KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Qarabağ klanı Ermənistan parlamentinde

Qarabağ klanı Ermənistan parlamentinde

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
426 0

Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi. 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyaları düşdülər. Bu nəticələri necə dəyərləndirmək lazımdır?

Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan “seçki yoluyla” hakimiyyətdən gedən deyil. Əlbəttə, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək. Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sərkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi. İndi də lazım gəlsə yenə vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz.

İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir… Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir