Türkiyedeki Azerbaycan Türkü talebeler zor durumda

Putin “Türk ruleti” mi oynuyor!

Çeçenistan’da Savaş Komutanlarından Cemaat Emirlerine Dönüşüm

Musul operasyonuna Türkiye’nin katılması neden istenmiyor

KREMLİN MİLLİ SİYASƏTİ

Rusya 20 Mayıs 2016
252

KREMLİN MİLLİ SİYASƏTİ
gulnarainanc
Qloballaşma dünyada, o cümlədən Avropada millətçilik ideologiyasını gücləndirdiyi bir dövrdə qitəni bürüyən sosial narazılıqlar dalğası, kapitalizmə qarşı etirazlar sosialistlərin dirçəlməsinə şərait yaradıb. Fransada son prezident seçkilərində sosialistlərlə millətçilər daban-dabana gedirdi.
Belə bir siyasi-ideoloji dalğanın axarında Kreml millətçilik və rus şəmiyyətinə suraət etmiş sosialist ideologiyası arasında balanslı bir siyasət yürütməlidir. Prezident seçkiləri öncəsi V.Putin bu iki ideologiyanı dəstəkləyənləri məmnun etmək üçün onların arasında mərkəzçi mövqe tutmağa və hər ikisinin səsini qazanmağa çalışdı.
V.Putin «Rusiya : Milli məsələ» məqaləsində Rusiya üçün milli məsələnin fundamental xarkter daşıdığını qeyd edərək, hər bir məsuliyyətli siyasətçi və ictimai xadimin ölkənin mövcudluğu üçün millətlərarası və vətəndaş razılığının vacib şərtlərdən olduğunu bildirib.
Yeni prezidentlik dövründə V.Putinin ölkəni hansı istiqamətdə aparacağı və hansı siyasi-ideoloji , iqtisadi xətt yürüdəcəyi Rusiyanın bir dövlət kimi gələcək varlığını müəyyənləşdirməlidir.
Milli respublikalarda milli və dini strateqiya (Şimali Qafqaz), ölkənin rusların əksəriyyət təşkil etdiyi bölgələrdə isə daha çox iqtisadi -sosial strateqiyanın üstünə gedilməsi planı həyata keçirilir. Birinci halda isə milli –dini məsələ ilə yanaşı iqtisadi-sosial vəziyyətin yaxşılaşması da aparıcı xətt kimi nəzərdə tutulur.
Moskva milli respublikalarda(Şimali Qafqaz) iqtisadi-sosial durumu yaşılaşdırıldığı halda
onların müstəqillik arzularının genişləcəyi təhlükəsi böyüyür. Bu arada bölgələrədə başçıların seçilməsi məsələsinə yenidən baxılır. Son illər bölgələrdə qubernator və prezidentlərin seçkili olması ləğv olunaraq dövlət başçısı tərəfindən təyin olunurdu. Putin demokratikləşmə prosesini inkişaf etdirmənin önəmindən danışarkən, bölgələrdə, o cümlədən milli respublikalarda partiyaların yaranmasının mümkün olmadığıını qeyd edib. Bunun separatizmə getdiyini bildirib.
O, həmçinin seçkilərə separatçı və millətçi şüarlarla gedən, bu tip dairələrdən dəstək alanların seçkilərdən həmən uzaqlaşdırılmasının vacibliyini də qeyd edib.
Bundan əlavə, məqalədə ölkədə 90-cı illərdə başlamış vətəndaş savaşı təhlükəsinin aradan qalxmadığını qeyd edilməsi və bununla da milli respubikalarda, xüsusilə Şimali Qafqazda etnik zəmində qarşıdurmaların və mərkəzdən ayrılmaq niyyətli hərəkatların yenidən cücərməsinə işarə edir. Ümumiyyətlə, Avropada son dönəmlər millətçiliyin yüksəlməsi tendensiyası, Türkiyədə kürd radikal millətçilərinin parlamentdə yer alması, Abxaziya və Güney Osetiyanın Gürcüstandan fatkiki olaraq ayrılması müstəqillik ideyası və dövlətçilik iddiaları yüksək olan Şimali Qafqaz xalqları arasında separatizmin güclənməsi təhddini gücləndirir.
V.Putinin vətəndaş millətçiliyi, yaxud siyasi millətçiliyin dövlət ideologiyası müstəvisində gücləndirilməsini və genişləndirilməsini nəzərdə tutduğunu da söyləmək olar.
Ekspertlərin fikrincə söylənilən məqaləsində V.Putin millətçiliyi dövlətçiliyin qorunmasında təhlükəli amil kimi dəyrələndirsə də « rusiyalılar» deyil, «Ruslar» terminini işlədib.
Amma etnoqrafların fikrincə bu iki ifadənin hər biri vətəndaş millətini nəzərdə tutur.
Bunu Türkiyə nümunəsi ilə müqayisə etmək olar – «türkiyəli» və «türk» V.Putinin də
«ruslar» ifadəsini vətəndaş milləti mənasında işlətdiyni demək olar. Bununla yanaşı bu söz oyunudur- çünki bu halda o, rus millətçilərini də məmnun etməlidir. Bu səbəbdən də Putin diqqəti rusların Rus dövlətinin mövcudluğu zamanından «dövlətqurucu» xalq olduğuna yönəldir və bununla radikal rus millətçilərini razı salmağa çalışır. Rus millətçiləri, xüsusilə də radikal millətçilər Avropada olduğu kimi iqtidara gəlmək gücündə olmasa da, ara-sıra Rusiyanın bu ya digər bölgəsində, Moskva və Sankt -Peterburq kimi böyük şəhərlərdə etnik zəmində toqquşmalar yaratması etnik respublikaların dövlətə qarşı etibarsızlığın artması, vətəndaşın özünü dövlətində təhlükəsiz hiss etməməsi və özünü qorumaq üçün islamçılara doğru yönəlməsi, separatizmin xaricdən və daxildən dəstək alaraq aktivləşməsinə gətirə bilər.
Putin Sovet sistemi dağılandan sonra SSRİ-dən ayrılan cümhuriyyətlərin əslində XVIII əsrdə yaranmış Rusiya dövlətinin parçaları olduğunu da qeyd edir və bununla da imperiya iddialarının rusların şüuraltı kodunda qorunub saxlanıldığını və Rusiyanın qonşuları, özəlliklə keçmiş sovetlər birliyinə daxil olan hazırda müstəqil dövlətlərlə münasibətində bu çərçivədən çıxış etdiyini bir daha təsdiqləyir. Bu, həmçinin V.Putinin yeni prezidentlik dövründə yaxın qonşuları və partnyorları ilə münasibətlərində bu müstəvidə dəyişiklər edəcəyini, dahə dəqiq desək Rus dövlətçiliyini qorumaq və gücləndirmək məqsədilə daha sərt xarici siyasət yürütdüyünü təsdiqləyir.
Sərt siyasət Şimali Qafqazdakı milli siyasətdə də özünü göstərir. Bu ilk növbədə bölgədə xristian elementinin gücləndirilməsi, millətçiliyin açıq-aşkar təzahür etdiyi xalqlarla qonşu xalqlar arasında mili qarşıdurmanın yaradılması, yerlərdə rus məmurların sayının artırılması, bununla yanaşı bölgədə iqtisadi –sosial inkişafa da yer verilir.
Şimali Qafqazda millətçiliyi ilə fərqlənən Çeçenistan və çərkəzlərə xüsusi diqqət ayrılır.
V.Putin federal qurumlar tərkibində milli inkişaf, mllətlərarası ünsiyyət kimi məsələləri kontrol edəcək bir qurumun yaradılmasına ehtiyac olduğunu da qeyd edib. Hazırda bu məsələ regional inkişaf nazirliyinin kontrolundadır. Beləliklə , Putin milli məsələni bölgə siyasəti çərçivəsindən çıxarıb ümumdövlət siyasəti müstəvisinə qaldırır, bununla da milli məsələni dövlət təhlükəsizliyi-milli təhlükəsizlik statusunda yanaşmaq və milli siyasət strateqiyasını yaratmağı ön görür . Özünün də söylədiyi kimi «Rusiyaya vətəndaş vətənpərvərliyinə əsaslanan milli siyasət strateciyasının yaranmasına ehtiyac var».

Gülnara İnanc , Etnoglobus (ethnoglobus.az) Beynəlxalq onlayn informasiya və analitik mərkəzinin direktoru

Yorumlar

Henüz hiç yorum yapılmamış.