KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Qaradağ Araz çayı, Ərdəbil düzü, Xiyo və Əhər çayının arasında yerləşən bir dağlıq yer

Qaradağ Araz çayı, Ərdəbil düzü, Xiyo və Əhər çayının arasında yerləşən bir dağlıq yer

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
420 0

Qaradağ Araz çayı, Ərdəbil düzü, Xiyo və Əhər çayının arasında yerləşən bir dağlıq yerdir. Bir hissəsi Təbriz, bir hissəsi isə Ərdəbil vilayətlərindən sayılır. Qara dağ onun müxtəlif dağları və özünəməxsus bitkiləri olan böyük bir yer, müxtəlif həyvanların iqamətgahıdır.

Qədim zamanlarda Qaradağ Ərdəbildə yerləşən meşəlik kimi Fındığlıq adlanırmış. Tarixi sənədlərə əsasən, bu meşələr keçmiş illərdə məhv olub və Ərdəbildən ayrılıblar. Bu coğrafi və tarixi yaxınlıqla yanaşı, ləhcə və insanların üz quruluşuna görə də Ərdəbilə yaxınlqı var.

“Qara” ya “qərə” Azərbaycanın qədim dilində “böyük” mənasını verir. O adların bəziləri hələ də qalır: Qarabağ, Qaraağac, Qara dəniz, Qərələr və sairə. Həmdullah Mostofi də “Nəzzəholqolub”da Qara dağdı böyük dağ olaraq yad eləyib. Görünür, bəzi dövrlərdə də “Aras Baras” adı Qaradağa aid edilməklə Prototürkün As xalqına işarə eləyir. As Azərbaycanın çoxlu şəhər və kəndlərinin adında var ki, onların geniş, böyük olmasını özündə əks etdirir.

Qaradağın yaşam mühiti keçmişdən insansanların iqamətgahı imiş. Müxtəlif tarixi əsərlər buranın xalq mədəniyətinin nişanəsidir. Müxtəlif daş qaldırımlar da, görünür, buranın Azərbaycanın şərqiylə mədəniyyətinin bir olmasından xəbər verir. Qaradağ xalqının zəngin mədəniyyətinin indiyə qədər qorunması insanın bir yerdə yaşam tərzinin uzun tarixi, vilayətin çətin və keçilməz yolları səbəb olub. Bu şərait xüsusilə topoqrafiya baxımındn xalq müqavimətinə yaxşı bir mühit yaradıb. O cümlədən, Babəkin uzun mübarizələri burda sürdürülüb. Ondan sonra Xürrəmilər də bu dağlarda uzun illərdə mübarizələrini davam etdiriblər. Hələ də Qaradağın uzaq kəndlərində Babək elə bir bir obrazıdır ki, ki onu kitablardan yox, öz nağıl və folklorlarından, tanıyıb, yadda saxlayıblar.

Bu dağlarda müxtəlif qalaların qurulması bu tarix və mübarizələrin şahididir. Burda qalaların sayı dünyada nadir hesab olunur. Kəndlərin çoxunda hələ də qala görünür və ya onun nişanələri var. Qaradağ təbiətinin dünyada seçilməsi coğrafiyasının da tanınmasına bir fürsət yaradıb.

Riza Zərgəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir