Vizyon

Kürdistan Devlet Tasavvuru Ve Barzani’nin Tutarsızlığı

İsrail’in yeni Afrika açılımı ne anlama geliyor?

Erdoğan Türkiye’nin devlet olarak kalmasını istiyorsa, o zaman Gülencileri temizlemeli

Türkiye Eritre ilişkileri ve Afrika boynuzunda devlerin savaşı!

İsrailin vəfat edən tanınmış siyasətçisi

Gündem 28 Eylül 2016
307

İsrailin vəfat edən tanınmış siyasətçisi, keçmiş baş naziri və prezidenti Şimon Peresin yaxın keçmişini xatırlayarkən iki hadisədən yan keçmək olmur. Birincidə Türkiyənin o zamankı baş naziri və indiki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı məşhur Davos konfransında üzünü Peresə tutaraq Qəzza bölgəsinin bombardman edilməsini və mühasirəsini nəzərdə turaraq ona qısaca bunu dedi: “Siz öldürməyi yaxşı bilirsiniz”. Halbuki, Şimon Peres əvvəlki illərdə mərhum dövlət başçısı İshaq Rabin və Fələstinin əfsanəvi lideri Yasir Ərəfatla birgə Nobel sülh mükafatına layiq görülmüşdü. Əlbəttə, necə ki, Nobel mükafatı alan Mixail Qorbaçov SSRİ-ni az sonra qan gölünə çevirdi, 20 yanvarı törətdi, eləcə də bu mükafat Peresi daha sülhpərvər etmədi. Ancaq bunun günahı yalnız Peresdə deyildi.

İkinci hadisə bu yaxınlarda baş verdi. Peres Kiyevdə tələbələr qarşısında mühazirə oxuyaraq dünyanın alqış alacaq sözlərini dedi: “İstirahəti unudun, mən bu yaşıma çatmışam, heç zaman dincəlmək haqqında düşünməmişəm, bir kimsədən kömək ummadan var gücünüzlə işləyin, çalışın, torpağı əkib, becərin, ölkənizi qurun və inkişaf etdirin”. Bu sözlər indiki ağır iqtisadi və sosial vəziyyətdə olan, Qərb ölkələrindən və beynəlxalq maliyyə təşkilatlarından daima maliyyə uman Ukrayna üçün vacib idi. Şimon Peresin Azərbaycana da münasibəti müsbət idi, Bakıda olmuşdu. Ancaq ukraynalılardan fərqli olaraq Peres azərbaycanlılara hansısa nəsihət verməmişdi. Çünki azərbaycanlılar onsuz da işə həvəslidirlər, çalışqandırlar, yetər ki, soydaşlarımıza məhsul yetişdimək, mal istehsal etmək üçün şərait yaradılsın.

Son nəfəsində Peres daha bir yadda qalan əməlin sahibi oldu. O, orqanlarını xəstə insanlara vəsiyyət etdi.Elhan Şahinoğlu

Yorumlar