MHP xarici siyasətlə bağlı ciddi qərarlar verəcək

Karabağ’da anlaşma var mı?

Ankara Resimleri

Tahran’da üçlü zirve

Rusya orduları komutanı Sergey Türk mü

Gürcistan, Rusya 10 Nisan 2016
500

Dünyanın ikinci ən böyük ordusunun komandanı olan türk
ken
Tuva türklərindən olan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun 61 yaşı tamam olur
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 61 yaşını qeyd edir. 2012-ci ildə prezident Putinin müdafiə naziri təyin etdiyi Sergey Şoyqu bundan əvvəl nə az, nə də çox, düz 19 il Rusiya fövqəladə hallar naziri vəzifəsində çalışıb.
Ancaq Sergey Şoyqunun bir sıra mühüm özəllikləri var. Belə ki, S.Şoyqu Rusiya müdafiə naziri olmuş yeganə türkdür. Sergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindəndir, anası isə rusdur. Şoyqu soyadının da maraqlı tarixçəsi var. “Rusiyanın Səsi” radiosunun məlumatına görə, S.Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır.
Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.
1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S.Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir. Futbol oynamaq, at sürmək kimi idman növlərinə meylli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab oluan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.
Sergey Şoyqunun adı son illərdə Rusiya ordusunun modernləşdirilməsində müsbət mənada hallansa da, onun haqqında rüşvət və korrupsiya ittihamları da var. Bir qədər əvvəl Rusiya mətbuatı Şoyqunun Müdafiə Nazirliyinin obyektlərinin dəyərindən ucuz qiymətə satılmasında ittiham olunduğunu yazıb. Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə – ingilis, türk və yapon – danışa bilir. Ailəlidir, iki qızı var.

Kənan Rovshanoğlu

Yorumlar