Vizyon

Putin’le Rusça konuşan Türk genç

Ərbakanın “cücərmiş” arzusu: D-8

Kardeş kardeşe borç vermez

Sabah gazetesi futbol yazarı Mevlüt Tezel’e

Türkiyə və Avropa Birliyi: Yolun sonuna gəldimi?

Türkiye 22 Nisan 2017
366

İyunda mühafizəkarlar AB sammitində Türkiyənin üzvlük müzakirələrinin dayandırılmasını təklif edəcəklər, ona qədər Ankaranın hərəkətə keçməsi lazımdır

Avropa Xalq Partiyası (EVP) iyunda keçiriləcək AB liderlər sammitində Türkiyənin bu quruma üzvlüyü ilə bağlı müzakirələrin dayandırılmasını təklif edir. Bu barədə partiyanın sədri ManfredVeber “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

Son zamanlar Türkiyənin AB-yə üzvlük müzakirələrinin dayandırılması çağırışları olsa da, ilk dəfə bir siyasətçi tərəfindən Türkiyə üçün tarix verilib. Xalq Partiyası mühafizəkar siyasi təşkilatdır və Avropa Birliyində ciddi təsir gücü var. Veber deyib ki, Türkiyə ilə münasibətlərin gələcək taleyi ilə bağlı qəti qərar olmadığı müddətdə Avropa Parlamentində Ankara ilə gömrük ittifaqı və vizaların ləğvi mövzusunda qərara dəstək verməyəcəklər.

Qeyd edək ki, ötən ilin noyabrında Avropa Parlamenti Türkiyə ilə 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması ilə bağlı qərar qəbul edib. İdi görünən odur ki, Avropada mühafizəkar qanad müzakirələrin tamamilə dayandırılmasını istəyir. Mühafizəkarların lideri açıq şəkildə deyib ki, “Türkiyə ilə münasibətlərdə uzun illərdir davam edən yalanlardan birinə, yəni Türkiyənin AB üzvü ola biləcəyi fikrinə son verilməlidir”.

Məsələ ondadır ki, son zamanlar məlum cəbəblərdən Almaniya bu mövzuda fəalıq göstərir. Alman mediası, xüsusən də referendumdan sonra, Türkiyənin AB üzvlüyü yolunun qapandığını yazır və bu mövzuda siyasilərin fikirlərin tirajlayır. Yeri gəlmişkən, Veber onu da deyib ki, gömrük əməkdaşlığı və vizaların ləğvi məsələsi yaxın zamanlarda AB gündəmində yer almır.

Son bir ildə Türkiyə iqtidarının atdığı addımlar, xüsusən də referendum prosesində verilən bəyanatlardan belə görünür ki, Ankara da artıq AB yolunun qapanması ilə razılaşmış kimi görünür. Əgər ciddi qərar qəbul olunmasa uzun illər Ankaranın AB üzvlüyü ilə bağlı qət elədiyi yol və atdığı addımlar artıq boşa getmiş olacaq. Lakin Ankarada hələ ki, AB ilə əməkdaşlıqla bağlı müsbət çağırışlar yoxdur. Əksinə, dövlət rəhbərliyi artıq AB yolunun sonuna gəldiklərini bildirir. 50 ildən artıqdır ki, AB ilə yaxınlaşmaq və üzvlük prosesi aparan Türkiyə dövlətinin ən böyük iqtisadi və siyasi tərəfdaşından imtina etməsi çətin görünsə də, fakt odur ki, indi münasibətlərdə ciddi çat var və heç bir tərəf problemi aradan qaldırmağa çalışmır.

Daha öncə bir çox ekspertlər AB və Türkiyə arasında yaranmış gərginliyin “siyasi səbəblərdən” doğduğunu və müvəqqəti olacağını düşünsə də, indi görünən odur ki, proses getdikcə daha da çətin bir mərhələyə doğru irəliləyir. Türkiyədə iqtidarın ritorikasının sərtləşməsi, Avropada radikal sağ fikirlərin güclənməsi böhranı daha da dərinləşdirir. Açıq görünən odur ki, nə o tərəfdə, nə də bu tərəfdə münasibətləri düzəltmək istəyən yoxdur. Əksinə, Türkiyədə AB düşmənçiliyini dərinləşdirən çağırışlar artmaqdadır. Avropada isə günü gündən güclənən radikal sağ Türkiyə ilə münasibətlərin məhdudlaşdırılmasını təklif edir. Hətta baş nazir Merkelvəbu cür mövzularda daha ehtiyatlı və barışdırıcı mövqeyə malik siyasətçilər də yaxınlaşan seçkilərin təsiri altında hansısa barışdırıcı addımlar atmır.

Görünən odur ki, Almaniyada yaxınlaşan seçkilərdə mühafizəkar kəsimin dəstəyini almaq üçün alman siyasətçilər ictimai rəydə artan sağçı tendensiyanı nəzərə alırlar. Ancaq bu da münasibətləri günü gündən daha da pisləşdirir. Ən pisi isə hər iki tərəfin eyni şəkildə bir-birinə qarşı olmasıdır. Hazırda Almaniya, Fransa, Hollandiya kimi aparıcı AB ölkələrində Türkiyə əleyhdarlığı artıb.

Bu vəziyyətə son qoymaq üçün Türkiyənin ilk addımı atması lazım gələcək. Məsələ ondadır ki, son referendumun nəticələri də göstərdi ki, hər nə qədər radikal çağırışlar xalq arasında dəstək toplasa da, ölkənin və dövlətin maraqlarına ziddir. Üstəlik, səsvermə nəticələri turizm və sənaye şəhərlərində xalqın hökumətin sərt xətt siyasətindən razı olmadığını ortaya çıxartdı. AK Partiya hökuməti indi vəziyyəti dəyişmək üçün daxildə olduğu kimi, xarici siyasətdə də bir sıra yumşaldıcı addımlar atmalıdır. İlk növbədə isə Avropa ilə münasibətlər düzəlməlidir. Çünki AB Türkiyənin mühüm ticarət tərəfdaşı olmaqla yanaşı, orada ciddi sayda Türkiyə vətəndaşı və türk əsilli insanlar yaşayır. Ankara həm də bu amili nəzərə almalı, onların ziyanına olacaq qərarlardan çəkinməlidir. Eyni zamanda Rusiya ilə münasibətləri o qədər də sağlam olmayan

Ankaranın yenidən Qərblə əməkdaşlığını gücləndirməsi, münasibətləri sağlamlaşdırması zərurəti var.
Ümumiləşdirsək, artıq seçki və qiyamın qarşısının alınmasının doğurduğu eyforiyadönəmi artıq geridə qalıb. Türkiyə iqtidarının daha real və praktik addımlar atmağa, iqtisadiyyatı, turizmi dirçəltməsinə ehtiyac var. Bunun üçün atılacaq ilk addımlar isə Avropa ilə barışmaq, münasibətləri qaydaya salmaqdır. Ankaranın bu yöndə fəaliyyətə başlamaq üçün iyuna qədər vaxtı var.

Yorumlar