KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyənin hədəfləri…

Türkiyənin hədəfləri…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
391 0

Aprelin 16-da Türkiyədə baş tutan referendumdan sonra, Türkiyə hakimiyyətinin Suriya və İraqda PKK və onun Suriya qolu olan YPG qarşı anti-terror əməliyyatı qətiləşib. Aprelin 25-dən başlayaraq İraqın Sincar bölgəsində möhkəmlənən PKK-nın hədəflərini və Suriyanın şimalında YPG qarşı Türkiyənin artilleriya və hava atəşi İranın, ABŞ və Rusiyanın ciddi etirazlarına səbəb oldu. Qeyd edim ki, belə bir narazılıqlar, bu ölkələrin bir başa, bu terror təşkilatlarının Türkiyəyə qarşı dəstəklənməsi deməkdir. İranın Sincarda PKK qarşı əməliyyatda Türkiyəyə etiraz etməsi, Türkiyənin İraqda möhkəmlənməsinin qarşısını almaqdan ibarətdir. Hazırda Türkiyənin Şimali Suriyada YPG qarşı hərbi əməliyyatlarrının qarşşısını almaq üçün ABŞ öz hərbiçilərini Türkiyə ilə sərhəddə göndərərək, kürdləri qorumağa başladı. Bir tərəfdən də Rusiya YPG-ni dəstəkləməklə, terror təşkilatına öz siyasi dəstəyini əsirgənir. Öz hərbi təlimatçıları ilə YPG-nin təlimlərinə qatılır, muxtəlif silahlarla təmin edir. Göründüyü kimi, Türkiyənin Yaxın Şərq siyasətində terrorçu kürd qruplaşmalarını məhv etmək siyasəti, üç ölkənin maneələri ilə üzləşib. Burada əsas faktor olan ABŞ-ın Şimali Suriyada YPG silahlandırmasıdır. Bunu İŞİD ə qarşı mübarizə kimi qeyd etsədə, amac regionda Kürd muxtariyyətini yaratmaq və bölgəni Şimali İraq kürd muxtariyyəti ilə birləşdirməkdir. Həmçinin burada kürd silahlı dəstələrindən istifadə edərək, Türkiyə əleyhinə qarşı yönəlmətkdi. ABŞ hərbçilərinin Rojavada YPG -ni Türkiyənin hücumlarından qoruması, Türkiyənin geri çəkliməsi ilə nəticələnməyəcək. Türkiyə artıq, Şimali Suriyada kürd muxtariyyətini milli təhlükəsizlik və suverenliyi üçün təhlükə hesab edərək, buna imkan verməyəcəyini elan edib. Rəsmi Ağ ev Türkiyənin bu siyasətinə qarşı gedəcəksə, ABŞ-Türkiyə əməkdaşlığı sona çata bilər. May ayında Ərdoğanın Trampla görüşü gözlənilir. Bu, görüşdə əsas müzakirə mövzusu Suriyada vəziyyət və ABŞ-Türkiyə əlaqələri prioritet olacaq. Bundan əlavə, ABŞ-ın Suriyada Kürd terrorçu qruplarına dəstəyi, İŞİD -lə birgə mübarizə masada iki liderin aydınlaşdıracağı əsas məsələ olacaq. Ərdoğan ABŞ -ın YPG siyasətindən çəkindirəcəyi real görünmür. Çünki, ABŞ-ın Orta Şərq planında kürd qruplaşmaları əsas təsir vasitəsidir. İki ölkə liderləri YPG müzakirəsində ortaq məxrəcə gəlməsə Türk -YPG qarşıdurması davam edəcək. İki müttəfiq dövlətin qarşıdurmasında şübhəsiz, burada Rusiya uduşlu çıxa bilər. Artıq, Avropa İttifaqından Türkiyəyə qarşı loyal mesajlar verilir. Mayın 25-də Avropa İttifaqının liderləri Türkiyə ilə görüşə hazırdır. Aİ xarici əlaqələr komissarı Mogerenidə Türkiyə ilə danışıqların dayanmadığını qeyd edir. NATO -nun baş katibidə Türkiyənin əsas müttəfiq və Avropanın təhlükəsizliyi üçün vacib ölkə olduğunu qeyd etdi. Qərbin Türkiyəyə qarşı sərt reaksiyası səmərəli olmayacağı bəlli idi. Çünki, güclü Türkiyə Yaxın Şərqdə əsas söz sahibidir. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun sədri, MUhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir