Հայ-իրանական նոր գազամուղ

Tbilisi Still Waiting on Delivery of Its Purchased Missile and Air Defense Systems From Paris

Makedonya meclis baskınının arkasında kim var ne var?

Etem Coşkundan MERAKLISINA HİDİV [ خدیو ]

Azərbaycan İsraildə səfirlik açmağa təlısməyəcək

Azerbaycan 13 Aralık 2016
152

İsrailin Baş naziri Binyamin Netanyahunun ölkəmizə səfəri,son illər iki ölkə arasında əlaqələrinin yüksək səviyyədə olmasının nəticəsidir.İsrail Azərbaycanın neft alıcısı və silah ixratcısı olaraq,əsas tərəfdaş kimi özünü Aprel savaşında Azərbaycanın yanında sözdə yox ,əməldə olduğunu göstərdi.
Yaxın Şərqdə gedən geopolitik mübarizədə və bunun Cənubi Qafqaza bir başa təsiri qaçılmaz olaraq,regionun aparıcı ölkəsinin Azərbaycanla sıx siyasi-hərbi əməkdaşlığı digər ölkələrə qarşı yönəlmiyib.Səfər çərçivədində iki ölkə arasında hərbi-texniki və təhlükəsizlik və kəşfiyyat sahələrində sazişlər imzalanıb.İmzalanan sazişlərdən sonra,Azərbaycan İsraildən “Dəmir Gümbəz”raketdən müdafiə sistemlərinin yeni nəslini həmçinin modern kəşfiyyat sistemlərini alaraq,düşmənin dərinlikdə hərəkətini müşahidə etmək iqtidarında olacaq.Ermənistanda İsrail-Azərbaycan əlaqlərini özlərinə qarşı hesab edirlər.Artıq,Ermənistan heç bir danışıqlara qatılmır və cəbhədə müharibənin bərpası mümkün görünür.Bu situasiyada Netanyahunun səfəri və alınacaq silahlar Ermənistanda şok effektdi yaratmaqdadır.
Ermənistan bu səfərdən sonra ,İranla əməkdaşlığı genişləndirmək,Azərbaycana qarşı propaqanda siyasətini davam etdirəcək.Təssüf ki,İsraillə Azərbaycanın əməkdaşlığından narahat olan İranın son günlər iddiaları, əsassızdı.İran, Aprel savaşında,sadəcə quru bəyanatlar verərək,Ermənistan tərəfindən atılan top mərmilərinə görə Ermənistanı deyil,əsassız olaraq Azərbaycanı iddiham edirdi.
İran, İsrail hərbi mütəxəssisləri tərəfindən Azərbaycanın havadan müdafiə sisteminin modern təkmilləşdirməsindən narahatlıq keçirir.Çünki,İran hərbi aviasiyası Azərbaycana qarşı təzyiq vasitəsi kimi Azərbaycanın hava sərhədlərini vaxti ilə pozurdu.İsrailin bu sahədə Azərbaycana verdiyi hərbi dəstəyi bu ölkənin manevr imkanlarını zəiflətməkdədir.

Vurğulamaq lazımdır ki,bir neçə ay Həsən Ruhaninin Ermənistana səfərinin təxirə salınması,məhz Azərbaycan amili ilə bağlı idi.İran, İsrail baş nazirinin Azərbaycana səfərini və burada imzalanacaq sazişləri gözləyirdi. Çox güman ki,gələn ilin ilk ayında Ruhaninin İrana rəsmi səfəri baş tutsun.
İranla ölkımizin ötəri soyuq münasibətlərinə baxmayaraq,iki ölkə arasında əlaqlər öz axarı ilə davam edəcək.İki ölkəni birləşdirən “Şimal-Cənub nəqliyyat “dəhlizi istifadəyə veriləcək.Bakıda İranla bağlanan əmədaşlıq sazişləri imkan verir ki,iki ölkə problemlərə getməsin.
Təbii ki,Ruhanin Yerevana səfəri baş tutrsa,orada imzalanacaq sənədlər Azərbaycanın maraqlarına ziddidir.Çünki,burada Ermənistanla müəyyən sazişlər imzalana bilər.Bura Ermənistan-İran dəmir yol xətti və Ermənistan-İran tranzit qaz kəmərinin inşasıdır.Qeyd edim ki,Ruhaninin Yerevan səfəri,heç bir perspektivi yoxdur.Çünki,Ermənistanın bütün iqtisadi-enerji sferası Rusiyanın inhisarındadır.

Dünyada gedən siyasi proseslər fonunda İsrail Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini genişləndirməsi üçün bu regionun aparıcı ölkələri ilə əlaqləri dərinləşdirmək siyasəti aparır.Rəsmi səfərini Kazaxistana edəcək Baş nazir,Mərkəzi Asiyanın önəmli ölkəsi ilə İsrail arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək niyyətindədir.Kazaxıstanda yerləşən aerokosmik meydanları İsrailin marağındadır.Rusiya bir neçə aydı maliyyə problemlərinə görə,Kazaxıstanda müəyyən aerokismik meydanlardan imtina edib.İsrail buradan kosmosa peyklər göndərmək planına malikdir.İki ölkə bu istiqmatdə danışıqlar aparacaq.Coğrafi baxımdan İsrailə yaxın olan bu region əlverişli şəraitə malikdir.

Netanyahunun Bakı səfəri tarixi əhəmiyyətli bir səfərdir.Bundan sonra, bu əlaqələrin inkişafını dahada şahidi olacağıq.Buna baxmayaraq,rəsmi Bakı Təl-Əvivdə öz səfərliyini açmağa tələsməyəcək.Amma,bunun vaxtdı çoxdan görünür.Azərbaycan regionda müəyyən prosesləri nəzərə alaraq buna getmir.Muhammed Asadullazade

Yorumlar