KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib

Rusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
435 0

Rusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib. Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri, habelə artilleriya və desant gəmiləri təlimdə yer alır. Həmçinin Rusiya Şərqi Avropada və Cənubi Qafqazda öz təsir dairəsini artırmaqla, bu regionlarda dövlətlərin milli suverenliyinə təhdid yaratmaqdadır. Artıq rəsmi Kreml Xəzər dənizində militarist siyasət aparır və bu Xəzər hövzəsinin hərbiləşdirlməsinə gətirir. Rusiyanın bu dənizdə güclü donanması, Azərbaycanın milli maraqlarına və Xəzərdə neft -qaz yataqlarının təhlükəsizlik sisteminə təhdidi qaçılmaz olacaq. Moskvanın bu hərbi hərəkətliliyi, güc nümayişi, Xəzər hövzəsi ölkələrinə basqısı və dənizdə əsas hegemonluq siyasətinin tərkib hissəsidir. Artıq İranda öz hərbi dəniz donanmasını inkişaf etdirir. Hələki, bu qapalı su hövzəsində həll edilməmiş problemlər qalmaqdadır. Problemlərin həll edilməmiş mərhələsində Xəzər dənizini hərbiləşdirmək, gələcəkdə hərbi qarşıdurma riskini artırır. Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir