KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Rusiya Türkiyəyə qarşı erməni kartından istifadə edir

Rusiya Türkiyəyə qarşı erməni kartından istifadə edir

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
311 0

Rusiya Türkiyəyə qarşı erməni kartından istifadə edir

Hasan Oktay: “Erməni məsələsində Rusiyanın hiddətlə hərəkət edərək parlamentdə bəzi qərarlar alması heç kimə fayda verməz”

Türkiyənin hava məkanının pozulmasına qarşılıq olaraq Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasından sonra gərginləşən Ankara-Moskva münasibətləri getdikcə kritik həddə çatır. Hər iki tərəf digərinə siyasi-iqtisadi sahədə müəyyən zərbə vurmaq müəyyən təsir imkanlarından istifadə edir. Bu günlərdə isə Moskva Ankaraya qarşı erməni kartını işə salıb. Belə ki, Rusiya rəhbərliyi qondarma erməni soyqırımının tanınması barədə məsələnin bu ölkə parlamentində müzakirə edilib qanun şəklində qəbulunu nəzərdə tutur. Bəs görəsən Rusiyanın qondarma erməni soyqırımını tanıması istər Ankara, istərsə də Moskvanın özü üçün hansı mənfi fəsadlara yol açacaq? Bu və ya digər məsələlərlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQAZSAM) sədri Hasan Oktayla söhbətləşdik. Hasan Oktay “OLAYLAR”-a verdiyi müsahibədə Türkiyə-Rusiya gərginliyini aradan qaldırmağın yolları barədə də danışıb.

-Hasan bəy, Rusiyanın qondarma erməni soyqırımını tanıması Moskvaya nə qazandıracaq?

-Rusiya ilə Türkiyə arasındaki gərginlik hər keçən gün artmaqdadır. Eyni zamanda bu gərginlikdən istifadə etmək istəyənlərin sayı da hər keçən gün artır. Rusiya mediasında hakim olan bir qısm erməni və yəhudi qruplar da sürətli olaraq Rusiyanı Türkiyəyə qarşı qoyurlar. Rus xalqı təşviş içərisində Türkiyəyə qarşı hərəkət edərkən bundan istifadə edənlər rus xalqını yanlış istiqamətə yönəldirlər. Erməni məsələsində Rusiyanın hiddətlə hərəkət edərək parlamentdə bəzi qərarlar alması heç kimə fayda verməz. Xüsusilə, bunun Rusiyaya gətirəcəyi heç bir fayda yoxdur. Sadəcə Rusiyanın bu durumundan istifadə etmək istəyənlərə həmin proseslər keçici bir zövq verir. Onsuz da Rusiyanın müəyyən subyektlərində erməni məsələsi haqqında qəbul edilmiş qərarlar var və həmin qərarların indiyə qədər Rusiyaya heç bir faydası olmayıb. Bundan başqa Ermənistan da dünyanın bir çok parlamentində qondarma soyqırımla bağlı Türkiyəyə qarşı qərarların qəbul edilməsinə nail olub. Lakin onların da indiyə qədər heç kimə faydası və ya Türkiyəyə ziyanı olmayıb.

-Ümumiyyətlə, Rusiya parlamentinin belə bir qərar qəbul etməsinin Türkiyə üçün hansısa fəsadları ola bilər?

-Belə bir qərarın qəbul edilməsindən Türkiyənin itirəcəyi heç nə olmayacaq. Yaxud qondarma erməni soyqırımı ilə bağlı qərarın qəbul edilcəyi təhdidi ilə Türkiyəni hiddətləndirmək mümkün deyil. Erməni məsələsi yüz ildir davam edən bir iddiadır. Artıq bütün dünya görür ki, Türkiyə ilə bir problemi olan tərəf həmən erməni məsələsini əlində təsir elementi kimi tutur. Ona görə də Türkiyə belə həmlələrə alışdığı üçün Rusiyanın qondarma erməni soyqırımı ilə bağlı qəbul edəcəyi hər hansı bir qərarın heç bir faydası və təsiri olmayacaq. -Sizcə, belə bir qərarın qəbul edilməsinə qarşı həm Türkiyə, həm də Azərbaycan diasporu hansı mövqeni ortaya qoya bilər? -Son illərdə Azərbaycan ilə Türkiyə bir çox məsələdə birlikdə hərəkət etməkdədir. Artıq erməni məsələsi 2015-ci ilin aprel ayından etibarən bitib. Bunun üzərindən Türkiyə və ya Azərbaycana qarşı atıla biləcək heç bir addım yoxdur. Hazırda Azərbaycan və Türkiyə diplomatik vasitələrdən istifadə edərək Qarabağ məsələsini dünya birliyinin gündəminə çıxarmalıdır. O zaman regional sülhün dinamikləri hərəkətə keçmiş olar. Qarabağda Azərbaycanın və Türkiyənin istəmədiyi bir vəziyyətlə qarşı-qarşıya qalmamaq üçün zaman itirmədən yeni bir məntiq və qürurla hərəkət edilməlidir.

-Bəs Türkiyə buna qarşılıq olaraq Rusiyaya qarşı hansı addımı ata bilər?

-Türkiyənin Rusiya ilə əlaqədar hər hansı bir qərar qəbul etməsinə ehtiyac yoxdur. Türkiyə ilə Rusiya təcili olaraq aralarındakı bu gərginliyi, böhranı əvvəlcə idarə edilə bilən bir böhran halına istiqamətləndirə, sonra da müvafiq komissiyalar quraraq qarşılıqlı anlaşma əsasında həmin krizi bitirmə nöqtəsinə gətirməlidir. Bir-birinə qarşı sanksiya tətbiq etmək, parlamentdə qərarlar qəbul etmək və s. kimi məsələlər tərəflərə heç bir şey qazandırmaz. Rusiya və Türkiyə bu gerçəyi, həqiqəti gec və ya tez görəcəkdir. Onun üçün bir an öncə krizin həll edilməsinə doğru addım atılmalıdır.

-Bəs Rusiyanın belə bir qərarı ermənilər üçün hansı üstünlüklər qazandıracaq?

-Rusiya ilə Türkiyə arasında meydana gələn gərginlikdən özləri üçün qazanc əldə etmək istəyənlər olacaq. Fəqət qısa zamanda görüləcək ki, bu kriz hiç kimsəyə bir fayda gətirməyəcək. Əgər Ermənistan ayaq üstə durmaq istəyirsə bunu Rusiyanın
verəcəyi hər hansı bir dəstəklə deyil, öz daxili inkişafı ilə gerçəkləşdirməlidir. Rusiya bu böhranda Ermənistan üzərindən Türkiyəni sıxışdırmağa çalışa bilər. Amma bu Ermənistanı bölgədə daha da çətin vəziyyətə sala bilər. Ona görə də bu kimi vasitələrə əl atmadan Türkiyə və Rusiya aralarındaki gərginliyi, böhranı aradan qaldırmağa çalışsın. Əks təqdirdə Qərb bloku Rusiya və Türkiyəni bir-birinə vurduraraq hər iki dövlətdən də xilas olmağı istəyə bilər. Qətiyyən bu oyuna gelməmək lazımdır.
Süleyman İsmayılbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir