KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyə Bərzaniyə izn verəcəkmi?..

Türkiyə Bərzaniyə izn verəcəkmi?..

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
477 0

Şimali İraqda regional Kürd muxtariyyətinin lideri Məsud Bərzani muxtariyyətin müstəqilliyinə dair referendum hazırlıqlarına başladıqlarını deyib. Kürd liderinin müstəqillik arzusu İraqın parçalanmasına və regionda yenidən xaosun yaşanmasına səbəb ola bilər. Referendum presedenti Suriya və Türkiyənin Cənub -Şərq hissəsində yaşayan kürdləri, həmçinin İranın qərbində kürdlərin ayaqlanmasına gətirib çıxardacaq. Qərbin bu siyasəti , regionda sərhədlərin dəyişilməsinə , miqrant axını ilə nəticələnər. Və, yeni silahlı münaqişə ocaqlarının yaranmasına səbəb olar. Qeyd etmək lazımdır ki, ABŞ və Avropa Ərbil kürd yönətimini silahla təchiz etməkdədir . Hazırda ABŞ 300 milyon dollar məbləğində silah və digər zirehli maşınlar kürd muxtariytinə göndərilib. Vurğulamaq lazımdır ki, kürd muxtariyyətinin silahlanması, mərkəzi Bağdad hakimiyyəti ilə silahlı qarşıdurma riskini artırır. Qərbin Kürd muxatiyyətində referendumla bağlı baş verə biləcək daxili müharibədə kimin tərəfində duracağı isə qaranlıqdı. Qərb beynəlxalq səviyyədə İraqın ərazi bütövlüyünün yanında olacaq, yada hərbi dəstək verdiyi kürd muxtariyyətinin yanında olaraq, iç savaşı alovlandıracaq. Görünən odur ki, bütün reveranslar Bərzani üçün edilməkdədir. İraq və Suriya dövləti parçalanmaqdadır. Türkiyənin Bərzanin müstəqillik istəyinə reaksiyası hələlik məlum deyil. Buna baxmayaraq, rəsmi Ankara cənub sərhədlərində yarana biləcək kürd dövlətini özünün milli təhlükəsizliyinə təhdid bilir. Və, buna imkan verməyəcəklərini daimi vurğulayıblar. Şimali İraqda Ərbil yönətimi, Türkiyənin milli maraqları çərçivəsində olan Kərkükü işğal edib, burada özünün bayrağını qaldırıb. Həmçinin Mosulu öz nəzarətinə qatmaq üçün beynəlxalq güclərlə danışıqlar prosesindədir. Türkiyə Kürd yönətiminin müstəqillik istəyinə mərkəzi Bağdad hakimiyyəti ilə birgə qarşı çıxmalı, lazım gələrsə hərbi müdaxilə ilə bunun qarşısını almalıdır. Türkiyə prosesləri kənardan izləsə, eyni ssenari öz sərhədləri daxilində baş verəcək. Burada əsas katalizator rolunu hələlik göz yumduğu Bərzani olacaq.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir