KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Tramp admistrasiyası, İranın Yaxın Şərqdə iştirakının qarşısın alacaq…

Tramp admistrasiyası, İranın Yaxın Şərqdə iştirakının qarşısın alacaq…

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
468 0

Suriya münaqişəsi başlayandan bəri, İran regionda öz siyasi nüfuzunu artırmaqla, ABŞ-ın və Türkiyənin regionda maraqlarına qarşı siyasət aparmaqdadır. Hazırda bu ölkə, İraqda və Yəməndə silahlı təşkilatlara aktiv hərbi yardım göstərməkdədir. Xaricdə əməliyyatlarda iştirak edən “Qüds briqadası” ilə Suriyada hərbi əməliyyatlarda iştirak edir, öz regional maraqları çərçivəsində bölgə ölkələrini siyasi təsir dairəsində saxlamağa çalışır. İran müttəfiqi Əsəd rejimini qorumağa və Yəməndə husilərdən ibarət yeni hakimiyyət formalaşdırmağı planlayır. Faktiki olaraq İran, İraq hakimiyyəti üzərində böyük təsirə malik olmaqla burada “Haşdi-Şabi” könüllü dəstələri yaradıb və hərbi-lojistik dəstək verməkdədir. Bu qüvvələr, İŞİD -ə qarşı döyüşmək üçün yaradılsada, məqsəd İraqda hərbi iştirakına zəmin yaratmaqdır. Həmçinin Livanda “Hizbullah” təşkilatını dəstəkləməklə Suriyada rejim tərəfindən aktiv hərbi əməliyyatlarda iştirak etməsinə təşviq edir, Yəməndə üsyançı “Hüsiləri” dəstəkləyir gizlin olaraq silah və sursatla təmin etməkdədir.
Diqqət etsək, İran Yaxın Şərqdə üç böyük silahlı təşkilatın arxasında durur, öz regional maraqlarını, bu silahlı birliklər tərəfindən həyata keçirtməkdədir.

Regionun digər nüfuzlu ölkəsi , İranın ənənəvi rəqibi Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi “Husi” üsyançılarını bir ilə yaxındr ki, bombalamaqdadır. Buna baxmayaraq, istənilən nəticəni ortaya qoya bilmir. Çünki üsyançılar, İrandan aldığı dəstəklə öz müqavimətini artırır.

Vurğulamaq lazımdır ki, İran, Suriya və Yəməndə qalib gələrsə, Bəhreyndə yenidən İran amili ortaya çıxacaq. Məhz rəsmi Tehran bu hərbi təşkilatlarla Səudiyyə Ərəbistanı ətrafında bir həlqə formalaşdırıb, Ərəbistanı siyasi izolyasiya etməkdədir. Bu ölkənin xaricdə hərbi əməliyyatlar aparan “Qüds”briqadasının komandanı general Qasim Süleymanidir. Bu general İranın uğurlu hərbi əməliyyatlarının müəllifidir. Qeyd edim ki, teokratik Tehran rejimi Suriya münaqişəsindən istifadə edərək, bölgədə qalıcı missiyasını həyata keçirir.
İranın bu arealda hərbi-siyasi imkanlarının artmasında şübhəsiz Obama administrasiyasının regiona azalan marağından irəli gəlib.
ABŞ tərəfindən İranın bu siyasətinin qarşısı alınmasa, bu illər ərzində Türkiyə, İsrail və Səudiyyə Ərəbistanın regional siyasəti iflasa uğrayacaq. Əsas estafeti İran olacaq. Regionda Rusiya-İran və Çin ittifaqı yaradılacaq. Bu regional güc, əsasən regionun aparıcı dövləti olan Türkiyənin maraqlarına ciddi zərbə vuracaq.

Bu ildən başlamaqla, ABŞ-ın yeni adminstrasiyası, İranın Yaxın Şərq siyasətində genişlənən hərbi-siyasi iştirakının qarşısın alacaq. Görünür buna Tramp administrasiyası ciddi hazırlaşır. Tramp İranın Yaxın Şərqdə hərbi iştirakının qarşısını alacaq.
Buna misal olaraq, Tramp komandasının müdafiə naziri general Mettsi Strateji və beynəlxalq araşdırmalar mərkəzindəki çıxışında bildirib: “İran milli dövlət deyil. Hərc-mərcliyin yayılmasına yönəlmiş inqilabi layihədir”. General daim təkrar edir: Birləşmiş Ştatların üç ciddi təhlükəsi var – İran, İran və İran.

Bəli, proseslərə bu aspektdən fikir verdikdə İranın regiondan çıxarılması üçün ABŞ son dərəcə ciddi əməliyyatlar həyata keçirdəcək. Trampın komandasına daxil, milli təhlükəsizlik məsələləri ilə məşğul olan general üçlüyü – milli təhlükəsizlik üzrə müşavir qismində Maykl Flinn, müdafiə naziri kimi Ceyms Mettis və Daxili Təhlükəsizlik Nazirlriyinin başçısı kimi Con Kelli, həmçinin Nümayəndələr Palatasının təmsilçisi Mayk Pompeo MKİ direktoru kimi – hamısı rəsmi Vaşinqtonda, həmçinin bütün dünyada narahatlıq doğurur. Bu komanda, tam İran əleydarıdır və İranı bölgədə çətin sınaq gözləyir. Tramp hakimiyyəti İraqda və Yəməndə İranın təsirini zəiflətmək üçün mümkün olan vasitələrdən istifadə edəcək. İranın müttəfiqi Suriya və İraqın zəiflədilməsi nəticəsində, İranın güclənməsi baş verəcəksə, ABŞ-ın apardığı siyasət iflasa uğramış olar. Təbii ki, görünür Tramp İranla regionda bir çox məsələrə aydınlıq gətirəcək. Burada Səudiyyə Ərəbistanı ilə İran arasında münaqişədə qızışdırıla bilər. Fərqli-fərqli cəbhədə bu iki ölkə mübarizə və müharibə aparmaqdadır. İstənilən situasiyada iki ölkə fars körfəzində üz-üzə gələr.
Yaxın Şərqdə İranın vurulub çıxarılması, Tramp administrasiyasının Yaxın Şərq siyasətində pioritet olacaq. MUhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir