Vizyon

Mesut Barzani’nin engellediği hain plan nedir?

Kökteş Sözler İzinden Totemik Türk Dilinin Kökenleri: “Ata” Sözcüğü Örneği

Экспорт природного газа из Казахстана в Китай

Barzani Kaybetti Mi?

“Şiə – sünni müharibəsi baş verə bilər” – Türkiyəli politoloqdan ŞOK açıqlama

Gündem 9 Haziran 2017
146

İran və Səudiyyə Ərəbistanı İslam dünyası üçün təhlükə ola bilər.

Bunu Avrasiya.net-ə açıqlamasında Türkiyənin tanınmış politoloqu Hasan Oktay İranda baş verən məlum terrora görə, rəsmi Ttehranın Səudiyyə Ərəbistanını ittiham etmısinə münasibətində deyib.

Politoloq qeyd edib ki, bu ittiham İran-Səudiyyə Ərəbistanı arasında vəziyyəti daha da gərginləşdirəcək: “Hətt tərəflər arasında müharibə şəraiti də yarana biləcək. Bu döyüşlərdə bir-birini terrorla qorxutmağa çalışacaqlar. Bu isə Yaxın Şərqdə terroru daha da artıracaq və Qərbin terrorla bağlı İslama yönəlik ittihamları artacaq. Hər iki dövlətin öz prinsiplərindən əl çəkərək insan hüquqları və qanunun aliliyi prinsipinə dönmələri lazımdır. İslam dünyasında keyfiyyətli bir həyat qurmaq, islam inancının təməlini meydana gətirmək lazımdır. İran şiəliyi bəhanə edərək farsizmi, Səudiyyə Ərəbistanı isə sünniliyi bəhanə və istismar edərək vəhhabizmi islam dünyasına çatdırmağa çalışır. Bunu reallaşdıra bilmək üçün indi terror ən böyük vasitə olacaq və bu iki dövlət gerçək niyyətlərini həyata keçirərkən islam dünyasının başına ən böyük təhlükəni gətirəcək.

Bu təhlükə məzhəb savaşıdır. Əslində məzhəb savaşı mübarizəsi adı altında verilən gerçək mübarizə farsizmlə vəhhabizmin islam dünyasına hakim olma mübarizəsidir. Bu iki anlayışın da islan düşüncəsiylə, islam təfəkkürüylə, islam mədəniyyəti, islam əxlaqı ilə bir əlaqəsi yoxdur. İslam dünyasının məzhəb çəkişməsinə deyil insanca yaşamağa ehtiyacı vardır. İrana edilən hücumun heç bir dini, elmi islami səbəbi ola bilməz. İranın Suriyada, İraqda sırf sünni deyə öldürdüyü yüzlərlə günahsız sünnilərin ölümünü izah edəcək heç bir dini səbəbi ola bilməz. Din Allahındır, nə mollanındır, nə də vəhhabinindir. İslam coğrafiyasında bu iki anlayışın açdığı dəhşətdən Qərb lazımınca istifadə edir. Nə Hasti Şabi, nə də İŞİDi öz sadə anlayışlarının xaricində islam dünyasını təmsil edə bilməz. Terrora terrorla veriləcək cavab yeni və daha dəhşətli bir terroru doğuracaq və müharibə qaçılmaz olacaq”.
http://avrasiya.net/region/17356-i-snni-mharibsi-ba-ver-bilr-trkiyli-politoloqdan-ok-proqnoz.html

Yorumlar