KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Sankt-Peternurqda danışıqlar

Sankt-Peternurqda danışıqlar

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
350 0

elhanPrezident administrasiyasının rəsmisi Novruz Məmmədovun bugünkü açıqlaması az qala sensasiyaya səbəb olub. Məmmədovun sözlərinə görə, Sankt-Peternurqda danışıqlar məhz “mərhələli həll” planı əsasında aparılıb, yəni ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, azərbaycanlılar geri qayıdır, məhz bundan sonra referendumla bağlı müzakirələr başlayır. Əlbəttə, bu Azərbaycan üçün ən ideal variantdır. Ancaq mən danışıqların məhz bu istiqamətdə getdiyinə və Ermənistan prezidentin həll planının bu şəkildə qəbuluna hazır olduğuna şübhə edirəm. Axı nə görüşdən əvvəl, nə də sonra danışıqların məhz “mərhələli həll” planına söykəndiyinə dair biz heç bir işartı almadıq. Əksinə, həm rusiyalı, həm də erməni rəsmilər ”atəşkəsin uzunömürlüyündən və sığortalanmasından”, “insidentlərin araşdırılması mexanizmindən” danışdılar. Bəs belə isə Novruz Məmmədovun optimist açıqlaması nə dərəcədə reallığı əks etdirir və nəyə hesablanıb?

Birincisi, Novruz Məmmədovun açıqlamasının hakimiyyət mətbəxində hazılandığına inamım var. Məqsəd Ermənistan və Rusiya siyasi elitasının nəbzini yoxlamaqdır. Erməni cəmiyyəti Novruz Məmmədovun açıqlamasına inansa prezidentləri Serj Sərkisyanı satqınlqıda ittiam edəcək. Bizə də elə bu lazımdır ki, Ermənistanda xaosun miqyası artsın. İkincisi, Novruz Məmmədovun dili ilə rəsmi Bakı Rusiya hakim elitasının reaksiyasını yoxlayır. Məsələ burasındadır ki, rusiyalı rəsmilər Novruz Məmmədovun açıqlamasını nə təsdiq, nə də inkar etmək çətindir. Məmmədovun sözlərini təsdiq etmək Ermənistanı cəmiyyətinə yanlış mesaj göndərməkdirsə, inkar etmək Azərbaycanın ərazi bütövlüyünü sual altına almaqdır. Kreml nə birincisini, nə də ikincisini istəyir. Odur ki, məncə, Norvuz Məmmədovun açıqlaması danışıqlarda reallığı əks etdirməsə də, informasiya savaşında istifadə oluna biləcək elementdir. Ancaq Məmmədovun bu mesajından bir müddət keçdikdən sonra Azərbaycan cəmiyyəti də soruşa bilər: Bəs nə oldu, niyə rayonlar boşaldılmır? Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir