KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Tramp hakimiyyətinin axırı necə olacaq?

Tramp hakimiyyətinin axırı necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
315 0

Təbii ki ABŞ ilə Türkiyə arasında ciddi fərqlər var.Bu barədə geniş müzakirələr apamaq olar. Ancaq mövcud Amerikan hakim düzəninin və əsas medyasının Tramp hakimiyyətinə dair yanaşması ilə, 2000-ci illərin əvvəllərində Türk əsas medyasının Erdoğan`a və ƏİP hakimiyyətinə yanaşması arasında ciddi bənzərliklər olduğunu fikirləşirəm. Türkiyədə bu prosesin nəticəsinin necə olduğu hamıya yaxşı məlumdur.
ABŞ-da necə olacağını demək isə indidən demək çətindir. ABŞ-da bu çərçivədə hadisələrin necə inkişafına dair 4 ssenari ola bilər:
1) Tramp xüsusiyilə “Russiagate” skandalı ilə impiçment edilə bilər. Hazırda ABŞ hakim duzeni və əsas medyası bu varyantı həyata keçimək üçün çox çalışır və müəyyən ciddi irəlləyişlər əldə edib.
2) Tramp ilə Amerikan hakim düzəni və əsas medyası bir müddət sonra konsensusa gələ bilərlər. Tramp artıq bu istiqamətlərdə xüsusiylə Rusiya və ümumi xarici siyasət kursunda bəzi güzəştlərə getməyə başlayıb.
3) Tramp ilə Amerikan hakim düzəni və əsas medyası arasında rəqabət kontrollu bir formada növbəti prezident seçkisinə qədər davam edər.
4) Daha zəif ehtimal olmaqla birlikdə Tramp hakimiyyəti mövcud hakim düzən və əsas medyaya müharibə elan edə və onların sistemdəki mövqeyini zəiflədə bilər. Ancaq bunu 3 il kimi qısa bir vaxtda və ABŞ kimi bir ölkədə etməsi mümkün deyil, Tramp növbəti dəfə də namizəd olarsa və seçilərsə o zaman mövcud Amerikan hakim düzəninin və medyasının ara günləri başlaya bilər.
Mən 2 və 3-cü ehtimaların paralel olaraq davam etmə ehtimalının daha güclü olduğunu düşünürəm.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir