP deputatlarını göz dağı verilərək sərbəst buraxacaqlar”
Xəbər verdiyimiz kimi, ötən həftə Türkiyə hüquq-mühafizə orqanları Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatını, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağı həbs edib.

Qeyd edək ki, Türkiyə mediasının məlumatına görə, deputatlar terror istintaqı çərçivəsində saxlanılıb. Demirtaş və Yüksekdağ 2014-cü ildə Türkiyədən Kobaniyə (Suriya) dəhliz yaradılması tələbi ilə keçirilən aksiyalarda “cinayətə təşviq”, “xalqı üsyana çağırmaq” cinayətində ittiham olunur.

Türkiyədə deputatların toxunulmazlığı bir neçə ay əvvəl parlament qanunu ilə ləğv olunub. Bununla da onların həbsləri üçün yol açılıb. Ancaq kürd deputatların həbsi Avropa Birliyi və ABŞ-ın sərt təpkisinə səbəb olub. Xüsusən də AB ölkələri olaya sərt reaksiya veriblər. Noyabrın 4-də Ankarada akkreditə olunmuş Avropa Birliyi ölkələrinin səfirləri toplantı təşkil ediblər. Avropa ölkələri Türkiyə ilə münasibətlərin soyuması fonunda kürdlərə dəstəyi artıb. Xüsusən də son bir ildə hərbi əməliyyatların bərpa olunması, eləcə də qiyamdan sonra qanunların sərtləşməsi Avropa Birliyində ciddi narazılıqla qarşılanıb. Ankara ilə Brüssel arasında münasibətlər xeyli dərəcədə soyuyub.

AB Türkiyənin antiterror əməliyyatlarını dayandırması, PKK ilə danışıqları bərpa etməsi üçün Ankaraya təzyiq edir. Ankara isə PKK ilə danışıqları bərpa etmək fikrində deyil, daha sərt addımlarla kürd separatizmini və terroru məhv etməyə çalışır. Bu isə Avropa paytaxtlarında sərt təpki ilə qarşılanır.

Yarınmış vəziyyəti “Yeni Müsavat” üçün dəyərləndirən politoloq Orxan Qafarlı Qərbin təzyiqlərinin Ankaranın mövqeyini dəyişəcəyinə inanmır: “Türkiyədə HDP millət vəkillərinin həbsindən sonra Avropa Birliyinin və ABŞ-ın artan təzyiqlərinin Ankaranın mövqeyini dəyişəcəyini düşünmürəm. Ankarada AK Partiya hökuməti HDP millət vəkillərinin həbs edilməsi qərar qəbul edərkən Qərbin təzyiqlərini nəzərə alıb. Bu təzyiqlərin qarşısında dura bilmək üçün AKP hökumətinin əlində yetərli arqument var. Həmin millət vəkillərinin PKK ilə münasibətlərini kəsmədiyi barədə hökumətin əlində yetəri qədər sübut var. Bu dəlillər məsələnin hüquqi proses olaraq aparılmasına mümkün edir. Avropa Birliyi və ABŞ prosesin hüquqi gedişatına daha çox diqqətlərini yönəldəcəklər”.

Ekspert deyir ki, Qərbin həbslərə bu qədər açıq təpki göstərməsi kürd siyasətçilərin xeyrinə deyil. Bu səbəbdən də onun fikrincə, Qərb Ankaranın üzərinə çox gəlməyəcək: “Bu gün Türkiyədə elə bir vəziyyət yaranıb ki, Qərbdən hər hansı bir etiraz gəldiyində bu, türk xalqı içərisində mənfi qarşılanır və hökumətin doğru yolda olduğu qənaəti yaradır. Bunun üçün Qərbdə bu tendensiyadan narahatdır. Çünki Türkiyədə antiqərb ritorikası son illərə görə xeyli güclənib. Bu gün də HDP millət vəkillərinin müdafiə edilməsi bənzər qənaət formalaşdırır türk xalq içərisində. Bunun üçün də qərblilərin də balanslı bir siyasət aparacaqlarına inanıram”.

Digər tərəfdən, O.Qafarlıya görə, yaxın zamanlarda yüksəlmiş təzyiq azalacaq: “HDP deputatlarının cinayət əməlləri sübut edilmədən mandatları ləğv olunmayacaq və bu proses illərlə sürəcək. Bu məhkəmə prosesi boyunca millət vəkillərinin həbsdə saxlanılacağını düşünmürəm. Böyük ehtimalla göz dağı verilərək sərbəst buraxacaqlar. İfadə verməyə gəlmədikləri hallarda bənzər durumla qarşılaşa biləcəklərini xatırladacaqlar”.

Kənan Rövşənoğlu

Yorumlar