Kilis’e Çözüm Katar’da mı?

Юрий Мавашев: Убеждён, что сегодня стороны нуждаются друг в друге в равной степени

İran Ermenistan vizesi kalkıyormu

Anglosaksonlar Öcalan’ı piyasaya sürüyor!

Tramp dönəmində irqçilik və separatizm güclənəcək, ancaq…

Gündem 14 Kasım 2016
184
Booking.com

Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi rəsmiləşəndən sonra ölkədə etirazlar başlayıb. Ən böyük etirazlar isə demokratların güclü oldu Kaliforniya, Çikaqo və Nyu-York kimi şəhərlərdə qeydə alınıb. Aksiyalar hələ də davam edir.

Ancaq ən böyük və ciddi etiraz Kaliforniyadan gəlib. Demokratların “qalası” seçkilərdən sonra etirazlarla qaynayır. Hətta Amerikada BBC-nin məlumatına görə, “Yes California!” hərəkatı ştatın müstəqilliyi ilə bağlı referandum təklifini gündəmə gətirmək istədiyini yazıb. Hətta bununla bağlı yerli sakinlərlə görüş və müzakirələrin aparıldığı, dəstək verən kütlələrin olduğu haqda bilgilər də yayılıb.

Ancaq bu hərəkatın lideri Marnielli sentyabrın 25-də Moskvada keçirilən “millətlər dialoqu” konfransına qatıldığı üçün Rusiya təsirində olan şəxs hesab edilir. Bu mənada Kaliforniya separatçılarının ciddi siyasi uğur qazanacağı şübhə doğurur.

Ancaq fakt odur ki, Trampın seçilməsi Amerikanın mövcud siyasi sistemi üçün gözlənilməz “yeniliklər”ə səbəb olub. Məlum olub ki, amerikalı irqçilər xeyli fəallaşıblar və seçkilərdə Trampa dəstək veriblər. “Ağ irqin” üstünlüyünə inan Riçar Spenser “Ku Klus Klan”ın sabiq lideri David Duk kimi adamlar Trampa dəstək veriblər və tərəfdarları artıq ilk aksiyalarını keçiriblər.

Yeri gəlmişkən, artıq Trampın ilk 100 gündə edəcəyi işlər açıqlanıb. Və məlum olub ki. yeni prezident bir sıra sərt addımlar atacaq. Bunlar arasında qeyri-leqal miqrantların təqib olunmadığı və sərbəst yaşadığı şəhərlərin (Nyu-York, Vaşinqton, Çikaqo, San Xose və s.) federal büdcədən maliyyə ayrılmaması, qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən çıxarılması, onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına yeni viza verməmək, terrorçuların nüfuz etdiyi regionlardan miqrant qəbulunu dayandırmaq, ölkəyə gələn bütün şəxslərin ciddi yoxlamadan keçirilməsini təmin etmək kimi sərt addımlar var.

Donald Trampın bu vədləri hər nə qədər gözlənilməz və kifayət qədər sərt görünməsinə baxmayaraq, seçimlərdən sonra irəli sürülən bu təkliflər onu göstərir ki, bu mövzuda yeni prezidentə dəstək var. Məsələ ondadır ki, son illərdə Qərbdə, o cümlədən Avropada mühafizəkar, ifrat sağ qanad sürətlə populyarlaşır. Bunun əsas səbəbləri sırasında terror, miqrantların sayının artması (bir çox insanlar təbii şəkildə “gəlmələrin” çoxalmasından narahat olur) iqtisadi geriləmə və sair kimi amillər var. Eyni tendensiyanın Amerikada da müşahidə olunması bariz şəkildə D.Trampın seçilməsi ilə özünü büruzə verdi.

Maraqlıdır ki, ilk dəfə olaraq hələ fəaliyyətə başlamamış ABŞ prezidentinə qarşı etiraz aksiyaları başlayıb. Ancaq bu aksiyaların ümumilikdə Amerika sistemini dəyişəcəyini göstərmir. Çünki Tramp hər nə qədər Amerika siyasətində “bişməsə də”, iş dünyasından gəlsə də, faktiki olaraq ölkənin iki əsas partiyasından biri olan Respublikaçıların seçib irəli buraxdığı namizəddir. Onun bacarıqlı komandasının (faktiki olaraq qələbə qazanmış seçki komandası) prezidentin ilk icraatları sırasına bu cür ilk baxışdan sərt görünən addımları qeyd etməsi onu göstərir ki, məsələ heç də kənardan göründüyü kimi deyil, amerikalıların bir çoxu bu fikirlərlə həmrəydir.

Əlbəttə, hər nə qədər dəstək ifadə etsələr də, Tramp hökumətinin “Ku Klus Klan” kimi irqçi qruplara meydan verməsi mümkün deyil. Çünki Tramp olsa belə, ABŞ-ın formalaşmış imicini korlamağa icazə verməzlər. Amma eyni zamanda hansısa ştatın da ayrılması təşəbbüsünün irəliyə getməsi mümkün deyil.

Lakin daxildə etirazların böyüməsi və ölkənin bütünlüyünü təhdid etməsi gündəmə gələrsə, o zaman yeni prezidentin qarşısında daha bir alternativ olacaq. Amerikada sağçı baxışlarla yanaşı, yenidən “yeni mühafizəkarlar” respublikaçı komandada önə çıxa bilərlər. Bu zaman ənənəvi olaraq daxili ictimai rəyi sakitləşdirmək üçün Amerika dövləti yeni qlobal düşmənlə müharibəyə başlaya bilər. Bu düşmən Buş dövründə olan “islam terrorizmi”, İran və digər ölkələrin nüvə təhdidi, Çin və Rusiyanın başlatdığı “kiber müharibələr” və sair ola bilər. Kenan Rovshanoğlu

Yorumlar