KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya təyyarəsinin qəzaya uğramasının sirri – ÜÇ VERSİYA

Rusiya təyyarəsinin qəzaya uğramasının sirri – ÜÇ VERSİYA

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
441 0

Rusiyaya məxsus Tu-154 təyyarəsinin Suriyaya uçarkən, Qara dənizin üzərində qəzaya uğraması gündəmə bomba kimi düşdü. Xüsusilə, Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsindən sonra baş verən bu qəza diqqəti siyasi proseslərə yönəldir.

Enter.News xəbər verir ki, Rusiyanın “lenta.ru” saytı təyyarənin qəzaya uğraması ilə bağlı versiyaları araşdırıb.

Məlumata görə, Tu-154 təyyarəsi 1983-cü ilin istehsalıdır. Vaxtilə SSRİ-nin Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı qrupunun 8-ci diviziyasının tərkibində istifadə edilib. 1993-cü ildə Rusiya Müdafiə Nazirliyinin yaratdığı 223-cü uçuş dəstəsinin tərkibinə qatılıb və əsasən hərbiçilərin, eyni zamanda hərbi yüklərin daşınmasını həyata keçirib. Məlumata görə, təyyarə Moskva ətrafındakı Çkalovski aerodromundan uçub və yanacaq doldurmaq üçün Mozdaka yerə enməli idi. Lakin şərtlərə görə, yanacaq doldurmaq üçün Soçiyə enib. Soçidən 5:25-də uçub. Rusiyanın Suriyadakı Xmeymim bazasında yerə enməli idi. Lakin Qara dənizin üzərində qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarədə olan 92 şəxsin hamısı həlak olub.Təyyarənin qəzaya düşməsi il bağlı üç versiya irəli sürülür.

Birinci versiya təyyarənin köhnə olmasıdır. Təyyarənin istehsal tarixi onun köhnə olduğunu sübut edir. Lakin məlumatlara görə, Soçidə yanacaq doldurmaq üçün yerə enəndə, texniki yoxlanışdan keçib və uçuş üçün yararlı olduğu təsdiq olunub.

İkinci versiya pilotun səhv etməsidir. Lakin təyyarəni idarə edən Roman Volkov birinci sinif pilotudur və kifayət qədər təcrübəlidir.

Hərbi mənbələrdən TASS-a bildiriblər ki, Roman Volkov indiyə qədər 3000 saat uçuş həyata keçirib.Üçüncü versiya hadisənin terror aktı olmasıdır. Rusiyanın ətrafında yaranmış siyasi vəziyyət, xüsusilə Suriya məsələsinə görə bu versiya istisna edilmir. Ehtimallara görə, təyyarəyə bomba yerləşdirilib. Rusiya xüsusi xidmət orqanları bombanın Soçidə yanacaq dolduran zaman yerləşdirilə biləcəyini istisna etmirlər. Digər bir versiyaya görə, təyyarəni zenit raket kompleksi ilə dənizin üzərində vura bilərlər.

Lakin hələki heç bir versiya dəqiqləşməyib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir