KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. S.Lavrovun Qarabağ mesajı

S.Lavrovun Qarabağ mesajı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
323 0

Rusiya Xarici İşlər naziri S.Lavrovun Qarabağ konflikti ilə bağlı verdiyi bəyanat eslinde mövcud reallığı eks etdiren fikirler idi. Sadece olaraq, bugünə kimi Rusiya rəhbərliyindən bu barədə açıq fikirlər səsələndirilməmişdi.
Məhz, indi Rusiya xarici siyaset idarəsi rəhbərinin belə bir fikir səsləndirməsi təsadüfi deyil. Təbii ki bu, post – sovet məkanındakı konfliktlərdən biri olan Dağlıq Qarabağ konfliktinə Kremlin rəsmi münasibətidir. Elə buna görədir ki, Qarabağ konfliktinə də, post –sovet məkanında gedən geopolitik prosseslərin tərkib hissəsi kimi yanaşılmalıdır. Bunun üçün, Rusiyanin Sovetlər İttifaqının süqutundan sonrakı geopolitik inkişaf tendensiyalarına qısada olsa nəzər salmaq vacibdir.
•1990 cı illər B.Yeltsin dövrü. – Bu dövrü daha çox, Rusiya geopolitikasının “xaos mərhələsi” hesab etmək olar. Həmin mərhələ mərkəzi hakimiyyətin zəifliyi, federasiya subyektləri arasında mərkəzdənqaçma meylərinin güclənməsi, hakimiyyət budaqları arasında qarşıdurma hallarının artması kimi xarakterizə edilə bilər. Xüsusilə də, separatizm hallarının genişlənməsi və Çeçnistanda vətəndaş müharibəsi Ruisyanın mövcud sərhədələr daxilində varlığını sual altına almışdı. Lakin, Yeltsin hakimiyyəti bir çox problemləri həll edə bilməsə də, Rusiyanın mövcud sərhədlər daxilində varlığını qoruyub saxlaya bildi.

•V.Putinin birinci hakimiyyət dövrü. – Həmin dövrü daxili geopolitikanın nizamlanması dövrü hesab etmək olar. Belə ki mərkəzi hakimiyyət möhkəmləndirilir, sosial – iqtisadi sabitliyə nail olunur, hakimiyyət budaqları üzərində Putin nəzarəti möhkəmləndirilərək avtoritarizm meylləri gücləndirilir.

•Medvedyev – Putin dövrü. – Daxili geoplitik sabitliyə nail olan Rusiya yaxın xaricdəki (post – sovet məkanı) geoplitik maraqların reallaşdırılması istiqamətində ilk addımlarını atır. 2008 ci ildə Gürcüstana qarşı hərbi təcavüz nəticəsində Cənib Osetiya ve Abxaziyanı işğal edərək öz ərazisinə qatır.

•Putinin ikinci hakimiyyət dövrü. – Yaxın xaricdə geoplitik maraqların reallaşdırılması prossesinin davam etdirilməsi. 2014 cü ildə Krımın annaeksiyası və şərqi Urainaya qarşı hərbi müdaxiləni reallaşdıraraq həmin ərazi üzərində de – fakto nəzarətə nail olunması. Rusiya ilk dəfə olaraq beynəlxalq sanksiyalara məruz qalır. Psot – sovet ölkələrinin avtoritar rejimləri Rusiyaya meyl nümayiş etdirməyə başlayırlar. 2015 ci il noyabrında Suriyada hərbi əməliyyatlara başlamaqla Rusiyanın özünün qlobal şəkildə geopolitik oyunçu statusunu elan etməsi. Rusiya hərbi təyyarə və gəmiləri NATO sərhədlərini mütəmadi olaraq pozmağa başlayır.

2014 cü ildə Rusiya tərəfindən Krim və Donbas işğal edildikdən sonra, bu prosses ilk baxışda Rusiyanın geopolitik genişlənməsi təəsüratı yaratmışdı. Lakin, 2016 cı il iyulunda NATO nun Warsaw sammitində qəbul edilmiş qərardan sonra, Rusiyanın Qərb istiqamətində geopolitik inkişafının qarşısı NATO tərəfindən effektli şəkildə alındı. Məhz Cənub sərhədləri boyunca möhkəmlənən Rusiya Qərb istiqamətindəki geopolitik itgilərini balanslaşdırmaq siyasəti yürütməyə çalışır. Belə bir şəraitdə üzünü Cənub sərhədlərinə cevirən Rusiya, Dağlıq Qarabağ konfliktindən regionda geopolitik maraqlarını reallaşdıran əsas vassitələrdən biri kimi daha aktiv şəkildə istifadə etməyə başlayıb.
Rusiya Xarici İşlər naziri S. Lavrovun indiki zamanda belə bir fikir səsləndirməsini ilk növbədə ABŞ da yeni seçilmiş prezident D. Trumpın prezidentliyinin ilkin dövrlərində Rusiya ilə qarşılıqlı dialoqa üstünlük verəcəyi etimalı ilə bağlıdır. “Qarşılıqlı dialoq” dövründən istifadə edən Rusiya regionda geopolitik mövqelərini daha da möhkəmləndirmək niyyətindədir.
Bundan əlavə, S. Lavrovun mövqeyi regiondakı mövcud geopolitik konfiqurasiyanın hər hansı bir formada dəyişdirilməsinin yolverilməz olduğu fikrini ifadə edir. Mövcud geopolitik konfiqurasiya isə, perspektivdə Soyuq müharibə dövründə olduğu kimi, Rusiya ilə İran geopolitikasının yenidən coğrafi baxımdan bir birilə sərhəd qonşusu olma etimalını yaradır. Təsadüfi deyil ki, Soyuq müharibə illərində SSRİ nin əsas geopolitik üstünlüklərindən biri də, 1979 cu il İran inqilabından sonra rəsmi Tehranın anti – Qərb mövqeyi idi.
Rəsmi Moskva çox gözəl başa düşür ki, Azərbaycan və Ermənistan faktiki olaraq Qarabağ konfliktinin girovuna çevriliblər. Ona görə də, həmin konfliktdən istifadə edərərk tərəflərə öz iradəsini diktə etmək imkanından kifayət qədər faydalanır.
Rusiya xarici siyasət idarəsi rəhbərinin səsləndirdiyi fikirləri azərbaycan hakimiyyətindən daha çox azərbaycan ictimaiyyətinə ünvanlanmış bir mesaj hesab etmək olar. Çünki, indiki şəraitdə azərbaycan hakimiyyəti Rusiyanın regiondakı hər hansı bir geopolitik maraqlarına qarşı çıxış etmək imkanına və siyasi iradəyə malik deyil.
Azərbaycan üçün konfliktdən yeganə çıxış yolu Rusiya faktorunun neytrallaşdırılması ola bilərdi. Lakin, Azərbaycan tərəfi bu məsələdə zaman faktorunu itirib. Rusiya faktorunun neytrallaşdırılması üçün əlverişli zaman faktoru yuxarida qeyd edilmiş B.Yeltsin ve V. Putinin birinci hakimiyyət dövrü hesab oluna bilərdi. (Bu, hərqli müzakirə mövzusudur ) Lakin təəsüf ki, Azərbaycan hakimiyyəti həmin dövrdə yaranmış əlverişli imkandan istifadə etmədi.
Beləliklə, indi Rusiya Sovetlər İttifaqının süqutundan sonra iqtisadi, hərbi – siyasi və ideologi baxımdan parçalanmış Heartland i yenidən vahid güc mərkəzində toparlamaq siyasətini yeridir. Bu prossesdə isə, Dağlıq Qarabağ konflikti Cənubi Qafqaz regionu üçün əsas “kilit” faktorlarından biridi.
Surxan Lətifov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir