KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə Fərat çayının qərbini YPG-yə verir? –

Türkiyə Fərat çayının qərbini YPG-yə verir? –

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
405 0

pydamdTürkiyə ABŞ-ın istəyinə uyğun olaraq, Fərat çayının qərbini YPG-yə (PYD-nin silahlı qolu) verir, əvəzində PKK cənub-şərqi Anadoludan çıxır. Bu iddianı Suriya Demokratik Qüvvələri (SDQ) yayıb. İddiaya görə, bununla bağlı əldə olunan razılaşmada PKK lideri Abdullah Öcalanın da İmralı həbsxanasından ev dustaqlığına buraxılması məsələsi var.

Siyası şərhçi Vüqar Zifəroğlun Admiral.Az-a açıqlamasında bildirib ki, hazırkı dönəmdə iddia edilən razılaşmaya tam nail olunduğunu güman etmək yanlışlıq olardı:

“ABŞ belə bir razılaşdırmanın əldə edilməsi üçün uzun illərdi var qüvvəsi ilə çalışır. Bir ay bundan əvvəl Kilislə bağlı da belə bir razılaşmaya gediləcəyi söylənilirdi. Lakin hazırki dönəmdə SDQ-nin iddia etdiyi razılaşmaya tam nail olunduğunu güman etmək yanlışlıq olar. Ən azı ondan ötrü ki, həmin ərazilər Türkiyənin maraq dairəsindədir və güzəştə getmək istəsəydi bunu çoxdan edərdi”.

V.Zifəroğlu Qərbin İŞİD faktoru ilə əlaqədar olaraq, Türkiyəni dəfələrlə PYD ilə işbirliyinə dəvət etdiyini xatırladıb:

“Lakin rəsmi Ankara dəfələrlə bu iki təşkilat arasında mahiyyətcə heç bir fərq görmədiyini bəyan edib. Digər tərəfdən, AKP iqtidarının belə bir razılaşmaya getməyi də daxildəki siyasi durumu onun əleyhinə çevirə bilər. Bu da ikinci başlıca səbəbdir”.

O, bu səbəbdən Türkiyənin indiyədək haqlı olaraq, terror qruplaşmaları kimi qəbul etdiyi və faktiki olaraq, müharibə apardığı PYD və ya YPG ilə işbirliyinə və ya razılaşmaya bu şəkildə getməsinin inandırıcı olmadığını bildirib:

“Mümkündür ki, əldə edilən razılaşma SDQ-nin elan etdiyi məzmunda olmasın və daha fərqli çalar daşısın. Məsələn, PKK-nın Türkiyənin cənub-şərq bölgəsindən tamamilə çıxması və eləcə də Türkiyə ərazilərində terroru dayandırması qarşılığında rəsmi Ankara Suriya ərazisində kürd separatçı qruplaşmalarına zərbələr endirməyi dayandırsın. Bu isə heç də həmin ərazilərin YPG-yə verilməsi anlamını ifadə etmir”.

O, diqqəti “Röyter” İnformasiya Agentliyinin məlumatına çəkib:

“Diqqət edin, SDQ-nin bu bəyənatının fonunda “Röyter” İnformasiya Agentliyi AKP-nin adını çəkilməsini istəməyən rəsmisinə istinadən məlumat yayır ki, Suriyanın şimalında YPG dəhlizinin yaranması səbəbindən Ankara ilə Dəməşq arasında müəyyən razılığın əldə olunacağı istisna deyil. Çünki tərəflərin hər ikisi biri-birilərinə məlum düşmən münasibətlərinə rəğmən bölgədə ikinci kürd muxtariyyətinin yaradılmasında qətiyyən maraqlı deyillər və bu məsələdə onlara hazırda kifayət qədər mövqeləri güclənmiş olan rəsmi Tehran da qatılır. Bu razılaşmada eyni zamanda Ankaranın Əsəd rejiminə daha loyal yanaşma sərgiləməsi müddəası da ola bilər ki, bu da İŞİD faktoru səbəbi ilə ABŞ-ın maraqlarına cavab verir”.

PKK lideri Abdullah Öcalan İmralıdan ev dustaqlığına buraxılması məsələsinə münasibət bildirən V.Zifəroğlu bunu əsassız olduğunu bildirib:

“Bir gün əvvəl Türkiyə rəhbərliyi ilk dəfə hüquq mühafizə orqanlarına PKK-nın idarə heyətinin tutulması barədə rəsmi əmr verib. Belə bir əmrin verildiyi zaman Öcalanın ev dustaqlığına buraxılması absurd olardı”.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmar Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay da Admiral.Az-a açıqlamasında bildirib ki, Abdulla Öcalanın həbsdən çıxması kimi bir məsələ hazırda müzakirə mövzusu deyil:
Yakında Rus uçağı düşürülecek

“Digər tərəfdən, Fərat çayının ABŞ tərəfindən PYD-yə verilməsi kimi bir məsələ də qəbul edilə bilməz. ABŞ bölgəni əlində saxlamaq üçün hələlik PYD kartını həm Türkiyəyə, həm də İrana qarşı istifadə edir. İran hər nə qədər ABŞ-la münasibətləri yoluna qoysa da, son nəticədə ABŞ İranı etibar edilməyən bir ölkə olaraq, görür. Buna görə də İranı kürd kartı ilə əlində saxlamağı düşünür. İranın Suriyadakı maraqları PYD ilə toqquşur. Ona görə də PYD-ni önə çıxarılar, lakin bu proses uzun müddət davam etməyəcək. PKK-nın Türkiyənin qərb bölgələrində hücumlara keçəcəyi gözlənilsə də, terror təşkilatı ciddi güc itirməkdədir və xaricdən aldığı bütün dəstəklərə baxmayaraq, türk ordusu qarşısında uğur qazanmaq şansı yoxdur”.

H.Oktay qeyd edib ki, PKK Türkiyədə, PYD Suriyada, PJAK İranda fəaliyyət göstərir:

“Lakin birlikdə hərəkət etsələr belə bu üç ölkəyə qarşı nəsə edə biləcək gücləri yoxdur. Kürd xalqı da beynəlxalq güclərin əlində alət olan bu təşkilatlardan uzaq dayanır. Beynəlxalq güclərin məqsədi bu təşkilatlar vasitəsilə kürdlərə dövlət qurmaq yox, onlar üzərindən bölgənin yenidən dizayn edilməsidir. Abdullah Öcalanın bu təşkilatlar üzərində təsiri olsa da, onları idarə edən əsas güclər başqalarıdır. Buna görə də Aponun azadlığa çıxması, yaxud ev dustaqlığına buraxılması bölgədəki problemi həll edə bilməz. Əksinə vəziyyəti daha da çətinləşdirər”.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir