KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə-Rusiya yaxınlaşmasından qorxuya düşənlər

Türkiyə-Rusiya yaxınlaşmasından qorxuya düşənlər

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
484 0

Hasan Oktay: “Qətlin arxasında kimin olduğu gerçəyinə baxmayaraq, Rusiyanın Türkiyə ilə əlaqələri pozulmayıb” Araz Aslanlı: “Səfirin öldürülməsi, rus təyyarəsinin vurulması hadisələrində üçüncü qüvvələrin rolunu görürük”
Fikirlər səslənir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məqsədi Moskva və Ankara arasındakı münasibətlərə ziyan vurmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaqdır. Amma rəsmilərinin açıqlamalarından görünən odur ki, Moskva soyuqqanlı davranır, təxribata aldanmadı və qətlin kim tərəfindən öldürülməsinin izinə düşüb.

Rusiyanın operativ-istintaq qrupu səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq Türkiyədədir. Artıq Ankara, İzmir və Aydın vilayətlərində Rusiyanın Türkiyədəki səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb. Bəzi təhlilçilərin fikrincə, hadisələrin inkişafının indiki məqamında üçüncü dövlətin izi görünməyə bilməz. Ancaq bunu istisna edənlər də az deyil.
Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, bu məsələdə əvvəlcə Ukrayna böhranına baxmaq lazımdır: “Ukraynada Amerika və Avropa dünyası Rusiyaya qarşı adı qoyulmamış bir döyüş başlatdı. Xüsusi ilə Soçi Olimpiyadası öncəsi başlayan Ukrayna böhranını Qərb yarışlara qədər bitirməyi planlaşdırırdı. Rusiya bir tərəfdən olimpiadaya ləkə düşməməsi üçün səy edərkən digər tərəfdən Ukrayna böhranı və Qafqazdakı terror hücumları ilə məşğul olurdu. Qərb bu nöqtədə Rusiyaya qarşı Türkiyədən istifadə edib qısa yoldan nəticəyə getmək istədi. Lakin Türkiyə Rusiya ilə olan əlaqələrini pozmaq istəmədiyindən Ukrayna böhranında sanki tərəfsiz qalaraq Rusiyaya dəstək oldu. Nə oldusa, məhz o gündən sonra oldu.
Qərb aləmi Türkiyə-Rusiya əlaqələrini pozmaq üçün hərəkətə keçdi. Suriya böhranında Türkiyə ilə Rusiyanın razılığa gələ blmədikləri anda gözlənilməz bir şəkildə İranın dövriyəyə girərək Rusiyanı Suriyaya çəkməsi və sonradan Rusiyanı yalnız buraxaraq Amerika ilə razılaşması Moskvanı bölgədə çox narahat etdi. Rusiya Qərbə qarşı döyüş olacağı narahatlığı ilə Türkiyə üzərindən NATO-nun niyyətini test etdi. Türk hava sahəsini bilərək və ya bilməyərək test etmək yolunu seçdi. Bu, təhlükəli bir yol idi. NATO Türkiyəni yalnız buraxaraq Rusiya-Türkiyə qarşıdurmasının önünü açdı. Türkiyə içindən, amma əmri Amerikadan olan bir hərəkət reallaşdı və rus təyyarəsi vuruldu. Beləcə, Qərb Ukrayna böhranında Türkiyə ilə Rusiyanı baş-başa gətirməklə intiqam almaq istəyirdi. Hər iki tərəf bu böhranı yaxşı idarə edə bilmədi. Sanki, ABŞ siyahısı əmələ gəldi. İyun ayının əvvəlində İsrailin dövriyəyə girməsiylə Türkiyə-Rusiya-İsrail ittifaqı reallaşması söz mövzusu oldu. Məhz bu nöqtədə Amerika təkrar porseslərə daxil olaraq Türkiyədəki adamlarını hərəkətə keçirib 15 iyul hərbi üsyanını reallaşdırdı.
Türkiyə 15 iyul hərəkatının müvəffəqiyyətli sonuna görə, Rusiya ilə daha sağlam bir zəmində əlaqə qurmağa başlayanda işlərin yaxşıca qarışmağa başlaması söz mövzusu oldu. Bütün olanlara baxmayaraq, səfirin öldürülməsi hadisəsinin fərdi bir hərəkət olduğunu nəzərdə saxlamaq lazımdır. Çünki türk mediası Hələb məsələsini olduğundan daha çox göstərərək bu cür hərəkətin edilməsinin önünü açmış oldu. Lakin qətlin arxasında kimin olduğu gerçəyinə baxmayaraq, Rusiyanın Türkiyə ilə əlaqələri pozulmayıb. Türkiyə Qərb ilə Şərq arasında bir körpü olacaq tarixi təcrübəyə malikdir və bu tarazlığın qurmasına az bir zaman qalıb. Əgər İran sui-qəsd işinin içində rol almışsa, yaxın bir gələcəkdə böyük bir fəlakətlə üzləşməyə hazır olsun. Lakin qənaətimizə görə, bu, bir fərdi hərəkətdir və arxasında ümid edirik ki, heç kim yoxdur”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı bildirdi ki, Rusiya-Türkiyə əməkdaşlığı bu iki ölkə və keçmiş SSRİ dövlətlərinin bəzilərindən başqa heç bir dövlətə sərf etmir: “Türkiyə-Rusiya əməkdaşlığında daha çox Azərbaycan, Orta Asiyadakı türk dövlətləri və bir neçə keçmiş SSRİ dövlətləri maraqlıdır. Böyük güclərdən nə ABŞ, nə də Qərbi Avropa bu əməkdaşlıqda maraqlı deyillər. Eyni zamanda Yaxın Şərqdə həm Türkiyə, həm də Rusiya ilə xoş münasibətdə olan dövlətlərin heç biri bu münasibətin yaxınlığını istəmirlər.
Türkiyə ilə Rusiya münasibətləri pozulanda sadaladığımız dövlətlər öz maraqlarını daha rahat reallaşdıra bilirlər. Ona görə də bunların münasibəti normallaşanda digərinlərində “qıcıqlanma” baş verir və proseslərə müdaxilə imkanına malik olan dövlətlər dərhal hərəkətə keçirlər. Bu, terror, yaxud da Türkiyə və Rusiya üçün yaşana biləcək digər problemlər şəklində ola bilər. Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoya biləcək istənilən məqamda təxribata əl ata bilərlər. Amma konkret səfirin öldürülməsi, rus təyyarəsinin vurulması hadisələrində üçüncü qüvvələrin rolunu görürük. Türkiyə və Rusiya da özləri bəzən edə biləcəklərini maksimum dərəcədə etmirlər. Hansı ki, bu cür hadisələrin yaşanmaması üçün maksimum ehtiyatlı davrana bilərlər. Lakin etmədiklərindən təxribat törətmək istəyənlər üçün daha münbit şərait yaranır”. Mübariz BAYRAMOV Mövqe.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir