KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya Azərbaycan və İran prezidentlərinin görüşü keçiriləcək

Rusiya Azərbaycan və İran prezidentlərinin görüşü keçiriləcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
339 0

“Moskva-Bakı Tehran formatı çərçivəsində Tehranda noyabrın 1-də Rusiya Azərbaycan və İran prezidentlərinin sammiti keçiriləcək”. Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərblə Rusiya və İran arasında yaşanan gərginlik fonunda keçirilən sammit iqtisadi və nəqliyyat sahələrini əhatə edəcək: “Təbii ki, prezidentlərin görüşündə regionun təhlükəsizliyi və Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərdə müzakirə olunacaq. Azərbaycanı burada əsasən tranzit nəqliyyatın inkişafı, Xəzərin statusu və üç tərəfli iqtisadi əlaqələr maraqlandırır. Burada Xəzərin yekun statusuda müzakirə olunacaq. Ortada Xəzərin statusu ilə bağlı razılaşdırılmış memamarandumun detalları müəyyən ediləcək və təsdiq olunması üçün növbəti danışıqlarda qəbul ediləcək. Tehran sammiti “Şimal-Cənub Nəqliyyat” dəhlizinin işə düşməsi, ölkələr arasında ticari əlaqələrin inkişafına töhfə verəcək”. Politoloq deyib ki, format çərçivəsində Qarabağla bağlı fikir mübadiləsi aparılsada, rəsmi Bakı İranın danışıqlar formatında iştirakından heç bir müsbət nəticə gözləmir: “Ümumiyyətlə,Tehran görüşü Rusiya-Azərbaycan və İran arasında iqtisadi inteqrasiyanı gücləndirəcək. iqtisadi əlaqələrin inkişafı, geosiyasi məslələrdə ümumi məxrəcə gəlməyi yaxınlaşdıra bilər. Təssüf ki, Rusiya və İranın Ermənistana reveransları, Dağlıq Qarabağ münaqişəsinin həllində prosesi çətinləşdirir”.

http://newscenter.az/2017/10/15/rusiya-azerbaycan-ve-ran-prezidentlerinin-gorushu-kechirilecek.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir