Vizyon

İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri

Türkiye uyumasın ABD Pasifik’i Çine Bıraktı!

Hasan Ruhani’nin kazanması ne anlama geliyor?

2019 yılında Türkiye seçmeni seçime gerek bile olmadan kendi devlet başkanını seçecek

Roma Papası Qafqaza niyə gəlir? Rusiyaya qarşı məxfi QARABAĞ PLANI

Azerbaycan, Ermenistan, Manşet Üstü, Rusya 20 Mayıs 2016
778

Roma Papası Qafqaza niyə gəlir? Rusiyaya qarşı məxfi QARABAĞ PLANI
papalık
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Vyana görüşündən sonra Dağlıq Qarabağda vəziyyətin necə inkişaf edəcəyini şərh edib.
– Vyana görüşündən sonra Qarabağda atəşin dayandırılacağı mümkün olacaqmı?

– Qarabağda toqquşmaların bitməsi mümkün görünmür. Hətta Roma Papasının iyunun sonunda Ermənistana səfər etməsi toqquşmaları müharibə nöqtəsinə qədər gətirib çıxara bilər. Apreldə baş verən döyüşlər bölgədə Qərblə Şərq arasında müharibə başlama ehtimalının mövcudluğunu göstərdi. Ukraynada Rusiyaya məğlub olan Qərb indi xüsusilə Papanın Ermənistana ziyarəti ərəfəsində Qarabağda müharibə ehtimalını körükləyir.

Papanın Ermənistan səfərini əngəlləmək istəyən Rusiya da Qarabağda şiddətli toqquşmalar yarada bilər. Rusiyanın nəzarəti altında baş verəcək müharibə bəhanəsi ilə Papa səfərini təxirə sala, hətta ləğv edə bilər. Çünki Papa Ermənistana gəlsə, İrəvan Rusiya ilə bağlarının qoparmağa başlaya, hətta Qərbə inteqrasiya yolunu tutaraq, Rusiyaya qarşı çıxa bilər. Moskva da bu ehtimalları dəyərləndirərək, Qarabağda müharibəni başlatmaqla buna əngəl ola bilər.

Digər tərəfdən, Papanın Qafqaz ziyarətindən sonra Qərb gücləri Qarabağda idarəolunan müharibə başladaraq, bunu Rusiya torpaqlarına daşıya bilərlər. Beləliklə, Ukrayna cəbhəsindəki mübarizə yenidən başlayacaq və Rusiyanın bir neçə cəbhədə müharibə aparmaq məcburiyyətində qaldığı üçün Qərblə anlaşmağa vadar olacağı gözləniləndir. Qarabağ üzərindən Rusiya ilə hesablaşma artıq hər keçən gün daha da artır.

– Vyana görüşü ilə bağlı irəli sürülən iddialardan biri də Ermənistanın ilkin mərhələdə 5 rayonu boşaltması ilə bağlıdır. Daha sonra status məsələsi gündəmə gələcək. Bununla əlaqədar gözləntiləriniz nədən ibarətdir?
– Qarabağdan başqa 7 Azərbaycan rayonunun işğalı dünya ictimaiyyətində çox da gündəmə gətirilmir. Ermənistan tərəfi bunu gizlədə bilir. Halbuki, Azərbaycan ictimaiyyəti, mediası və diplomatiyası 7 rayonun işğalını fərqli, Qarabağın işğalını fərqli gündəmə gətirə, əvvəlcə 7 rayonun işğalına son qoyulması məsələsi önə sürülə bilər. Qarabağla bağlı məsələ ümumiləşdirildiyi üçün 7 rayonun işğalı unutdurulur. Çünki Dağlıq Qarabağla digər 7 rayonun işğalı bir-birinə qarışdırılır və problemin həlli çətinləşdirilir. Azərbaycan beynəlxalq qanunlara istinadən əvvəlcə 7 rayonun işğaldan azad olunması məsələsini gündəmə gətirlməlidir.

İndiyə qədər əvvəlcə 5 rayonun işğaldan azad ediləcəyi məsələsi gündəmə gətirilsə də, heç bir nəticə olmayıb. Ermənistan ətraf rayonları ön plana çıxararaq, Dağlıq Qarabağdakı işğal faktını gizlətməyə çalışır. Azərbaycan məsələni bütöv gördüyü üçün də Ermənistan Qarabağ tezisini Qərb aləmində qəbul etdirə bilir. Belə çıxır ki, bu yanaşma Ermənistanın əlini gücləndirir. Azərbaycan diplomatiyası Dağlıq Qarabağ problemi ilə 7 rayonun işğalını bir-birindən ayıraraq, məsələni həll etməlidir.
Əvvəlcə rayonların işğaldan azad edilməsi, daha sonra Qarabağın statusu məsələsinin həlli, hətta bu istiqamətdə hansısa irəliləyiş bölgədə sülhə gətirib çıxara bilər.

– Maraqlıdır ki, Vyana görüşünə qədər Serj Sarkisyan aprel savaşında qalib gəldiklərini deyirdi. Vyanada ölkəsinə dönərkən o, təyyarədə açıqlama verərək, “bunu qələbə adlandırmaq doğru ifadə deyil” deyə bildirdi. Bunu necə şərh edərsiniz?
– “Dördgünlük müharibə”də baş verənləri Ermənistan ictimaiyyətinə qələbə olaraq təqdim edərək, xalqın milli hisslərini yüksəltməyə çalışdılar. Halbuki erməni xalqı müharibə istəmir. Qarabağ münaqişəsinin erməni xalqına verdiyi zərər, iqtisadi yük hər keçən gün artır. Bununla yanaşı, Ermənistanda son bir il ərzində anti-Rusiya aksiyalarının sayı artıb. Son döyüşlərdən sonra da Putinə və Rusiyaya qarşı açıq şəkildə etiraz edildi. Sarkisyan da döyüşlərin xalqın üzərindəki ciddi təsirini silmək üçün, davamlı olaraq qələbədən bəhs edirdi. Lakin dünyanın gözü önündə baş verən bu hadisələrdə Ermənistanın hansısa qələbə qazandığı faktı ortada yoxdur. Nəticə etibarilə hər iki tərəfdən itkilər oldu, lakin Azərbaycan iki kənd və strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyini azad etdi. Sarkisyan bunu anladı ki, erməni xalqı müharibə istəmir və münaqişənin diplomatik həllinin tərəfdarıdır. Belə vəziyyətdə o da artıq qələbədən danışmağa son qoyaraq, daha çox diplomatiyadan danışmağa başlayacaq.

– Bir çoxları Rusiya prezidenti Vladimir Putinin artıq münaqişənin həllinə qərar verdiyini deyir. Bu, mümkün görünürmü?
– Rusiya Qarabağ üzərindən Cənubi Qafqazı nəzarətdə saxlama siyasətindən vaz keçməyəcək. Lakin Qarabağ münaqişəsini və bölgəni əlində tutmaq istəyi zamanla Rusiyaya qarşı çevrilən silah olmaqdadır. Putin nəzarəti əlindən buraxmamaq üçün Qarabağ münaqişəsi ilə daha aktiv maraqlanmağa başlayacaq. Azərbaycanın Rusiya ilə diplomatik fəaliyyətləri və Papanın Ermənistana səfəri fonunda Putin Qarabağda mümkün müharibənin yaxşı nəticə verməyəcəyini anlaya bilər. Rusiya Qarabağda tətbiq etdiyi ssenarini Ukraynada da həyata keçirdiyi üçün Qərb 24 il öncə buraxdığı səhvi düzəltmək istəyəcək. Bu da Putinin əlini zəiflədəcək. Müharibənin hansı nəticə verəcəyini müəyyənləşdirə bilməyən Putin Qarabağ məsələsini savaşla yox, sülhlə həll etmək istiqamətində hərəkətə keçəcək. Bu baxımdan, Papanın səfəri bölgə üçün önəmli nəticələrə səbəb ola bilər.
asif
Asif Nərimanlı
http://publika.az/p/136833

Yorumlar